Nihat Məmmədli | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() Nihat Məmmədli 2022-ci ildə | |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Nihat Zahid oğlu Məmmədli | ||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||
Doğum tarixi | 25 iyul 2002 (22 yaş) | ||||||||||||||||
Doğum yeri | |||||||||||||||||
Boyu | 166 sm. (5 ft 1 in) | ||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||
Karyera illəri | 2017— | ||||||||||||||||
Məşqçisi | Vaqif Feyzullayev | ||||||||||||||||
Komandası | ROİL | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
![]() |
Nihat Məmmədli (25 iyul 2002, Babı, Füzuli rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi[1]; 2024-cü il Avropa və Dünya Çempionatlarının qalibi.
Nihat Məmmədli 2017-ci ildə Yunanıstanın Afina şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[2] 2019-cu ildə Nihat Məmmədli iyunda Faentsa şəhərində (İtaliya) yeniyetmələr arasında Avropa Çempionatının[3], iyulda isə Sofiya şəhərində (Bolqarıstan) yeniyetmələr arasında Dünya Çempionatının[4] qalibi oldu. Nihat Məmmədli həm də iyunda baş tutan Avropa Gənclər Olimpiya Festivalının da bürünc medalına sahib oldu.[5]
2021-ci ildə Nihat Məmmədli Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatının[6] və Ufa şəhərində (Rusiya) gənclər arasında Dünya Çempionatının[7] bürünc medallarına sahib oldu. 2022-ci ildə isə Nihat Məmmədli Plovdiv şəhərində (Polşa) U23 Avropa Çempionatının[8] qızıl, Roma şəhərində (İtaliya) U20 Avropa Çempionatının[9] və Sofiya şəhərində (Bolqarıstan) U20 Dünya Çempionatının[10] bürünc, Pontevedra şəhərində (İspaniya) U23 Dünya Çempionatının[11] gümüş medallarına sahib oldu. Nihat Məmmədli həm də iyunda İtaliyanın Roma şəhərində baş tutan Matteo Pellicone beynəlxalq turnirinin də bürünc medalına sahib oldu.[12]
2023-cü ildə Nihat Məmmədli Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[13] Apreldə isə Nihat Məmmədli Avropa Çempionatlarında debüt etdi. Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Edmond Nazaryana 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli, təsəlliverici görüşdə Macarıstan nümayəndəsi Eri Torbaya 8:0, bürünc medal uğrunda görüşdə isə Ermənistan nümayəndəsi Gevorg Garibyana 10:5 hesabları ilə qalib gəldi və Avropa Çempionatını bürünc medalla başa vurdu.[14] İyulda Budapeşt şəhərində Polya İmre beynəlxalq turnirinin bürünc medalına sahib olan Nihat Məmmədli sentyabrda Belqrad şəhərində debüt Dünya Çempionatını 11-ci pillədə başa vurdu.[1]
Karyerasının ən uğurlu mövsümü 2024-cü ilə təsadüf edən Nihat Məmmədli əvvəlcə fevralda Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatının qalibi oldu. Zagreb Open və Avropa Olimpiya Təsnifat Turnirlərindən uğursuz çıxış etsə də, ilin əsas turnirində — Tirana şəhərində (Albaniya) baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu oldu.[15]
Yeniyetmələrin Dünya Çempionatı | ![]() |
|||
Yeniyetmələrin Avropa Çempionatı | ![]() |
|||
Avropa Gənclər Olimpiya Festivalı | ![]() |
|||
Yeniyetmələrin Dünya Çempionatı | ![]() |
|||
Gənclərin Avropa Çempionatı | ![]() |
|||
Gənclərin Dünya Çempionatı | ![]() |
|||
U23 Avropa Çempionatı | ![]() |
|||
Matteo Pellicone Turniri | ![]() |
|||
U20 Avropa Çempionatı | ![]() |
|||
U20 Dünya Çempionatı | ![]() |
|||
U23 Dünya Çempionatı | ![]() |
|||
Zagreb Open | ![]() |
|||
Avropa Çempionatı | ![]() |
|||
Polya İmre Turniri | ![]() |
|||
Dünya Çempionatı | ![]() |
|||
Zagreb Open | ![]() |
|||
Avropa Çempionatı | ![]() |
|||
Avropa Olimpiya Təsnifat Turniri | ![]() |
|||
Dünya Çempionatı | ![]() |