Nikolay Kuzalı

Nikolay Kuzalı
ing. Nicolaus Cusanus
Digər adları Nikolay Chrypffs, Kuesli Nikolay
Doğum tarixi
Doğum yeri Kues
Vəfat tarixi
Vəfat yeri Todi, Umbria
Təhsili
Fəaliyyəti Filosof, riyaziyyatçı
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1423)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Kuzalı (lat. Nicolaus Cusanus) (14011464) — filosof, riyaziyyatçı, dinşünas, kardinal; riyazi traktların müəllifi; Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri.[2].

Renessans fəlsəfəsinin məşhur nümayəndələrindən biri Nikolay Kuzanus (1401—1464) olmuşdur. Öz dövrünün əksəf filosofları kimi, Kuzanus də neoplatonizm ənənələrinə arxalanırdı. Lakin neoplatonizmin təliminə, ilk növbədə onun vahid olan anlayışınıa Kuzanus yenidən baxır. Platonda və neoplatonçularda vahid olan vahid olmayana qarşı qoyulur. Bunun kökləri vahid olanı çox olana, sonu olanın sonu olmayana qarşı qoyan pifaqorçulardan və eleatlardan gəlir. Xristian monizminin prinsiplərini bölüşdürən Kuzanus antik dualizmi qəbul etmir və bəyan edir ki, vahid olanın əksi yoxdur. Buaradan da o, bu qənaətə gəlir ki, "vahid olan hər şeydir".

Ontologiya problemlərinə yeni yanaşma elə məhz burada meydana gəlir. Vahid olanın əksi olmadığını deyən Kuzanus bu qənaətə gəlir ki, vahid olan sonsuz olanla eyniyyət təşkil edir. Sonsuz olan elə bir şeydir ki, ondan böyük heç nə ola bilməz. Buna görə də o, "maksimum", vahid olan isə "minimum" kimi səciyəyləndirilir. Beləliklə, N.Kuzanus əksliklərin – maksimum və minimumun üst-üstə düşməsi prinsipini (coincidentia oppositorum) kəşf etmişdir. Bu prinsipi daha inandırıcı etmək üçün o, riyaziyyata müraciət edərək göstərir ki, dairənin radiusu son dərəcə artıqca çevrə sonsuz düz xəttə çevrilir. Bu cür maksimal dairənin diametri çevrəyə oxşar olur. Hətta təkcə diametr yox, orta da çevrə ilə üst-üstə düşür. Deməli, nöqtə (minimum) və sonsuz düz xətt (maksimum) eyni şeydir. Eynilə üçbucaq: əgər tərəflərdən biri sonsuzdursa, onda iki digər tərəf də sonsuz olacaqdır. Beləliklə də Kuzanus sübut edir ki, sonsuz düz xətt həm üçbucaqdır, həm dairədir, həm də şardır.

Əksliklərin üst-üstə düşməsi N.Kuzanusun ən mühüm metodoloji prinsipidir. Bu, onu Yeni Avropa dialektikasının banisi edir. Antik dövrün ən məşhur dialektiklərindən biri olan Platonda, məsələn, biz əksliklərin üst-üstə düşməsi haqqında təlimə rast gəlmirik, çünki qədim yunan fəlsəfəsinə dualizm səciyyəvi di: ideya (və ya forma) materiyaya, vahid olan sonsuz olana qarşı qoyulurdu. Kuzanusda isə vahid olan öz yerini vahid olanla sonsuz olanın birləşdirilməsini kəsb edən aktual sonsuzluq anlayışına verir.

Kuzanusun mülahizələri vahid olan kateqoriyası ilə qədim yunanların dünaynın mərkəzinin, deməli, sonunun da olması haqqında kosmoloji təsəvvürləri arasındakı əlaqəni dərk etmək imkanı verir. Antik elm üçün kosmos böyük, lakin sonu olan bir cisim idi. Cisimin sonunun olmasının göstəricisi onda mərkəzlə periferiyanı, "başlanğıcla" "sonu" seçməyin mümkün olmasıdır. Kuzanusa görə isə, kosmosun ortası və çevrəsi allahdır, buna görə də dünyanın sonsuz olmasa da, onun sonu da yoxdur, çünki onun hüdudları yoxdur.

  1. 1 2 Cusanus, Nicolaus [Nicolas of Cusa] // Stanford Encyclopedia of Philosophy (ing.). Stanford University, Center for the Study of Language & Information, 1995. ISSN 1095-5054
  2. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.609
  • Nikolay Kuzanskiy. Soç.: V 2 t. M., 1979. T. I. S. 73.
  • Kuzanlı Nikolayın fəlsəfəsi haqqında bax: Könül Bünyadzadə. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk, Bakı, Nurlan, 2006. [1]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]