Elm sahəsi → öyrənir | |
---|---|
Xətalar haqqında məlumat
[[]] –i təsvir edən {{[[:Template: | ]]}} taksonomik şablon yoxdur | |
Yarımbölmə → öyrənir |
Neyroelm — sinir sistemini öyrənən elm sahəsi. İlk başda sadəcə biologiyanın bir sahəsi olaraq inkişaf etsə də, müasir neyroelm fizika, riyaziyyat, kompüter elmləri, dilçilik, psixologiya, fəlsəfə kimi sahələrin kəsişməsində yer alır.
Neyroelm sinir sistemini təşkil edən neyronların işləyişini quruluşun fərqli səviyyələrində öyrənir. Buna görə də, neyroelm araşdırmalarında molekulyar biologiya metodlarından tutmuş, canlı insan beynini görüntüləməkdə istifadə olunan fMRT, EEQ kimi fərqli metodlardan istifadə olunur. Nəzəri neyroelmdə empirik təcrübələrdən alınan nəticələr nəzəri əsaslar üzərinə qoyulur. Milyardla neyronlardan ibarət sinir sistemlərini nəzəri şəkildə ələ almaq üçün, neyroalimlər riyazi, fiziki və statistik nəzəriyyələrdən və modellərdən istifadə edirlər.
Elm ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |