Nahamar qarağac | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Nahamar qarağac |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir.
Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
İşıqsevən, kölgəyə, şaxtaya, tüstüyə, qaza, şoranlaşmaya davamlıdır. Məhsuldar torpaq tələb edir. Qısamüddətli quraqlığa dözür.
Böyük və Kiçik Qafqazda, Naxçıvanda, Talış zonasında təbii halda yayılmışdır.
Yaşılaşdırmada yararlıdır.