Naser Şadli | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Nacer Chadli | |||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Naser Şadli[1] | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Lyej, Belçika | ||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 187[2] | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 78 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Monako | ||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 20 | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989[3]) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur.
O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur.
Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir.[4][5] Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Şadli gənclik illərində Tiye-a-Lyej, Standard Lyej, Maastrixt klublarında çıxış etmişdir. 2007-ci ilin yayında o, Niderland ikinci diviziya təmsilçilərindən olan Apeldoorn klubu ilə müqavilə imzalamışdır. Şadli skautlar tərəfindən Maastrixt akademiyasında kəşf olunmuşdur. O, klubda ən istedadlı futbolçulardan biri hesab olunurdu. Şadli Apeldoorn klubunda baxışdan keçərkən Kaliffe uydurma soyadından istifadə etmişdir. Çünki baş məşqçi Ted van Leeuven oyunçunun digər klubların diqqətini çəkəcəyindən narahat idi.[6] Şadli peşəkar karyerasında ilk qolunu Apeldoorn klubu ilə Volendam klubuna qarşı oyunda vurmuşdur.
2010-cu ilin yayında Şadli Tvente klubu ilə müqavilə imzalamışdır. Növbəti mövsümdən o, Erediviziya çempionu olmuş klubun əsas komandasında iştirak etməyə başlamışdır.[7] O, Erediviziyada ilk qolunu PSV klubuna qarşı oyunda vurmuşdur.[8] Şadli Çempionlar Liqasında debütünü 14 sentyabr 2010-cu ildə İnternazionale klubuna qarşı qrup mərhələsi görüşündə etmiş və komandası rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.[9] O, Çempionlar Liqasında ilk qolunu 29 sentyabr 2010-cu ildə Tottenhem Hotspur klubuna qarşı (4–1) oyunda vurmuşdur.[10] İkincisini isə 2 noyabr 2010-cu ildə Verder Bremen klubuna qarşı oyunda gerçəkləşdirmiş və komandası rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.[11] Şadli 7 dekabr 2010-cu ildə Tottenhem Hotspur klubuna qarşı oyunda cərimə zərbəsindən qolla yadda qalmış və komandası rəqibi ilə 3-3 hesabı ilə bərəbərə qalmışdır.
21 iyul 2013-cü ildə Şadli £7 milyon qarşılığında Tvente klubundan Tottenhem Hotspur klubuna transfer olmuşdur.[12] Tibbi müayinədən uğurla keçdikdən sonra, Şadli Honkonqda keçirilən mövsüm öncəsi təlim-məşq toplantısında iştirak etmək üçün Tottenhem Hotspur klubuna qoşulmuşdur.[13] 23 iyulda Şadli 2013 Premyer Liqa Asiya Trofeyi turnirində iştirak etmək üçün klubun təlim-məşq toplantısına qatılmışdır.[14] Nəhayət, 26 iyulda o, klubun şərtlərini qəbul etmişdir. O, Tottenhem Hotspur klubu ilə debütünü 3 avqust 2013-cü ildə Monako klubuna qarşı yoldaşlıq oyununda etmiş və komandası rəqibinə 2-5 hesabı ilə məğlub olmuşdur.[15] O, Premyer Liqada debütünü 18 avqust 2013-cü ildə Kristal Palas klubuna qarşı mövsümün ilk turunda etmiş və komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[16] O, Premyer Liqada ilk qolunu 12 fevral 2014-cü ildə Nyukasl Yunayted klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.[17]
24 avqust 2014-cü ildə Şadli 2014-15 mövsümünün ikinci hesabat turunda Kuins Park Reyncers klubuna qarşı görüşdə iki qolla yadda qalmış və komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.[18] Uğurlu qrafik cızmağa başlayan Şadli Arsenal klubuna qarşı Şimali London derbisi də daxil olmaqla, bir neçə oyunda qolla yadda qalmağı bacarmışdır. Yaxşı forma yığmağı bacaran Şadli ciddi zədə ilə üzləşmişdir. Formasına qayıdana kimi Şadlinin ailəsində faciə baş vermişdir. Belə ki, onun atası vəfat etmişdir.[19] Şadli Nyukasl Yunayted və Sauthempton klublarına qarşı iki oyunda iki qolla yadda qalmışdır. O, aprelin ayının sonuna kimi 10-u Premyer Liqa görüşü olmaqla, ümumilikdə 12 oyunda iştirak etmişdir. 16 may 2015-ci ildə Şadli Hall Siti klubuna qarşı oyunda qapıçıya aşırma zərbəsi ilə qol vurmuş və komandası rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. Bu, onun Premyer Liqada vurduğu 11-ci qol olmuşdur.
29 avqust 2016-cı ildə Şadli £13 milyon qarşılığında İngiltərə Premyer Liqası təmsilçilərindən olan Vest Bromviç Albion klubu ilə müqavilə imzalamışdır. O, klubun ən bahalı transferi kimi tarixə keçmişdir.[20] O, klub ilə debütünü Bornmut klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.[21] Şadli Vest Hem Yunayted klubuna qarşı olan ikinci liqa görüşündə iki qol və iki assistlə yadda qalmışdır. Həmin görüşdə Vest Bromviç rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.[22]
2017-18 mövsümündə Şadli budundan ciddi zədə almışdır. Beləliklə, o, aprel ayının sonuna qədər Vest Bromviç Albion klubu ilə sadəcə üç oyunda iştirak etmişdir. Mövsümün sonunda klub ikinci liqaya yuvarlanmışdır.[23] Ümumilikdə beş oyunda iştirak edən Şadli 16 oktyabr 2017-ci ildə Lester Siti klubuna qarşı oyunda cərimə zərbəsindən qolla yadda qalmış və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[24]
30 avqust 2018-ci ildə Şadli Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə üç illik müqavilə imzalamışdır.[25]
Şadli həm Belçika, həm də Mərakeş vətəndaşlığına sahib olduğu üçün hər iki millidə çıxış edə bilərdi. O, Mərakeş millisi ilə debütünü 17 noyabr 2010-cu ildə Şimali İrlandiya millisinə qarşı oyunda etmişdir.[26] Uindsor Parkda keçirilən yoldaşlıq görüşündə Şadli oyunun adamı seçilmiş[27], millisi isə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 28 noyabr 2011-ci ildə Şadli Belçika millisini beynəlxalq turnirlərdə təmsil edəcəyini açıqlamışdır. Buna səbəb kimi o, Mərakeş millisi ilə rəsmi oyunlarda iştirak etmədiyini bildirmişdir. O, Belçika millisi ilə debütünü 9 fevral 2011-ci ildə Finlandiya millisinə qarşı oyunda etmişdir.[28]
Şadli Belçika millisində daha çox hücumçu mövqeyində çıxış edir.[29] O, millidə ilk qolunu 29 mart 2011-ci ildə Azərbaycan millisinə qarşı UEFA Avro 2012 təsnifat mərhələsi görüşündə vurmuşdur. Brüsselin Kral Bauduin stadionunda keçirilən görüşdə Belçika rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.
26 may 2014-cü ildə Şadli 2014 Dünya Kubokundan öncə Lüksemburq millisi ilə keçirilən yoldaşlıq oyununda millidə üçüncü qolunu vurmuşdur. Lakin baş məşqçi Mark Vilmots altı əvəzetmə icazəsi olmasına baxmayaraq, yeddinci əvəzetməni gerçəkləşdirmiş və oyunun nəticəsi ləğv edilmişdir.[30]
13 may 2014-cü ildə Şadli 2014 Dünya Kubokunda iştirak etmək üçün milliyə çağırılmışdır.[31] O, Əlcəzair millisinə qarşı ilk görüşə yarımmüdafiəçi kimi start vermişdir. Şadli ikinci hissədə Dris Mertens ilə əvəz olunmuşdur. Belo Horizontedə keçirilən görüşdə Belçika rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.[32]
2018-ci ilin may ayında Şadli Rusiyada keçirilən 2018 Dünya Kubokunda iştirak etmək üçün milliyə çağırılmışdır.[33]
2 iyul 2018-ci ildə Şadli Yaponiya millisin qarşı 2018 Dünya Kubokunun 1/8 final mərhələsi görüşündə qələbə qolunun müəllifi olmuşdur.[34] Qol BBC siyahısında 2018 Dünya Kubokunda turnirin qolu elan edilmişdir.[35]
Şadli hücuma meyilli və cinah yarımmüdafiəçisi kimi çıxış edərək, 10 nömrə funksiyasını yerinə yetirir. O, universal yarımmüdafiəçi hesab olunur. Şadli hər iki ayağı ilə rahat oynayır və çoxsaylı qol imkanları yaradır.[36]
Klub | Mövsüm | Liqa | Kubok[nb 1] | Liqa Kuboku[nb 2] | Avropa[nb 3] | Digər[nb 4] | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Apeldoorn | 2007–08 | Eerste Diviziya | 19 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 19 | 2 |
2008–09 | 34 | 9 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 34 | 9 | ||
2009–10 | 37 | 17 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 40 | 18 | ||
Ümumi | 90 | 28 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 93 | 29 | ||
Tvente | 2010–11 | Erediviziya | 33 | 7 | 6 | 3 | 0 | 0 | 11 | 3 | 0 | 0 | 50 | 13 |
2011–12 | 25 | 6 | 2 | 1 | 0 | 0 | 8 | 2 | 0 | 0 | 35 | 9 | ||
2012–13 | 26 | 12 | 2 | 0 | 0 | 0 | 10 | 6 | 0 | 0 | 38 | 18 | ||
Ümumi | 84 | 25 | 10 | 4 | 0 | 0 | 29 | 11 | 0 | 0 | 123 | 40 | ||
Tottenhem Hotspur | 2013–14 | Premyer Liqa | 24 | 1 | 1 | 0 | 3 | 1 | 6 | 3 | 0 | 0 | 34 | 5 |
2014–15 | 35 | 11 | 2 | 1 | 3 | 1 | 5 | 0 | 0 | 0 | 45 | 13 | ||
2015–16 | 29 | 3 | 4 | 3 | 1 | 0 | 6 | 1 | 0 | 0 | 40 | 7 | ||
Ümumi | 88 | 15 | 7 | 4 | 7 | 2 | 17 | 4 | 0 | 0 | 119 | 25 | ||
Vest Bromviç Albion | 2016–17 | Premyer Liqa | 31 | 5 | 1 | 0 | 0 | 0 | — | — | 32 | 5 | ||
2017–18 | Premyer Liqa | 4 | 1 | 0 | 0 | 1 | 0 | — | — | 5 | 1 | |||
Ümumi karyera | 300 | 72 | 19 | 9 | 8 | 2 | 46 | 15 | 2 | 0 | 371 | 98 |
Belçika | ||
---|---|---|
İl | Oyun | Qol |
2011 | 6 | 1 |
2012 | 5 | 1 |
2013 | 7 | 0 |
2014 | 10 | 2 |
2015 | 3 | 0 |
2016 | 2 | 0 |
2017 | 9 | 1 |
2018 | 9 | 1 |
Ümumi | 54 | 6 |
Milli komanda qolları | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Qol | Tarix | Məkan | Rəqib | Hesab | Nəticə | Turnir | |||||
1. | 29 Mart 2011 | Kral Bauduin stadionu, Brüssel, Belçika | Azərbaycan | UEFA Avropa 2012 təsnifat mərhələsi | |||||||
2. | 29 Fevral 2012 | Pankritio stadionu, İraklion, Yunanıstan | Yunanıstan | Yoldaşlıq | |||||||
3. | 26 May 2014 | Kristal Arena, Genk, Belçika | Lüksemburq | Yoldaşlıq | |||||||
4. | 10 Oktyabr 2014 | Kral Bauduin stadionu, Brüssel, Belçika | Andorra | UEFA Avropa 2016 təsnifat mərhələsi | |||||||
5. | 9 İyun 2017 | A. Le Koq Arena, Tallin, Estoniya | Estoniya | 2018 FİFA Dünya Kuboku təsnifat mərhələsi | |||||||
6. | 2 İyul 2018 | Rostov Arena, Rostov-na-Don, Rusiya | Yaponiya | 2018 FİFA Dünya Kuboku | |||||||
14 iyul 2018-ci il tarixində yenilənmişdir. |
Tvente
Belçika