Nuruosmaniyə məscidi

Nuruosmaniyə məscidi
Xəritə
41°00′37″ şm. e. 28°58′13″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Çəmbərlidaş
Aidiyyatı Osmanlı imperiyası
Memar Mustafa Ağa, Simon Kalfa
Tikilmə tarixi 1749—1755
Üslubu barokko
Vəziyyəti stabil
Nuruosmaniyə məscidi (İstanbul)
Nuruosmaniyə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nuruosmaniyə məscidiİstanbulda inşa edilmiş ilk barokko (qərb) quruluşlu məscididir. Çəmbərlidaş səmtində, Qapalıçarşı girişində yer alır. 1755-ci illərdə inşa edilmişdir.

Qərb memarlığının ortaya çıxdığı bir dövrdə tikilən bir məsciddir və bu məscid Osmanlı arxitekturasında bir dönüş nöqtəsi sayılmaqdadadır.

Məscidin yer aldığı sahədə daha əvvəl Osmanlı şeyxülislam Xoca Sadeddin Əfəndinin xanımı Fatimə Xatunun məscidi var idi. Fatma Xatun Məscidi yıxıldıqda I Mahmudun əmri ilə yerinə məscid tikintisi başlayıb. Mustafa Ağa və köməkçisi Simon Kalfa (Memar Simeon) tərəfindən həyata keçirilən tikinti, I Mahmudun ölümündən sonra üç illik səltənət sürən qardaşı III Osman zamanında “Nur-u Osmani” (Osmanlının Nuru) adı ilə yekunlaşdı. Adını padşah III Osmandan və məscidin içindəki işıqdan aldığı söylənilir.

Məscid ilə birlikdə mədrəsə, imarətxana, kitabxana, türbə, bulaq və səbildən ibarət olan bir kompleks inşa edilmişdir. Ətrafındakı bir neçə dükan da kompleksə daxildir. Barokko sənətinin təsiri kitabxana, türbə, bulaq və digər tikililərdə də görülür.

Memarlıq xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Hündür mərmər pilləkənlərlə iki istiqamətdən məscidə çıxılır. Barokko üslubda inşa olunan məscid kvadrat plan üzərində inşa edilmişdir. Gözüm qismi (namaz qılmağa ayrılmış sahə) tək bir qübbə ilə örtülmüşdür. İki yanda aşırımlı bir dəhliz yerləşir və bu dəhlizdən harim bölgəsindəki qisminə bir giriş var.

Ətəyi 32 pəncərə ilə əhatə olunmuş baş tağ 26 metr diametrindədir. Osmanlı məscidlərində istifadə edilən ən iri günbəzlərdən biri olan bu günbəz, divarların üstünə oturan kəmərlər tərəfindən daşınır. Günbəz kəmərlərinin divar üzərindəki axırında bir nəsih halında Fəth Surəsi yazılmışdır. Günbəzdə isə Ən-Nur Surəsinin 35-ci ayəsi yer alır: "Allah, göylərin və yerin nurudur ".

Məscid, beş sıra olan 174 pəncərə ilə işıqlandırılır. Pəncərələr barokko stilində və alçıdandır. Beş qübbəli son camaat yeri U formasındadır. Məscid yazıları Xəttat Rasim, Abdülhalim, Müzehhip Əli, Mehmed Refi Əfəndinindir.

Mehrab çıxıntılıdır və klassik Osmanlı məscidlərindən fərqli olaraq çox tərəflidir və bir yarım qübbə ilə bağlanıb.

Mahfil dərgahına, əsas giriş qapısının iki yanındakı mərmər pilləkənlə çıxılır. Mahfil qatı eyvanları şərq və qərb fasadlarındakı iki dəhliz üzərində uzanır. Padşah mahfili şərq dəhlizinin sonunda yerləşir. Mahfilə xaricdən padşahın atı üstündən məscidə girişinə yol verən enişli bir giriş bağlanmışdır. Padşah mahfili günümüzdə Eminönü müftülükünə xidmət edir.

Tikiliyə bitişik iki şerefeli iki minarənin daş kornetləri var. Güllə əvəzinə daş aləmlər ilk dəfə bu məsciddə işlədilmişdir.

Məscid, aşırımlı və çox künclü bir həyətə malikdir. Bu xüsusiyyəti ilə Osmanlı arxitekturasında növünün tək örnəyidir. Şadırvanı yoxdur, öndə və arxada abdestlikləri var, həmçinin əlavə bir abdestlik giriş qapısı qarşısında zirzəmi. Həyət Cağaloğlu ilə Çemberlitaş arasında keçid yolu kimi istifadə edilir.

Məscidin cənubunda mədrəsə və imarət quruluşları yan-yana yerləşir. Mədrəsə,Osmanlı sultanı mədrəsələrinin (Sultanın tikdirdiyi mədrəsə) sonuncusudur. İmarət fövqəladə böyük bacaları Nuruosmaniyənin şəhər içindəki vizual təsirinə töhfə verir. Bu iki tikili, günümüzdə bir Quran kursu kimi istifadə edilir.

Türbə I Mahmud üçün inşa edilməyə başlamış, ancaq məscidin inşaatı başa çatmadan vəfat edən padşah, Yeni məscidin içərisindəki, atasının da məzarının yerləşdiyi Validə Turhan Sultan türbəsinə basdırılmışdır. 3 il sonra şirpençedən vəfat edən III Osman öz adının verildiyi türbəyə basdırılmayıb atası və qardaşının məzarlarının yerləşdiyi Validə Sultan Türbəsinə basdırılıb. Nuruosmaniyə məscidi içindəki türbədə III Osmandan bir il əvvəl həyatını itirən anası Şahsuvar Sultan ilə bəzi şahzadələrin sanduqələri yerləşir.

Nuruosmaniyə məscidi kitabxanası, Türkiyədə barokko dizaynın ən orijinal nümunələrindən biri kimi qəbul edilir. Məscidin iç həyətində iki mərtəbəli bir binadır. Üst qatı kitabxana, alt qatı dükan kimi istifadə edilir. Biri oxuculara, digəri padşaha ayrılmış iki giriş qapısı var. Kitabxanada 5 mindən çox yazma və basma əsər vardır.

Nuruosmaniyə səbili dairəvi bir əsas məkan və yanındakı düzbucaqlı bir sahədən ibarət olan mərmər bir tikilidir. 2003-cü ildə keçirdiyi təmirdən sonra satış məkanı kimi istifadə edilir.