Nikitas Stamatelopulos | |
---|---|
yun. Νικήτας Σταματελόπουλος | |
Şəxsi məlumatlar | |
Ləqəbləri |
Nikitaras türkyeyən Νικηταράς ο Τουρκοφάγος |
Doğum tarixi | 1781, 1782 və ya təq. 1784 |
Vəfat tarixi | 25 sentyabr 1849 |
Vəfat yeri | |
Dəfn yeri | Birinci Afina qəbiristanlığı |
Vətəndaşlığı | Osmanlı imperiyası Yunanıstan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yunanıstan |
Rütbəsi | general |
Döyüşlər | Yunanıstan İstiqlaliyyət müharibəsi (Valtetsi döyüşü, Doliana döyüşü, Tripoli mühasirəsi, Dervenakiya döyüşü, Mesolongionun üçüncü mühasirəsi, Araxova döyüşü və s.)[1] |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikitaras (yun. Νικηταράς; 1781, 1782 və ya təq. 1784 – 25 sentyabr 1849, Pirey) ləqəbli Nikitas Stamatelopulos[2] (yun. Νικήτας Σταματελόπουλος) ― Yunanıstan İstiqlaliyyət müharibəsinin yunan üsyançısı. Döyüş şücaətinə görə ona Turkofaqos (yun. Τουρκοφάγος) deyilirdi, bunun da sözbəsöz mənası "türkyeyən" idi.[1]
Nikitarasın doğum tarixi və yeri mübahisələr doğurur, lakin ehtimal olunur ki, o, ya Peloponnesin Messeniya rayonunun Nedussa kəndində, ya da 1784-cü il civarında Arkadiya rayonunun Leontari kəndində anadan olmuşdur. O, inqilabın ən əhəmiyyətli yunan hərbi lideri Teodoros Kolokotronisin qardaşı oğlu idi. Türk səlahiyyətlilər onu və Kolokotronisi tutmağa çalışsalar da, o, qaçmağı bacardı və Britaniya nəzarətindəki İon adalarında əmisinə qoşuldu.
Yunanistanın Müstəqillik müharibəsi başladıqda, ikisi də ölkənin daxili bölgəsinə döndü. O, müharibənin əvvəlində Tripoli mühasirəsində yunan ordusuna komandanlıq edən Kolokotronis ilə birlikdə idi. Türk ordusu başçısı və onun adamları şəhərdən qaçmağa çalışanda Nikitaras və qoşunları türk komandirinin və qoşunlarının önünü kəsdi və qətliam törətdi. Nikitaras Dervenakiya döyüşündə məşhurluq və "türkyeyən" ayamasını qazandı, deyilənə görə orada o, beş qılınc istifadə etmişdir, dördü həddindən artıq istifadədən qırılmışdır. İnqilab çərçivəsində baş verən vətəndaşlıq müharibəsi zamanı o, əmisi ilə birlikdə Aleksandr Mavrokordatosun fraksiyasına qarşı çıxmışdır.[1]
Nikitaras güclü vətənpərvər idi, İnqilabın bir çox liderləri kimi korrupsiyaya qurşanmış deyildi. İoannis Kolettis ondan hökumət vəzifəsi qarşılığında rəqibi Odissey Andrutsosu öldürməsini istəyəndə Nikitaras təklifi rədd etdi və Kolettisə qəzəbləndi. Döyüşdən sonra qənimət götürməkdən də imtina edirdi, halbuki bu, o dövrdə Balkan nizamsız ordusunda adət almış hal idi.[1] İnqilabdan sonra o və ailəsi yoxsulluq içində yaşayırdılar.
Müharibədən sonra Nikitaras əmisi Kolokotronis ilə birlikdə Yunanıstanın Bavariya kralı I Ottonnun güclü rəqibləri olduqları üçün həbs edildi.[1] O, eyni zamanda İnqilab üçün çalışmış şəxslərin hüquqları uğrunda güclü mübarizə aparırdı. Nikitaras 1841-ci ildə həbsxanadan buraxıldı, ancaq həbsdəki müddət onun sağlamlığını sarıstdı və 1849-cu ildə Pireydə öldü.
O, Mesolongionun üçüncü mühasirəsi dövründə söyləmiş sözləri ilə xüsusilə məşhurdur. Təchizatla şəhərə gələndə, aylardır maaşını almamış əsgərlər ondan pul gətirib gətirmədiyini soruşdular. Əsəbiləşən Nikitaras öldürdüyü türkdən aldığı qılıncı yerə atdı və bu sözləri dedi: "Mənim ancaq qılıncım var və mən onu məmnuniyyətlə ölkəmə verərəm". Nikos Qatsosun "Cəngavər və Ölüm" poemasında onun adı çəkilir.[3]