Neodim III oksid

Neodim III oksid
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu Nd₂O₃[1]
Molyar kütlə 0 kq
Təsnifatı
CAS-da qeyd. nöm. 1313-97-9
PubChem
ChemSpider

Neodim oksid (Nd2O3) neodim əlvan metalının havada qızdırılması yolu ilə əldə edilir ki, həmin hava bunun hesabına çox tez qızır və qeyri-metallarla – azot, halogenlər, kükürd, hidrogen və digərləri ilə reaksiyaya daxil olur. Xarici görünüşü – mavi, refrakter toz. Elementin bütün tərkib hissələrindən ən çox onun oksidi əhəmiyyət kəsb edir, hansı ki bir sıra fiziki-kimyəvi xüsusiyyətli üstünlüklərə malikdir: -ərimə temperaturu – 2200° C; -qaynama temperaturu – 3300° C; -suda və orta güclü mineral turşularda həll olunur; -asan higroskopik material; -soyuq su, alkalilər və ammonium hidratla reaksiyaya daxil olmur. Onun təmizliyi 99%, 99,9%, 99,99%, 99,999% təşkil edir.

Neodim oksidin yaxşı xüsusiyyətlərinə görə, tətbiq sahəsi kifayət qədər genişdir. Hər şeydən çox keramika və şüşəəritmədə istifadə olunur. Neodim şüşəsi onun şüşə ərintilərinə daxil edilməsi yolu ilə əldə edilir. Belə şüşələr lazer və kosmik cihazlarda, yarımkeçirici lazerlərdə və inertial termoatom sintezi üçün multişüa sistemlərində istifadə olunur. Neodim oksid dielektrik olaraq çox az genişlənmə əmsalı ilə istifadə olunur. Onun istifadəsinə hətta gündəlik həyatda da rast gəlmək olar. Bunlar işıq lampaları və avtomobilin arxa görüntü güzgüləridir. Sənayeyə gəldikdə isə, elementin oksidi çox əhəmiyyətə malikdir və aşağıdakılar üçün istifadə edilir: -xüsusi ərintilərin və poladların ərintiləri; -güclü maqnitlərin istehsalı. Müasir sənayedə həm neodimin, həm də onun oksidinin çox geniş istifadə olunduğunu söyləmək artıq olmazdı. Maddənin demək olar ki, praktiki olaraq bu günə məlum olan istənilən nəqliyyat vasitəsilə nəql edilə biləcəyinə baxmayaraq, onun nəqli üçün bütün tələblərə ciddi riayət edilməlidir. Etibarlı qablaşdırma və rütubətin daxilə keçməsinin qarşısının alınması tələb olunur.

  1. Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1992. — Т. 3. — 639 с. — ISBN 5-82270-039-8.
  2. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.-Л.: Химия, 1966. — Т. 1. — 1072 с.
  3. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
  4. CRC Handbook of Chemistry and Physics. — 89th Edition. — Taylor and Francis Group, LLC, 2008–2009.
  5. Химия и технология редких и рассеянных элементов, ч. II / Под ред. К. А. Большакова. — М.: Высш. школа, 1976. — 360 с.
  1. Neodymium oxide (ing.).