Nataşa Kandiç | |
---|---|
Doğum tarixi | 16 dekabr 1946 (77 yaş) |
Təhsili | |
Fəaliyyəti | insan hüquqları fəalı |
Vikianbarda əlaqəli mediafayllar |
Nataşa Kandiç (serb. Nataša Kandić; 16 dekabr 1946) — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Humanitar Hüquq Mərkəzinin təsisçisi və icraçı direktoru (Belqrad)[1]. Kandiçin tədqiqat işi Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində cinayətlərin araşdırılması üçün istifadə edilmişdir.
Nataşa Kandiç 1946-cı ildə Kraqujevac şəhərində (Serbiya) anadan olmuşdur. Təhsilinə görə bir sosioloqdur. Yuqoslaviyadakı hərbi qarşıdurmalardan əvvəl həmkarlar ittifaqı analitiki vəzifəsində çalışmışdır. Onun yazdığı “Kosovo Düyünü: Aç və ya kəs?” kitabının nəşrindən sonra Kandiç həmkarlar ittifaqından qovulur (1990). Xorvatiyada müharibənin başlaması ilə Kandiç və dostları dövlətin siyasətinə qarşı hərəkətlər edir. 8 oktyabr 1991-ci ildən 8 fevral 1992-ci ilədək hər gün Serbiya Prezidentinin sarayı qarşısında müharibədə ölənlərin xatirəsinə şam yandırırlar. 1991-ci ilin noyabrından 1992-ci ilin mayına qədər Serbiya vətəndaşlarının Xorvatiyadakı müharibəyə səfərbər edilməsinə qarşı referendum kampaniyasına rəhbərlik edir. Serbiyada Sarayevo bombardmanına qarşı ən böyük aksiyanın - "Qara Krep" in təşkilində iştirak edir. Etnik müharibə cinayətlərini sənədləşdirmək üçün 1992-ci ilin noyabr ayında Hümanitar Hüquq Mərkəzi qurur. 2004-cü ilin aprelində hərbi cinayətlərin sənədləşdirilməsi və istintaqı mərkəzləri şəbəkəsinin yaradılmasında iştirak etmişdir.
2009-cu ilin fevralında Belqrad dördüncü rayon məhkəməsi tərəfindən Tomislav Nikoliçin böhtanına görə 200 min Serb dinarı cərimə tətbiq edir: 2006-cı ildə B92 kanalındakı televiziya proqramlarından birində Nikoliçin 1991-ci ildə Xorvatiyanın Antin kəndində mülki əhaliyə qarşı müharibə cinayətlərində iştirak etdiyi barədə yalan məlumatlar sızdırıb[2][3]. Belqrad rayon məhkəməsi hökmü 2009-cu ilin iyununda ləğv edir[4].
Sarayevonun fəxri vətəndaşı (2005);
Danisa "əxlaqi dəyərlərin yayılmasına verdiyi töhfəyə görə" ordeni (2006). Mükafatı Xorvatiya Prezidenti təqdim etmişdir[5].