Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nebraska Kornhaskers | |
---|---|
Mərkəzi | |
huskers.com |
Nebraska Kornhaskers (ing. Nebraska Kornhuskers) (tez-tez Huskers abbreviaturası altında) Nebraska-Lincoln Universitetini təmsil edən kolleclərarası liqalarda çıxış edən komandadır. Nebraska Universiteti Böyük Onluq Konfransının üzvüdür. Universitetin komandası - Kornhaskers (ing. Cornhuskers) NCAA Diviziya I-də digər yerli kollej komandaları ilə yarışır. 15 idman növündə 22 komandası ilə yerli kolleclərarası liqalarda mübarizə aparır. Bu komandaların 19-u Böyük Onluqda yarışır. Çimərlik voleybolu və boulinqdə isə müstəqil olaraq yarışır.
Universitetin atletik komandalarına öncəki ləqəblərində Havkays (ing. Hawkeyes) (indi Ayova Universitetinin termini) yer alırdı Cornhuskers (ing. Cornhuskers) termini isə ilk dəfə 1893-cü ildə Ayova şəhərində 18-20 yaşlı komanda qələbə qazandıqdan sonra ilk növbədə məktəb qəzetinin başlığında "The Kornhaskers ilə tanış oldum, onlar bizim komandamızdır" deyə yazılmışdı. Bu hadisədən sonra Kornhaskers (ing. Cornhuskers) Ayova ştatına aid idman termini oldu. 1899-cu ildə isə ilk dəfə olaraq Nebraska ştatındakı komandaya aid edilmişdi.
Təxminən 100 ildir ki, Kornhaskers (ing. Cornhuskers) Böyük Səkkiz Konfransına (əvvəllər Missuri Vadisi Kollejlərarası Atletik Assosasiya kimi tanınırdı), sonra isə 15 il ərzində Böyük 12 Konfransında iştirak etdi. Nebraska, 2011-ci ildə Böyük Onluğa qatıldı.
Kornhaskers (ing. Cornhuskers) iki rəsmi maskotu vardır: Herbie Husker və Lil Qırmızı.