Nikolay Ryabçuk | |
---|---|
![]() | |
Doğum tarixi | 27 sentyabr 1953 (71 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, şair, tərcüməçi, yazıçı, politoloq, publisist |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
Nikolay Ryabçuk (ukr. Рябчук Микола Юрійович, 27 sentyabr 1953, Lutsk) — Ukraynalı şair, tərcüməçi, publisist, mədəniyyət işçisi və siyasi analitik. Ukrayna PEN klubunun fəxri prezidenti[1].
Lvov Politexnik İnstitutunu (1977) elektromexanik mühəndisi ixtisası üzrə və Maksim Qorki adına Ədəbiyyat İnstitutunu filologiya ixtisası üzrə bitirmişdir (1988).
"Vsesvit" jurnalının redaktoru, şöbə müdiri və baş redaktor müavini, "Den" qəzetinin mədəniyyət şöbəsinin köşə yazarı, "Kritika" jurnalının baş redaktoru, Mədəniyyət Siyasəti İnstitutunda elmi işçi kimi vəzifələrində çalışıb. Kiyev-Moqilyan Akademiyası Milli Universitetinin Avropa Humanitar Tədqiqatlar Mərkəzində işləyib. 1994–1996–1999-cu illərdə ABŞ-də tədris və tədqiqat işləri ilə məşğul olub. 1997-ci ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildən hər bazar ertəsi buraxılan "Ukrayna dilində qəzet"də köşə yazısı yazır. 27 avqust 2010-cu ildən Kiyev Müstəqil Media Həmkarlar İttifaqının üzvüdür.
Onun bir neçə kitabı, Ukrayna və xarici jurnallarda, elmi toplularda onlarla məqaləsi çap olunub. O, ədəbi-mədəni mövzularla yanaşı, milli kimliyin, vətəndaş cəmiyyətinin formalaşması, dövlət quruculuğu problemlərini fəal şəkildə araşdırır.
2015-ci ildə Ukrayna MEA İvan Kuras adına Siyasi və Etnomilli Araşdırmalar İnstitutunda siyasi elmlər namizədi alimlik dərəcəsi almışdır. İngilis və polyak dillərindən tərcümələr etməsi ilə bilinir.