Napster | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tipi | Fayl mübadiləsi şirkəti |
Təsis tarixi | 1999 |
napster.com | |
![]() |
Napster — dünyada ilk mp3 mübadiləsi saytı və şəbəkəsi. Musiqiləri peer-to-peer (P2P) kodlaşmış dildə paylaşan şirkət sonradan fəaliyyətini dayandırmışdır. Şirkətin işinin dayandırmasında musiqilərin müəllif hüquqları məsələlərində çətinliklər yaşaması, tez-tez məhkəmələrdə iştirak etməsi səbəb oldu. Xidmət məhkəmənin qərarı ilə bağlansa da, Napster nəzarət edilməsi çox çətin olan mərkəzləşməmiş "tay-tuşlar" şəbəkələrinin yaranmasına səbəb oldu.
Şirkət Şon Fenninq, Con Fenninq, Şon Parker tərəfindən qurulub. 1999–2001-ci illər aralığında dünyada böyük rəğbət qazanan Napsterdə insanlar musiqi paylaşımı edirdi. Məhkəmə qərarları nəticəsində bağlanan şirkət, sonradan başqa biznsmenlər tərəfindən alındı.
Napster xidməti enişli-yoxuşlu yollardan keçməsinə baxmayaraq 80 milyon istifadəçi toplayıb.