Nikolay Nosov | |
---|---|
Doğum tarixi | 10 (23) noyabr 1908[1] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyul 1976[2][3][…] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, uşaq ədəbiyyatı yazıçısı, dramaturq, fantastika yazıçısı[d] |
Fəaliyyət illəri | 1938-ci ildən |
Əsərlərinin dili | rus dili |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nikolay Nikolayeviç Nosov (rus. Николай Николаевич Носов, ukr. Микола Миколайович Носов; 10 (23) noyabr 1908[1], Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası[4] – 26 iyul 1976[2][3][…], Moskva, RSFSR, SSRİ[5]) — Rusiya-sovet yazıçısı.
Nikolay Nikolayeviç Nosov 23 noyabr 1908-ci ildə o vaxtlarda Rusiya imperiyası tərkibində olan Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. O, İkinci Dünya müharibəsi iştirakçısıdır. Nikolay Nosov 26 iyul 1976-cı ildə SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.[6]
Nikolay Nosov 1932–1951-ci illərdə kinorejissor işləmişdir. O, uşaqlar üçün yazılmış "Bitya Maleyev məktəbində və evdə" (1951) povesti, "Bilməz və dostlarının macəraları" (1954), "Bilməz Günəş şəhərində" (1958), "Bilməz Ayda" (1964–1965) trilogiyası, "Dostum İqor haqqında povest" (1972), "Quyunun dibindəki sirr" (1976) avtobioqrafik povesti və s. əsərlərin müəllifidir.[6]
Nikolay Nosov 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. O həmçinin, bir sıra əsəri səhnələşdirilmiş və ekranlaşdırılmışdır. 2 orden və medallarla təltif olunmuşdur.[6]