Neom

Neom
نيوم
28°00′23″ şm. e. 35°12′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 24 oktyabr 2017
Sahəsi
  • 26.500 km²[1]
Digər
neom.com
Xəritəni göstər/gizlə
Neom xəritədə
Neom
Neom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neom (NEOM; نيوم Niyom), Səudiyyə Ərəbistanının Tobruk regionunda tikilməsi planlanlaşdırılan bir şəhərdir. Proyect, ilk olaraq 24 oktyabr 2017-ci ildə Prens Məhəmməd ibn Salman tərəfindən elan olunmuşdur.

Neomun ölkənin şimal-qərbində Qırmızı dənizin yaxınlığında və Səudiyyə Ərəbistanının Misirİordaniya ilə bölüşdüyü sərhədlərdə yerləşməsi planlaşdırılır. NEOM-un ilk hissəsinin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır. Layihənin təxmini dəyərinin 500 milyard dollar olduğu düşünülür. Layihəni tamamilə bərpa olunan enerji mənbələri ilə dəstəkləmək planlaşdırılır. Şəhərin 26.500 km² ərazini əhatə etməsi və Qırmızı dəniz sahilləri boyunca 460 km uzanması planlaşdırılır.

"Xəyalpərəstlər şəhəri" adlandırılan NEOM Səudiyyə Ərəbistanı, Misir və İordaniya sərhədində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qurulacaq. Şəhərin adı ingilis dilindəki "new" (yeni) və ərəb dilindəki "gələcək" sözünün ilk hərflərindən götürülüb.

Neom bu dünyada yeni şeylər yaratmaq istəyən xəyalpərəst insanların şəhəri olacaq və burada ənənəvi investisiyalara yer verilməyəcək. Şəhərin enerjisi sadəcə külək və günəşdən alınacaq. NEOM, həmçinin, robot sayının insan sayından çox olduğu ilk şəhər olacaq.[2]

  1. https://www.neom.com/en-us/about.
  2. "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.