Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Natali Luazo | |
---|---|
fr. Nathalie Loiseau | |
![]() | |
Avropa Parlamentinin deputatı[d] | |
Vəzifədədir | |
16 iyul 2024-cü ildən | |
direktor[d] | |
3 oktyabr 2012 – 21 iyun 2017 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Nathalie Ducoulombier[3] |
Doğum tarixi | 1 iyun 1964[1][2][…] (60 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Uşağı | 4 |
nathalieloiseau.medium.com | |
![]() |
Natali Luazo (fr. Nathalie Loiseau; 1 iyun 1964[1][2][…], Nöyi-sür-Sen) — Fransa diplomatı və siyasətçisi, Fransa Xarici İşlər naziri yanında Avropa işləri üzrə məsul nazir (2017–2019).
Natalie Dükulombye adı ilə anadan olmuşdur.[5]
O, Siyasi Araşdırmalar İnstitutunu və Milli Şərq Dilləri və Sivilizasiyaları İnstitutunu bitirmiş, orada Çin dilini öyrənmişdir. 1986–1988-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsində işləmişdir. 1993–1995-ci illərdə xarici işlər naziri Alen Jüppenin müşaviri, 2002–2005-ci illərdə Fransanın İndoneziya, Seneqal və Mərakeşdəki səfirliklərinin katibi, həmçinin ABŞ-dakı səfirliyin mətbuat katibi olmuşdur. Bundan əlavə, o, Xarici və Avropa İşləri Nazirliyinin Modernləşdirmə İdarəsinin Baş İdarəsində İnsan Resursları üzrə Direktor vəzifəsində çalışmışdır.[6]
2012-ci ildə Loran Fabius yeni Xarici İşlər naziri olmuş və Luazo Xarici İşlər Nazirliyində karyerasını dayandırmışdır. Elə həmin il Milli İdarəçilik Məktəbinin direktoru təyin edilmişdir. O, bu vəzifədə məqsədini gələcək dövlət qulluğu kadrlarının daha çox şaxələndirilməsinə nail olmaq olduğunu bəyan etmişdir. Xüsusilə, 2014-cü ilə qədər tələbələr arasında qadınların nisbəti ilk dəfə olaraq 45%-ə çatmışdır.[7]