Nokturiya

Gecə yuxu saatlarında 1 dəfədən artıq sidiyə getmə nokturiya olaraq adlandırılır. Lakin daha dəqiq olar ki, gecə saatlarında sidiyə getmələr arasındakı zaman aralıqları hesablansın və bu gündüz vaxtı sidiyə getmələr arasındakı aralıqlardan azdırsa xəstədə nokturiya olduğu qəbul edilsin. Nokturiya zamanı gecə saatlarında sidiyin ümumi miqdarı artmır, xəstələr hər dəfə çox az miqdarada sidik ifraz edirlər.

Uroloji praktikada prostat vəzin adenomasının əsas əlamətlərindən biri hesab edilir. Yataq rejimində hərəkətsizliyə bağlı prostat və sidik kisəsi boynu nahiyəsində venoz durğunluq inkişaf etdiyinə görə yaranan irritasiya və obstruksiyanın nəticəsi olduğu düşünülür.