Novosibirsk

Şəhər
Novosibirsk
Новосибирск
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
55°02′ şm. e. 82°55′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1893
Sahəsi
  • 505,6 km²
Mərkəzin hündürlüyü 153 m[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.633.595 nəf. (2021)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 383
Poçt indeksi 630000, 630992
Digər
новосибирск.рф
Xəritəni göstər/gizlə
Novosibirsk xəritədə
Novosibirsk
Novosibirsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NovosibirskRusiya Federasiyasında yerləşən şəhər, Novosibirsk vilayətinə daxildir. Ticarət, sahibkarlıq, mədəni, sənaye, nəqliyyat və federal əhəmiyyətli mərkəz. 1893-cü ildə qurulan, şəhər statusu 1903-cü ildə qəbul etmişdir. Əhalisi — 1.567.087 nəfər (2015). Şəhər sahəsi 505,62 km² ərazini əhatə edir.

Hazırkı Novosibirsk ərazisində ilk rus məskunlaşması Nikolay kəndi idi.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Novosibirsk meşə və çöl təbii zonalarının kəsişməsində, Qərbi Sibir düzənliyinin cənub-şərq hissəsində yerləşir. Novosibirsk kontinental iqlim zonasında yerləşir; Havanın orta illik temperaturu +1,8 °C °. Günəşli saatlarının orta illik sayı — 2077.

Novosibirsk Rusiyanın üçüncü ən böyük şəhəridir. Şəhərin milyonuncu əhalisi 2 sentyabr 1962-ci anadan olmuşdur. XXI əsrdə Novosibirsk birinci regional şəhər olmuşdur ki, Rusiya şəhərlərində yarım milyon əhalinin dəyərini keçib. Son illərdə Novosibirsk əhalisi də tədricən MDB ölkələrindən olan beynəlxalq miqrasiya artımı ilə əlaqədar artır. Novosibirsk Sibir, Qazaxıstan və Mərkəzi Asiyadan olan miqrantlar üçün cazibə mərkəzi olaraq qalır.

Cinsi tərkibi

  • Kişilər — 637,9 min nəfər (45,3%).
  • Qadınlar — 771,2 min nəfər (54,7%).

Novosibirskdə yaşayan müxtəlif millətlərin, cinsi nisbətində ciddi fərqlər var. Belə ki, ruslara hər 100 qadına 81 kişi, ukrainlara 87, tatarlara, 86, almanlara 90 kişi düşür. Eyni zamanda, özbəklərə hər 100 qadına 360 kişi, taciklərə 469, çinlilərə 690, türklərə isə 2060 kişi düşür.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]