North American F-100 Super Sabre | |
---|---|
Tipi | Döyüşçü-bombardmançı təyyarə |
Hazırlayan | North American Aviation |
İstehsalçı | North American Aviation |
İlk uçuş | 25 may 1953 |
İstismara verilmə tarixi | 27 sentyabr 1954 |
İstimarının bitmə tarixi | 1979 |
İstismarçılar | |
Buraxılış sayı | 2.294 |
Baza modeli | North American F-86 Sabre |
Vikianbarda əlaqəli mediafayllar |
F-100 Super Sabre (Super Qılınc); ilk prototip uçuşu 25 may 1953-cü ildə reallaşdırılmış, North American firması tərəfindən yaradılmış və dizaynı North American F-86 Sabre modelinə əsaslanan bir qırıcı-bombardmançı təyyarədir. SSRİ rəqibi Mikoyan-Gurevich MiG-19 olmuşdur.
F-100C modellərinə əlavə olaraq qırıcı-bombardmançı tip olan F-100D modelləri də yaradılmış və çox geniş istifadə sahəsinə malik olmuşdur. Qırıcı qabiliyyətləri inkişaf etdirilmiş, 4 ədəd AIM-9 hava-hava tipli döyüş raketi ilə təchiz edilmiş və taktiki bombardmançı təyyarə olaraq gövdə altında M-61 nüvə silahı daşıya biləcək vəziyyətə gətirilmişdir. Ayrıca olaraq iki nəfərlik təlim təyyarəsi versiyası olan F-100F modeli də, mövcuddur. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən də, bu təyyarələrdən geniş şəkildə istifadə edilmişdir. 1953–1959-cu illər arasında 2294 ədəd istehsal edilmişdir ki, bunların da 1274 ədədi F-100D modeli olmuşdur. Bu təyyarələrdə Pratt & Whitney şirkəti tərəfindən F-86 təyyarələri üçün istehsal edilmiş olan J47 reaktiv mühərriklərinin təkmilləşdirilmiş versiyası olan J57 modelləri istifadə edilmişdir. "Afterburner"li olan bu mühərriklər 10.000lb gücündə itələmə gücü istehsal edən ilk ABŞ turbojetidir. F-100 təyyarələrinin ləqəbi "Super Sabre" olmuşdur.
1958-ci ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələri F-100 döyüş təyyarələrini MAP proqramı daxilində təslim almağa başlamışdır. İlk gələnlər F-100D və F-100F modelləri olub, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) arsenalından göndərilmişdir. Bu təyyarələrdən ümumi olaraq 163 ədəd alınmışdır. Bunların arasında çox az miqdarda Danimarkadan gələnlər də vardır. Bu tədarükü 1972-ci ildən başlayaraq F-100C modelləri izləmişdir. Bunlardan 115 ədəd göndərilmişdir. Bu təyyarələrin ən azı Türkiyə Hərbi Hava Qüvvələrinin beş aviabazası tərəfindən istifadə edildiyi məlumdur.
Türkiyə F-100 təyyarələrindən Kipr Sülh Hərəkatı zamanında da, aktiv və təsirli bir şəkildə istifadə etmişdir. Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalından sonuncu F-100 modelləri 1988-ci ildə çıxarılmışdır.
Koreya müharibəsi zamanı istifadə olunan North American F-86 Sabre təyyarələrinin varisi kimi yaradılmış F-100 ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) ilk düz uçuşda səsdən sürətli uçmağı bacaran təyyarəsi idi. İlk prototip uçuşu 25 may 1953-cü ildə olmuşdur. İlk kütləvi istehsal təyyarəsi isə 1953-cü ilin oktyabr ayında hazır olmuşdur. İstehsalı 1959-cu ildə dayandırılana kimi North American şirkəti ümumi olaraq 2,294 ədəd F-100 istehsal etmişdir. Bunlardan 1274 ədədi F-100D, 339 ədədi isə F-100F modeli olmuşdur. Əvvələr hava döyüşlərində düşmən təyyarələrini məhv etmək üçün nəzərdə tutulmuş, daha sonraları qırıcı-bombardmançı təyyarə versiyası hazırlanmışdır. Qırıcı-bombardmançı modeli ilk əməliyyat vəzifəsini Vyetnam müharibəsi zamanı həyata keçirmişdir. Burada körpüləri, çay gəmilərini, magistral yolları və düşmənin sızmış olduğu məhəllələri bombardman etmək vəzifəsini almışdır.
F-100C. İlk əməliyyat modelidir və ilk uçuşunu 1955-ci ildə həyata keçirmişdir. Havada yanacaq qəbulu, əlavə yanacaq drop çənləri və elektron bombardman təchizatı kimi bir çox yenilikləri özündə cəmləşdirmişdir.
Qırıcı-bombardmançı modeli olan F-100D ilk uçuşunu 24 yanvar 1956-cı ildə həyata keçirmişdir və seriyanın ən inkişaf etdirilmiş istehsal modeli olmuşdur. Supersonik reaktiv avtopilotu və aşağı hündürlükdə bombardman sistemi kimi yenilikləri özündə əks etdirirdi. USAF Aviasiya Akrobatikası Qrupu ("Thunderbirds") tərəfindən 1964–1968-ci illərdə istifadə edilmişdir.
F-100F əslində F-100D modelinin iki nəfərlik ekipaj üçün uzadılmış modelidir. USAF supersonik təlim təyyarəsi tələb etdikdən sonra bir ədəd F-100C modeli North American şirkəti tərəfindən qiymətləndirilməsi üçün nəzarətə götürüldü. TF-100C olaraq adlandırılan bu təyyarə 1956-cı ilin avqust ayında uçmuşdur, ancaq 9 aprel 1957-ci ildə qəzaya uğradı. İlk uçuşu 7 mart 1957-ci ildə həyata keçirilən F-100F modelinin silah yükünün azaldılmasına baxmayaraq, F-100D modelinin müharibə zamanı havada üstünlük və qırıcı-bombardmançı xüsusiyyətlərini özündə saxlamağı bacarmışdı. F-100F modellərinin bir qismi anti-radar modeli olaraq inkişaf etdirilmiş yer-hava tipli döyüş raketləri (SAM) ilə raket bazalarına, radar komandanlı zenit batareyalarına qarşı hücum edə biləcək səviyyəyə gətirilmişdir.
Hər üç model də Türkiyənin daxil olduğu müttəfiq dövlətlərdə və NATO qüvvələrində xidmət etmişdir.
Bombalar və ya