Nazim Sadıxov | |
---|---|
ing. Nazim Sadykhov | |
Şəxsi məlumatlar | |
Doğum adı | azərb. Nazim Sadıxov |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Boyu | 1,77 m |
Çəkisi | 70 kq |
İdman növü | qaydasız döyüş |
Ağırlıq dərəcəsi | yüngül çəki |
Komandası | Longo and Weidmann MMA |
![]() |
Nazim Sadıxov — UFC-də çıxış edən Azərbaycan əsilli ABŞ qarışıq döyüş sənəti iştirakçısıdır.
Nazim Sadıxov 6 yaşı olanda ailəsi ilə birlikdə Azərbaycanın paytaxtı Bakıdan Bruklin, Nyu-Yorka köçdü. Uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olmağa başladı.[1]
16 avqust 2022-ci ildə, Sadıxov əfqan əsilli MMA döyüşçüsü Əhməd Həsənzadə ilə Dana White's Contender Series - Contender Series 2022 yarışmasında yüngül çəkidə qarşılaşdı və UFC prezidentinin qarşısında kifayət qədər təsirli qalibiyyəti sayəsində UFC ilə müqavilə bağladı.[2]
Nazim Sadıxov UFC-də ilk görüşünü 18 fevral 2023-cü ildə Evan Elder-ə qarşı keçirib və qalib gəlib.[3]
2023-cü il iyulun 16-da Terrensi Makkenniyə qarşı döyüşdə UFC-dəki ikinci qələbəsini qazanıb.[4]2023-cü il noyabrın 12-si UFC-295-də rusiyalı Veçeslav Borşev ilə heç-heçəyə razılaşdı,həmin döyüş günün ən yaxşı döyüşü seçildi.
Sadıxov karyerası boyu 11 görüşdə 9 qələbə,1 məğlubiyyət və 1 heç-heçə yaşayıb.[5]