Nanda (aktrisa)

Nanda
ing. Nanda
marathi नंदा
Doğum tarixi 8 yanvar 1939(1939-01-08)
Doğum yeri
Vəfat tarixi 25 mart 2014(2014-03-25) (75 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1948–1983
IMDb ID0620785
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nanda (ing: Nanda, 8 yanvar 1939, Kolhapur, Britaniya Hindistanı25 mart 2014, Mumbay) – hindistanlı aktrisadır. Az qala 40 illik karyerası ərzində hindimarathi dillərində 70-ə yaxın filmə çəkilib. Ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Filmfare” mükafatı laureatı olub. Nanda 8 yanvar 1939-cu ildə Kolhapur şəhərində marathi dilində danışan ailədə anadan olub. Atası tanınmış aktyor və rejissor Vinayak Damodar Karnataki (Master Vinayak) anası aktrisa Minaşki olub. Nanda səkkiz yaşında olanda atasını itirib. Ailənin dolanması üçün uşaq yaşlarından kinoya çəkilib. Karyerasının əvvəlində Bebi Nanda adı altında “Mandir” (1948) və “Jagriti” (1954) filmlərində rol alıb. İlk böyük rolunu 1956-cı ildə əmisinin “Toofan Aur Deeya” adlı filmində oynayıb. Daha çox “Toz içində çiçək” (1959) və “Qara bazar” filmlərində oynadığı ikinci plan rolları ilə yaddaşlarda qalıb. Buna görə ona “balaca bacı” ləqəbi verilib. Balrac Sahni ilə eyniadlı filmdə oynadığı rol onu Hindistan kinosunun ulduzuna çevirib. Nanda 25 mart 2014-cü ildə səhər saatlarında Andheri şəhərindəki evində ürək tutmasından dünyasını dəyişmişdir.