Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Noy Jordaniya | |
---|---|
gürc. ნოე ნიკოლოზის ძე ჟორდანია | |
Şəxsi məlumatlar | |
Doğum adı | ნოე ჟორდანია |
Doğum tarixi | 2 (14) yanvar 1868 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 yanvar 1953 (84 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, jurnalist |
Dini | Şərqi pravoslav kilsəsi, Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Noy Nikolayeviç Jordaniya gürc. ნოე ნიკოლოზის ძე ჟორდანია; 2 (14) yanvar 1868, Lançxuti, Ozurqeti qəzası[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 11 yanvar 1953, Paris, Dördüncü Fransa Respublikası) — Gürcüstanın dövlət xadimi, gürcü menşeviklərinin lideri, jurnalist.
20 əsrin 90-cı illərindən sosial-demokrat hərəkatında iştirak etmiş, Cənubi Qafqazda ilk sosial-demokrat təşkilatı "Mesamedasi" qrupuna daxil olmuşdur. I Dövlət dumasınm deputatı, sosial-demokrat fraksiyasının sədri (1906) idi. 1912 ildə Bakıda "Naşe slovo" menşevik qəzetinin redaktorlanndan olmuşdur. Fevral inqilabından (1917) sonra Tiflis Fəhlə Deputatları Sovetinin, 1918–1921 illərdə isə Gürcüstan menşevik hökumətinin sədri olmuşdur. Gürcüstanda sovet hakimiyyəti elan edildikdən (1921, 25 fevral) sonra mühacirətdə yaşamış, Gürcüstan mühacir təşkilatının rəhbərlərindən biri kimi geniş fəaliyyət göstərmişdir.