Nina Kralyiç

Nina Kralyiç
xorv. Nina Kraljić
Nina Kralyiç 2016-cı ildə
Nina Kralyiç 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adı Nina Kralyiç
xorv. Nina Kraljić
Doğum tarixi 4 aprel 1992(1992-04-04)[1] (32 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, aktrisa
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar alternativ rok, pop musiqisi
Musiqi alətləri piano
Səs tembri soprano
Albom şirkəti Universal Music Group
Əlaqəsi Jak Hudek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nina Kralyiç (xorv. Nina Kraljić; 4 aprel 1992[1], Lipovlyani[d], Sisak-Moslavina jupaniyası[d][2]) — Xorvatiya müğənnisi, bəstəkarı və aktrisası. O, əsasən Xorvatiyanın The Voice səs yarışmasında qələbəsinə görə və Xorvatiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsinə görə tanınır. 2016-cı ildə Nina Xorvatiyanın Porin musiqi mükafatına layiq görülmüşdür. Onun Samo adlı debüt albomu həmin ilin sentyabr ayında işıq üzü görmüşdür.

Nina Kralyiç 4 aprel 1992-ci ildə Xorvatiyada anadan olmuşdur. Onun atası Jelko, anası isə İrena Kralyiçdir. Tena adlı özündən yaşda kiçik bacısı var. Uşaqlıq illərindən musiqiyə həvəsli olan Nina ilk səhnə təcrübəsini 2009-cu ildə Xorvatiyanın Got Talent məharət yarışmasında iştirakdan almışdır. O, yarışmada onuncu yeri tutmuşdur. 14 yaşında ikən Nina musiqi təhsili almaq üçün ailəsindən ayrılmış və ölkənin Riyeka şəhərinə köçmüşdür. Orada yerləşən musiqi akademiyasında Nina opera üzrə təhsil almışdır.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]
Nina Kralyiç Avroviziya 2016 səhnəsində

Nina Kralyiç 2015-ci ildə Xorvatiyanın The Voice səs yarışmasında iştirak etmişdir. Yarışmada Nina Jak Hudekin komandasında yer almışdır. O, yarışmadakı yüksək səviyyəli ifaları nəticəsində bir milyondan artıq səs toplayaraq yarışmanın qalibi elan edilmişdir. Həmin ilin iyun ayında Ninanın debüt sinqlı, folk musiqi elementləri ilə zəngin müasir tərzdə bəstələnmiş ballada "Zaljuljali smo svijet" təqdim edilmişdir.

2016-cı ilin fevral ayında Xorvatiyanın HRT telekanalı Nina Kralyiçin ölkəni İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil edəcəyini elan etmişdir.[3] İfaçının Stokholm səhnəsində səsləndirdiyi mahnı "Lighthouse" mart ayında dinləyicilərə təqdim olunmuşdur. Həmin ayda Nina "Ən yaxşı yeni artist" kateqoriyası üzrə Xorvatiyanın nüfuzlu Porin mükafatına layiq görülmüşdür.

Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra Nina Kralyiç 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə Nina 133 xalla 10-cu yerdə qərarlaşaraq, Xorvatiyanı son yeddi ildə ilk dəfə final mərhələsinə yüksəltməyə nail olmuşdur. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Kralyiç 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 73 xal toplayaraq, 23-cü yerdə qərarlaşmışdır.

Nina Kralyiçin Samo adlı debüt albomu 2016-cı ilin sentyabr ayında işıq üzü görmüşdür. Albomda yer alan 12 mahnıdan ikisi məhz ifaçının özü tərəfindən bəstələnmişdir.

Mahnı adı İl
"Kaži mi" 2009
"Zaljuljali smo svijet" 2015
"Lighthouse" 2016
"Samo"
"Snijeg"
  1. 1 2 Nina Kraljić // Discogs (ing.). 2000.
  2. 1 2 Discogs (ing.). 2000.
  3. "Nina Kraljić to represent Croatia". eurovision.tv. AYİ. 24 fevral 2016. 2016-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-02.
Əvvəlki:
Klapa s Mora
"Mižerja"
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Jak Hudek
"My Friend"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]