Nozava Bonço | |
---|---|
yap. 野沢凡兆 | |
Doğum tarixi | 1640 |
Doğum yeri | |
Vəfat tarixi | 1714 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
Nozava Bonço[a] (野沢 凡兆?, 1640, Kanazava – 1714, Kioto) – Edo dövrünün əvvəllərində yaşamış Yaponiya hayku şairi.
Nozava Bonçu 1640-cı ildə Kaqa əyalətində (indiki İşikava prefekturası) doğulmuşdur. Kiotoda həkim kimi işləmişdir.[2]
O, Matsuo Başonun şagirdi olmuşdur. Mukay Kyoray ilə birlikdə əməkdaşlıq edərək 1691-ci ildə Başo məktəbinin vacib antologiyalarından biri olan "Sarumino" (azərb. "Meymunun paltosu") əsərini tərtib etmişdir.[2] Antologiyaya daxil olan və Başonun rəhbərliyi ilə yazdığı 41 hayku şeiri yaradıcılığının ən yaxşı işləri hesab olunur.[2][1] Bu şeirləri Masaoka Şiki kimi müasir yapon şairlərə təsir göstərmişdir.[2] Törətdiyi bir cinayətdən sonra həbs olunmuş və şeir yazmağı dayandırmışdır. Azadlığa çıxdıqdan sonra Osakaya köçmüş və yoxsulluq içində ölmüşdür.[1]
Bonço "Başonun böyük 10 şagirdi"ndən biri kimi tanınır. Onun həyat yoldaşı Tome də hayku şeirləri yazmışdır.[1]