Nquyen Hıy Tho | |
---|---|
vyet. Nguyễn Hữu Thọ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1910[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 1996[2] (86 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nquyen Hıy Tho (vyet. Nguyễn Hữu Thọ: 10 iyul 1910[1][2][…], Hoşimin – 24 dekabr 1996[2], Hoşimin və ya Hanoy) — Vyetnam inqilabçısı, Vyetnam Sosialist Respublikasının Prezidenti (1980–1981).
Məmur ailəsində anadan olmuşdur. Fransada hüquq təhsili almışdır.
Birinci Hind-Çin müharibəsi illərində (1945–1954) vəkil kimi müqavimət üzvlərini müdafiə etmişdir. O, Sayqonda (1950-ci il mart) kütləvi antiamerikan nümayişinin liderlərindən biri idi. 1954-cü ildə Sülh Uğrunda Hərəkat təşkilatını yaratmışdır və onun vitse-prezidenti seçilmişdir. İki dəfə (1950–1952, 1954–1961) həbsdə olmuşdur.