Nozava Bonço

Nozava Bonço
yap. 野沢凡兆
Doğum tarixi 1640
Doğum yeri
Vəfat tarixi 1714
Vəfat yeri
Fəaliyyəti şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nozava Bonço[a] (野沢 凡兆?, 1640, Kanazava1714, Kioto)Edo dövrünün əvvəllərində yaşamış Yaponiya hayku şairi.

Nozava Bonçu 1640-cı ildə Kaqa əyalətində (indiki İşikava prefekturası) doğulmuşdur. Kiotoda həkim kimi işləmişdir.[2]

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

O, Matsuo Başonun şagirdi olmuşdur. Mukay Kyoray ilə birlikdə əməkdaşlıq edərək 1691-ci ildə Başo məktəbinin vacib antologiyalarından biri olan "Sarumino" (azərb. "Meymunun paltosu"‎) əsərini tərtib etmişdir.[2] Antologiyaya daxil olan və Başonun rəhbərliyi ilə yazdığı 41 hayku şeiri yaradıcılığının ən yaxşı işləri hesab olunur.[2][1] Bu şeirləri Masaoka Şiki kimi müasir yapon şairlərə təsir göstərmişdir.[2] Törətdiyi bir cinayətdən sonra həbs olunmuş və şeir yazmağı dayandırmışdır. Azadlığa çıxdıqdan sonra Osakaya köçmüş və yoxsulluq içində ölmüşdür.[1]

Bonço "Başonun böyük 10 şagirdi"ndən biri kimi tanınır. Onun həyat yoldaşı Tome də hayku şeirləri yazmışdır.[1]

  1. Digər adları: Miyake Bonço, Miyaqi Bonço, Koşino Bonço.[1]
  1. 1 2 3 4 Frédéric. səh. 80
  2. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 42
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 42. ISBN 0-87011-626-6. İstifadə tarixi: 1 iyun 2024.
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 80. ISBN 9780674017535. İstifadə tarixi: 1 iyun 2024.