Nyu-York Elmlər Akademiyası | |
---|---|
New York Academy of Sciences | |
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1817 |
Sayt | nyas.org |
![]() |
Nyu-York Elmlər Akademiyası (ing. New York Academy of Sciences) — ABŞ ictimai təşkilatı. 1817-ci ildə təbii tarix liseyi kimi təsis edilib. Dünyanın 150 ölkəsindən 20 minə qədər alimi birləşdirir. Zamanında Tomas Cefferson, Çarlz Darvin, Albert Eynşteyn və digər tanınmış şəxslər onun akademiki olublar.
Hal-hazırda prezidenti Ellis Rubenşteyndir.
Təşkilatın rəsmi saytındakı[1] məlumata görə bir illiyə üzvlük haqqı ABŞ vətəndaşları üçün 108 ABŞ dolları, digər ölkə vətəndaşları üçün 129 dollardır. Bir neçə illiyə üzvlük haqqının ödənilməsində güzəşt sistemi vardır. Tələbə və doktorantlar üzvlük haqqının 30% ödəyirlər.