Nazilli

Nazilli
37°54′45″ şm. e. 28°19′14″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 64 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 162.737 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 09800 - 09900
Nəqliyyat kodu 09
Digər
nazilli.bel.tr
Xəritəni göstər/gizlə
Nazilli xəritədə
Nazilli
Nazilli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NazilliTürkiyənin qərbində şəhər, Egey regionunda, Aydın vilayətinin ən böyük şəhəri. Şəhər Aydın şəhərindən 47 kilometr (29 mil) şərqdə, Dənizliyə gedən yol üzərində yerləşir.

Nazillinin keçmiş adı Bazarköy (türk. Pazarköy) olmuşdur. Rəvayətə görə, Osmanlı dövründə Aydın hökmdarının oğlu Bazarköydən bir qıza aşiq olur, lakin qızın atası onu rədd edir. Daha sonra gənc sevgilisinin şərəfinə şəhərə "Nazlı eli" (Nazlı İli) adını vermişdir. XVII əsr səyyahı Övliya Çələbi hesab edirdi ki, Nazilli bu zəngin şəhərdə yerli qadınların nazlı olması ilə əlaqədar olaraq bu adı almışdır. Başqa bir versiyaya görə, Nazilli adı burada məskunlaşan oğuz türklərindən olan bir ailənin adıdır. Britaniyalılar 1920-ci illərdə şəhəri "Nazlı" adlandırmışdır.[1]

Türklərin Anadoluya yürüşündən sonra burada oğuz türkləri məskən salmışdır. Daha sonra buraya nəzarət Məntəşəoğulları, ardınca isə Aydınoğulları bəyliklərinə keçmişdir. 1390-cı ildə I Bəyazid bu ərazini Osmanlı imperiyasına birləşdirmişdir. O zaman şəhər iki kənddən ibarət idi: "Cümə yeri" (Cuma Yeri) və Bazarköy (Pazarköy). Şəhər yalnız sonralar "Nazlıköy" adlandırılmağa başlamışdır. 1402-ci ildə Ankara döyüşündə Teymurləng Bəyəzidi məğlub edərək Egey regionu nəzarətə götürmüş, Nazilli ərazisini Aydınoğulları ailəsinə qaytarmışdır. Ərazi daha sonra sultan II Murad tərəfindən tez bir zamanda Osmanlının nəzarətinə qayıtmışdır. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı Nazilli yunan qoşunları tərəfindən işğal edilmiş və 5 sentyabr 1922-ci ildə Türkiyənin nəzarətinə keçmişdir.

Nazilli Məndərəs çayı üzərində yerləşir. Ərazinin böyük hissəsi sitrus ağacları, zeytun və əncir, həmçinin pambıq, buğda və digər məhsullarla dolu Məndərəs vadisindədir.

2018-ci il siyahıyaalınmasına görə, Nazillinin 156,748 əhalisi var.

  1. Prothero, G.W. Anatolia. London: H.M. Stationery Office. 1920. səh. 101. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]