Nikka Yuko yapon bağı | |
---|---|
Məlumatlar | |
Parkın tipi | yapon bağı |
Ölkə | |
Yerləşməsi | Letbric, Alberta, Kanada |
Yaradılıb | 1967 |
Saytı | nikkayuko.com |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikka Yuko yapon bağı (日加友好日本庭園, Nikka Yuko Nihon Teyen?) – Kanadanın Alberta əyalətinin Letbric şəhərində, Henderson gölünün kənarında yerləşən yapon bağı. Bağ 1971-ci ildə Vinsent Messi mükafatına layiq görülmüşdür.[1]
Bağ 1967-ci ildə Letbricdə yaşayan yapon icmasının töhfələrini və Kanada–Yaponiya dostluğunu qeyd etmək münasibətilə yaradılmışdır.[2] Bağın adı "ni" (yapon dilində "nihon" "Yaponiya" deməkdir), "ka" ("Kanada" sözünün qısaltması) və "yuko" (yapon dilində "dostluq" deməkdir) sözlərinin birləşməsindən yaranmışdır.[2]
Albertada yapon bağı ideyasının təşəbbüskarları kanadalı buddist keşişi Yutetsu Kavamura, onun həyat yoldaşı Yoneko və "Lethbridge Herald" qəzetinin naşiri Kleo Movers olmuşdur.[2] Şəhərin turizm təşkilatının meneceri Kurt Steyner ideyanı eşitdikdən sonra onu təbliğ etmək qərarına gəlmişdir.[2] Bağın dizayneri Osaka Universitetinin memarı Tadaşi Kubo olmuşdur.[2] Onun universitetdən həmkarı Masami Suqimoto da bağın tikintisində iştirak etmişdir.[2]
Bağ həm Yaponiya, həm də Kanada mədəniyyətinin xüsusiyyətlərini daşıyır.[2] Cənubi Alberta təbiətinin mənzərəsini nümayiş etdirməklə yanaşı yapon fəlsəfəsinin elementlərini özündə birləşdirir.[2] Yapon bağında su vacib element olduğu üçün burada şəlalə, çay və gölməçə yaradılıb.[2]
Qayalar bağın görkəmli xüsusiyyətlərindən biridir.[2] Yaxınlıqdakı dağ keçidindən gətirilmiş qayalar şibyələrlə bəzədilmişdir.[2] Hər biri bir neçə ton olan qayalar kranla yerləşdirilib və yerləşməsi zamanı hər bucaq nəzərə alınıb.[2] Qayalar vasitəsilə yaradılmış və tısbağa formasında olan adacıq yapon uzunömürlülüyünü simvolizə edir.[2]
Bağın struktural komponentləri Kioto şəhərində hazırlanmışdır.[2] Çay evi, zəng gülləsi, azumaya, darvazalar və körpülər ağacdan tikilmişdir.[2] Zəng gülləsi üçün xüsusi olaraq hazırlanmış Dostluq zəngi Kiotoda hazırlanmışdır.[2] Kioto sənətkarları tərəfindən hazırlanmış daş fənərlər zəng gülləsinin qarşısında yerləşir və gölməçəyə tərəf baxır.[2] Fənərlərin yerləşdirilməsi zamanı yapon ənənəsindən istifadə olunub.[2] Bağdakı daş paqoda beş mərtəbəlidir: mərtəbələr torpaq, alov, su, külək və səmanı simvolizə edir.[2]
Yapon bağı ziyarətçilərin üzünə açıqdır.[2] Burada Yaponiya, eləcə də, Kanadanın mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilir.[2] Burada yerli sənətkarların sərgiləri, tsukumi tədbirləri və çay mərasimləri baş tutur.[2]