Namihey Odayra | |
---|---|
yap. 小平 浪平 | |
![]() | |
Doğum tarixi | 15 yanvar 1874[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 oktyabr 1951[1] (77 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | sahibkar, ixtiraçı |
![]() |
Namihey Odayra (小平浪平, Odayra Namihey?, 15 yanvar 1874[1], İenaka[d], Toçiqi prefekturası – 5 oktyabr 1951[1], Tokio) – Yaponiya biznesmeni. 1910-cu ildə "Hitachi" şirkətini təsis etmişdir.
1874-cü ildə Yaponiyanın Toçiqi prefekturasında yerləşən İenaka kəndində doğulmuşdur. Elektrik mühəndisi olmağa qərar vermiş və Tokio Universitetindən məzun olmuşdur.[2] "Tokyo Dento" şirkətində işlədikdən sonra 1906-cı ildə "Kuhara Koqyoşo" şirkətinin Hitaçi mədənində yerləşən təmir dükkanında işləməyə başlamış,[3] beş at gücünə malik induksiya motoru hazırlamışdır. Bu, yapon bir şəxs tərəfindən dizayn edilmiş və hazırlanmış ilk belə motordur. Motor 2023-cü ildə əhəmiyyətli mədəni mülk statusu almışdır.[2]
Odayra mədənçilik əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə elektrik avadanlıqlarının istehsalına başlamışdır.[3] 1910-cu ildə "ali, orijinal texnologiyalar və məhsullarla cəmiyyətə töhfələr vermək" üçün mədənin təmir bölməsi əsasında "Hitachi" şirkətini təsis etmişdir.[4] 1929–1947-ci illərdə şirkətin prezidenti olmuş, şirkəti Yaponiyanın aparıcı elektrik avadanlıqları şirkətlərindən birinə çevirmişdir.[3]
Qolf, rəssamlıq, keramika sənəti məşğul olduğu əsas hobbilər olmuşdur.[2]
2021-ci ilin noyabrında "Hitachi" şirkəti tərəfindən Odayra Memorial Muzeyi açılmışdır. 8 may 2024-cü ildə muzey 50.000-ci ziyarətçisini qəbul etmişdir.[5]