Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi.[1]
İstifadə olunan digər Nasist simvolları:
Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. I Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir:[2]
Qırmızı rəng nasional-sosializmin fikrini, ağ rəng milli fikri, qara rəngli svastika Ariyan insanın zəfəri üçün mübarizə missiyasını təmsil edir və eyni şəkildə də yaradıcı çalışma zəfəri hər zaman olmuşdur və hər zaman anti-semitik olacaqdır. |
Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mövzuyla əlaqəli nümunələrdən biridir. Nasist afişalarında, yazılarında istifadə olunan S runu Guido fon Listin "Sig" fiqurudur.[3]