Nikola Simiç | |
---|---|
Doğum tarixi | 18 may 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2014 (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1957–2014 |
IMDb | ID0799509 |
Vikianbarda əlaqəli mediafayllar |
Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad – 9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru.
Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı.
Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu. Həmçinin, "Srećni ljudi" (1993, 1995), "Porodično blago" (1998, 2001), "Agencija za SIS" (2006, 2007), "Ljubav, navika, panika" (2006, 2007) seriallarında da çəkilmişdir.
Nikola Simiç bir sıra xarici cizgi filmlərini səsləndirmişdir ("Transformerlər" və "Nindza tısbağalar" xüsusi ilə yadda qalan idi).
2007-ci ildə vəfat edən qardaşı Slava Simiç də aktyor idi.