60 xorvat mülki vətəndaş, hərbçi və müharibə əsiri
Neretva 93 əməliyyatı — Bosniya və Herseqovina Respublikası Ordusunun (BHRO) 1993 -cü ilin sentyabrında Xorvatiya Müdafiə Şurasına (XMŞ) qarşı keçirdiyi hərbi əməliyyat. Əməliyyatın məqsədi xorvat qüvvələri tərəfindən mühasirəyə alınan və ciddi şəkildə dağıdılmış MostarınBosniya hissəsinin mühasirəsini sona çatdırmaq, həmçinin Xorvat Herseq-Bosna Respublikası tərəfindən nəzarət edilən Herseqovina bölgələrini geri qaytarmaq idi. Əməliyyat BHRO komandanlığı tərəfindən Qraboviça və Uzdolda xorvat mülki vətəndaşlar və əsirlərə qarşı qətliam törədilməsi haqqında məlumat yayılmasından sonra dayandırılmışdır.[1][2][3][4]