Nartsiza Jmixovska

Nartsiza Jmixovska
pol. Narcyza Żmichowska
Təxəllüsü Qabriella
Doğum tarixi 4 mart 1819(1819-03-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1876(1876-12-24)[1][3][…] (57 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili polyak dili
Janr modernizm
Tanınmış əsəri Kafir
İmza
Vikimənbənin loqosu Nartsiza Jmixovska Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nartsiza Jmixovska (pol. Narcyza Żmichowska; təxəllüsü Qabriella; 4 mart 1819[1][2][…], Varşava24 dekabr 1876[1][3][…], Varşava) — məşhur Qabriella təxəllüsü ilə tanınan polyak yazıçışairəsi.

O, Polşada feminizmin banilərindən biri hesab olunur.

Jmixovska 1838-ci ildə Zamoyski qraf ailəsinə məxsus evin qubernatoru olub. Parisə işləməyə gedən Jimixovska burada, çarizmə qarşı qaldırılmış Noyabr üsyanından sonra Rusiya imperiyasından sürgün edilmiş Polşa inqilabçısı olan qardaşı Erazm ilə yenidən birləşib. Qardaşının siyasi və ictimai baxışlarından çox təsirlənən Nartsiza onun məsləhəti və dəstəyi ilə Fransa Milli Kitabxanasına üzv yazılır və Fransa Akademiyasına daxil olan ilk qadınlarından biri olur.[4] [5] [6]

Vladislav Radzikovski tərəfindən yaradılmış Nartsiza Jmixovskanın büstü, Krakov Tarix Muzeyi, 1880

Fransadakı yaşamı, onun həyatında müsbət dəyişikliklərə səbəb oldu. O, qadınlara yönəlik radikal düşüncələrə qarşı fikirlərini açıq şəkildə ifadə etməyə başladı. Onun bu yöndə olan fikirləri burjua mühiti tərəfindən "eksentrik" düşüncülər adlandırılırdı. Nartsiza, qadınlara çəkilməsi qadağan olunmuş siqarlardan istifadə edirdi. Fransız dilini mükəmməl bilməsi Nartsizaya işğal olunmuş Polşaya qayıtdıqdan sonra asanlıqla yeni iş tapması üçün geniş imkanlar yaratdı. O, Lomja yaxınlığındakı bir Stanislav Kiseletskonun malikanəsində onun dörd övladının qubernatoru kimi çalışmağa başladı.

O, tez-tez Varşavaya gedib, oradakı ziyalılarla görüşürdü. Paulina Krakovovanın redaktoru olduğu Piervesnek (Primrose) ədəbi jurnalında debüt etdi və digər qadın yazarların da yazılarının da nəşr olunduğu Pielgrzym (redaktoru Eleonora Ziemięcka idi) və Przegląd Naukowy daxil olmaqla, Rusiya senzurası altında nəşr olunan digər Polşa jurnalları üçün müntəzəm olaraq yazırdı. Jmixovska 1842-1849-cu illərdə çarizmə qarşı mübarizə aparan Varşavada fəaliyyət göstərən Sufrajetlər qrupunu təsis etdi.[4][5][6] O, 1849-cu ildə qanuniləşdirilmiş Związek Narodu Polskiego təşkilatına üzv olduğu üçün Lublin şəhərində ruslar tərəfindən həbs edilərək üç il həbs cəzasına məhkum edilmişdir.[7]

Nartsiza Jmixovskanın 1846-cı ildə nəşr olunan ilk romanı Poganka (Kafir) romanı idi. Kitab 2012-ci ildə Northern Illinois University Press nəşriyyatında doktor Ursula Fillips tərəfindən ingilis dilinə tərcümə edilərək nəşr edilmişdir.[4] Jmixovskanın ailəsi və dostlarına məktubları 1960-cı ildə Vrotslav Universiteti tərəfindən beş cilddə nəşr edilmişdir. Bu məktublarda onun evli olan Edvard Dembovski adlı şəxsə qarşı marağının olması məlum qalmaqala səbəb olmuşdu. Onun Bibianna Moraçevska ilə 32 illik yazışmaları əsasən intellektual söhbətlərdən ibarət olub.[4]

  • Poganka (Kafir) OCLC 10016526
  • Książka pamiątek (Xatirələr kitabı)
  • Dwoiste życie (İkiqat həyat)
  • Czy to powieść? (Bu, romandır?) OCLC 26836636
  • Ścieżki przez życie (Həyatdan keçən yollar) OCLC 4232707
  • Biała róża (Ağ qızılgül) OCLC 28856696
  • Wolne chwile Gabryelli (Qabrielanın azad anları)
  • Wykład nauk przeznaczonych do pomocy w domowym wychowaniu panien (Qızların tərbiyəsi mövzusunda mühazirələr)
  • Wybór powieści (Romanlar toplusu) OCLC 3277138
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Narcyza, Ps. Gabryella Zmichowska // FemBio database (alm.).
  3. 1 2 Narcyza Żmichowska // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 3 4 Maria Woźniakiewicz-Dziadosz, Dzieje przyjaźni entuzjastek w świetle listów Narcyzy Żmichowskiej do Bibianny Moraczewskiej (PDF file, direct download 81.7 KB) Lublin University.
  5. 1 2 Marta Mizuro, Barbara Winklowa: Narcyza Żmichowska i Wanda Żeleńska, ISBN 978-83-08-03496-5 Onet.pl book review.
  6. 1 2 A. Gruszczyńska, Ślady ruchu lesbijskiego. University of Wrocław.
  7. Żmichowska Narcyza // Internetowa encyklopedia PWN. October 25, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.