Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Nyu-York metropoliteni | |||
---|---|---|---|
Məlumat | |||
Açılış tarixi |
27 oktyabr, 1904 (ilk yeraltı hissə) 3 iyul, 1868 (ilk yerüstü metro fəaliyyəti) 9 oktyabr, 1863 (ilk dəmiryolu fəaliyyəti)[qeyd 1] |
||
Operator | New York City Transit Authority (NYCTA) | ||
İllik sərnişin axını | 1,756,814,800 (həftəiçi, 2016)[1] | ||
Saytı | mta.info/nyct | ||
Marşrut şəbəkəsi | |||
Stansiyaların sayı |
472[1] (MTA ümumi say)[qeyd 2][qeyd 3] 425 unikal stansiya[qeyd 3][1] (beynəlxalq standartlarla müqayisədə) 1 tikintisi davam edən[qeyd 4] 14 planlaşdırılan[qeyd 2] |
||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-York metropoliteni — Nyu-York şəhərinə məxsus metrodur və ştat idarəsində olan Metropolitan Transportation Authority (MTA)[6] şirkətinin törəmə idarəsi olan New York City Transit Authority-ə icarəyə verilmişdir.[7] 1904-cü ildə açılan Nyu-York metropoliteni dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən və ən çox istifadə olunan metro sistemlərindən biridir və ən çox stansiyaya malik olan metro sistemidir.[8] İlin hər günü 24 saat xidmət göstərir.[9]
Nyu-York metropoliteni fəaliyyətdə olan 472 stansiyası ilə dünyanın ən geniş metrosudur[9] (keçid stansiyaları bir stansiya kimi hesablanarsa 425 stansiya).[1] Stansiyalar Manhetten, Kuins, Bruklin və Bronks borolarının ərazisində yerləşir. Staten-Aylend dəmiryolları rəsmən metronun bir hissəsi sayılmır, belə ki, bu, metro sistemi ilə dəmir yolu əlaqəsi yoxdur, ona görə də digər borolara gedən sərnişinlər Staten-Aylend Ferri və ya MTA Regional Bus Operations istifadə edirlər, bununla belə Nyu-York metrosundan və MTA avtobuslarından ödənişsiz istifadə edə bilirlər.[9] Müvafiq olaraq Manhetten və Kuinsdə yerləşən PATH[10] və AirTrain JFK[11] metronun MetroCard-ını qəbul edir, lakin MTA tərəfindən idarə edilmir və ödənişsiz transferə icazə vermir.[12] MTA tərəfindən idarə edilməyən digər kütləvi nəqliyyat xidməti olan Rusvelt adası kanat yolu MTA və avtobus xidmətinə ödənişsiz transferə icazə verir.
Sistem həmçinin dünyanın ən uzun sistemlərindən biridir. Ümumiyyətlə, sistem 236 mil (380 km) marşruta,[13][14] 665 mil (1,070 km) gəlirli relsə[13] və qeyri-gəlirli rels ilə birlikdə ümumi 850 mil (1,370 km) relsə sahibdir.[13]
İllik sərnişin dövriyyəsinə görə Nyu-York metropoliteni qərb yarımkürəsinin ən işlək metrosudur və Pekin, Şanxay, Seul, Tokio, Quançjou və Moskva metropolitenindən sonra dünyanın ən işlək 7-ci metrosudur.[15] 2015-ci ildə metro həftəiçi ortalama təxminən gündəlik 5.7 milyon, həftəsonu ümumilikdə 5.9 milyon (şənbə günləri 3.3 milyon, bazar günləri 2.7 milyon) olmaqla illik 1.76 milyarddan çox minik həyata keçirmişdir.[1] Sərnişin daşınması artmaqda davam edir və 1985-ci ildən müntəzəm şəkildə izlənilən birgünlük sərnişin daşıması 23 sentyabr 2014-cü ildə 6.1 milyon sərnişin ilə rekord qırmışdır.[16][qeyd 5]
Sistemin 25 marşrutdan G qatarı, Franklin-Avenyu məkiyi və Rokavey-Park məkiyi istisna olmaqla 22 marşrut Manhetten ərazisindən keçir. Metronun Menhettendən kənardakı yerlərinin böyük hissəsi dambalarda və ya açıq kəsiklərdə olmaqla yerüstü və relsin bir neçə hissəsi qrunt səviyyəsindədir. "Metro" adlansa da ümumi relslərin 40 faizi yerüstüdür.[17] Xətlərin və stansiyaların çoxunda ekspress və yerli marşrutlar var. Bu xətlərdə üç və ya dörd rels var. Əsasən xarici iki rels lokal qatarlar, daxili bir və ya iki rels isə ekspress qatarlar üçün istifadə edilir. Ekspress qatarların xidmət etdiyi stansiyalar, əsasən, böyük keçid nöqtələri və ya istiqamətləridir.[9]
1869-cu ildə Alfred Eli Biç Nyu-York şəhərində ilk dəfə yeraltı nəqliyyat sisteminin nümayişini təşkil etdi və 1870-ci ilin fevralında açılış oldu.[18][19] Onun sadəcə 312 fut (95 m) uzunluğundakı Beach Pneumatic Transit sistemi Aşağı Manhettendə Brodveyin altından keçərək Uorren küçəsindən Mürrey küçəsinə qədər xidmət göstərirdi[18] və onun pnevmatik boru texnologiyası ilə hərəkət edən metro ideyasını nümayiş etdirirdi. Tünel siyasi və maliyyə səbəbləri ilə genişləndirilmədi, baxmayaraq ki, tunelin cənubda Betteri-Park və şimalda isə Harlem çayına qədər genişləndirilməsi planlaşdırılırdı.[20] (1912-ci ildə indiki Brodvey xəttini qazan işçilər xətti keçmiş Beach tunelinin içərisinə qazmışdılar; bu gün Brodveyin altındakı Siti-Holl stansiyasının hüdudları içərisində olduğu üçün bu xəttin heç bir hissəsi tunel olaraq mövcud deyil.[21][22][23][24])
1888-ci ildəki Böyük çovğun yeraltı nəqliyyat sisteminin faydalarını nümayiş etdirməyə kömək etdi.[25] Metronun tikintisinin planı 1894-cü ildə təsdiq olundu və tikinti 1900-cü ildə başlandı.[26] Metronun ilk yeraltı xətti 27 oktyabr 1904-cü ildə, demək olar ki, Nyu-York şəhərində ilk yerüstü xətt olan Doqquzuncu avenyu xətti, IRT-dən 36 il sonra açıldı.[27][28][29] Gediş haqqı $0.05 idi[30] və ilk gün qatarlar 15 mindən çox sərnişin daşımışdı.[31] Hələ də istifadədə olan ən qədim struktur Bruklində Leksinqton-Avenyu xətti, BMT-nin bir hissəsi kimi 1885-ci ildə açılıb[32][33][34][35][36] və indi də Jameyka xətti, BMT-nin bir hissəsidir.[37] Ən qədim servitut Koni-Aylend körfəzi yaxınlığında Vest-End xətti, BMT-nin bir hissəsi olmuş və 1864-cü ildə fəaliyyət göstərmiş Brooklyn, Bath and Coney Island Rail Road adlı buxar dəmir yolu xətti olmuşdu.[38][39][40]
1904-cü ildə ilk dəfə metro açıldıqda xətlər Brooklyn Rapid Transit Company (BRT, daha sonra Brooklyn–Manhattan Transit Corporation, BMT) və Interborough Rapid Transit Company (IRT) adlı iki özəl sisyemə birləşdirilmişdi. Şəhər xətlərin əksəriyyətini tikib və bu şirkətlərə icarəyə vermişdi.[41] Şəhər mülkiyyətində və idarəsində olan ilk xətt Independent Subway System (IND) 1932-ci ildə açılmışdı;[42] bu sistem özəl sistemlər ilə rəqabət aparmaq və bəzi yerüstü dəmiryolu xətlərinin yıxılmasına imkan yaratmaq üçün yaradılmışdı, lakin kiçik başlanğıc kapitalına malik olduğuna görə sadəcə şəhərin əsas hissəsini əhatə edə bildi.[7] Xərclərin ödənilməsi üçün o vaxtkı populyar beş sent gediş haqqını iki dəfə artırmağa məcbur oldular.[43]
1940-cı ildə şəhər iki özəl sistemi satın aldı. Dərhal bəzi yerüstü xətlərin xidmədi dayandırıldı, digərləri isə bundan az sonra bağlandı.[44] İnteqrasiya yavaş idi, lakin IND və BMT arasında bir neçə keçid yaradıldı;[45][46][47] bunlar indi B Diviziyası adı ilə fəaliyyət göstərirlər. IRT tunellərinin, kəskin döngələrinin və stansiyaların kiçik olması və burada B Diviziyasının vaqonlarının sığışmaması səbəbi ilə tək qalaraq A Diviziyasını əmələ gətirdi.[48] Bununla belə, bütün üç köhnə şirkətin stansiyaları arasında bir çox sərnişin keçidləri yaradıldı və bütün şəbəkənin bir vahid kimi qəbul edilməsinə imkan verdi.[49]
1953-cü ildə metro, avtobus və tramvay fəaliyyətlərini öz üstünə götürən Nyu-York şəhərinin sədrliyində New York City Transit Authority (NYCTA) adlı orqan yaradıldı və 1968-ci ildə ştat səviyyəsində Metropolitan Transportation Authority-nin nəzarətinə verildi.[49][50]
BRT, IRT və IND nəqliyyat işçiləri tərəfindən 1934-ci ildə təşkil olunmuş[51] Transport Workers Union of America Local 100 ən böyük və ən nüfuzlu yerli həmkarlar ittifaqı olaraq qalır.[52] Birliyin qurulduğu gündən etibarən MTA ilə müqavilə mübahisələrinə görə üç ittifaq tətili baş vermişdir:[53] 1966-cı ildə 12 gün,[54][55] 1980-cı ildə 11 gün[56] və 2005-ci ildə üç gün.[57][58]
1970-ci və 1980-ci illərdə Nyu-York metropoliteni ən pis günlərini yaşayırdı.[59][60] Sərnişindaşıma 1910-cu illərdəki səviyyə düşmüşdü, metroda qraffiti və cinayət tüğyan edirdi; Ümumiyyətlə, metro həmin müddət ərzində çox istismar edilmişdi və gecikmələr və yol problemləri adət halını almışdı. Bununla yanaşı, NYCTA 1980-ci illərdə altı yeni metro stansiyası açmağı bacarmış,[61][62] metro vaqonlarının hamısını qraffitilərdən təmizləmiş və 1,775 yeni metro vaqonu sifariş vermişdi.[63] 1990-cı illərin əvvəllərində vəziyyət xeyli yaxşılaşmışdı, baxmayaraq ki, bu 20 il ərzində yığılmış istismar problemləri günümüzə qədər həll edilir.[60]
XXI əsrə daxil olarkən bir neçə fəlakətə baxmayaraq irəliləyiş davam etdi. 11 sentyabr terror aktları Aşağı Manhettendə fəaliyyət göstərən xətlərdə, xüsusilə Dünya Ticarət Mərkəzinin tam altından keçən Brodvey-Yeddinci avenyu xəttində xidmət məhdudiyyətlər ilə nəticələndi.[64] Əkiz qüllələrin birbaşa altında olan tunelin bir hissəsinə, həmçinin Kortlandt-Strit stansiyasına ciddi ziyan dəydi. Yenidənqurma işləri Çambers küçəsindən cənubundakı xətdə xidmətin dayanarılımasına səbəb oldu. Yaxınlıqdakı digər on stansiya təmizlənməsi üçün bağlanıldı. 2002-ci ilin martında bu stansiyalardan artıq yeddisi yenidən açılmışdı. Qalanları (Brodvey-Yeddinci avenyu xəttindəki Kortlandt-Strit istisna olmaqla)[65] 15 sentyabr 2002-ci ildə Çambers küçəsinin cəbunundakı xidmətlə birgə yenidən açıldı.[65][66] 2012-ci ildə Sendi qasırğası nəticəsində bir neçə sualtı tunel və Nyu-York limanı yaxınlığında digər obyektləri, habelə Jameyka buxtası üzərindəki dəmiryol xətlərini su basaraq ziyan vurdu. Təxirəsalınmaz ziyanlar altı ay ərzində düzəldildi amma uzunmüddətli davamlılıq və bərpa layihələri davam edir.[67]
1904-cü ildə IRT metrosu açılanda[27][28] tipik tunel tikinti üsulu kəsmə-örtmə olmuşdur.[68][69] Küçə dağıdılaraq tunel salınır, daha sonra üstü örtülürdü.[68][69] Küçənin üstü qazıldığı üçün nəqliyyatın hərəkəti kəsilirdi.[70] Müvəqqəti polad və taxta körpülər tikinti üzərindən yerüstü nəqliyyatı təmin edirdi.[71]
Bu tip tikinti işlərinin podratçıları həm təbii, həm də insan səbəbli bir çox maneə ilə üzləşdilər. Onlar qaya parçaları və nasoslanmağı lazım olan qrunt suları ilə əlaqədar problemləri həll etməyə məcbur oldular. On iki millik kanalizasiya, su və qaz şəbəkəsi, elektrik kanalları və buxar boruları yenidən istiqamətləndirilməli idi. İşin yerinə yetirilməsi üçün küçədəki dəmir yolları da qazılmalı idi. Hündürmərtəbəli binaların özülləri metro inşaatının yaxınlığında idi və bəzi hallarda təhlükəsizliyi təmin etmək məqsədi ilə onların özülünün bərkidiləməsi lazım olurdu.[72]
Bu üsul küçə səthinə yaxın yumşaq torpaq və çınqılı qazmaq üçün əla işləyirdi.[68] Bununla belə, daha dərin hissələr üçün tunel qalxanları tələb olunurdu, məsələn, dəmir borulardan istifadə edən Harlem və İst-River tünelləri. Park-Avenyu altında 33-cü stritdən 42-ci stritə, Brodveyin altında 116-ci stritdən 120-ci stritə, Brodvey və Müqəddəs Nikolas küçəsinin altında 145-ci stritdən Daykman-Stritə, 96-cı strit və Brodveydən Şimal Sentral-Park və Lenoks-Avenyuya qədər olan hissəsində qaya və ya beton örtülü tunellər istifadə edilmişdir.[68][69]
Metro sisteminin təxminən 40% -i səthdə və ya yüksək səthlərdə, o cümlədən polad və çuqun estakadalar, beton viaduklar, dambalar, açıq kəsiklər və yerüstü marşrutlardan ibarətdir.[73] Bütün bu tikinti üsulları yol və piyada keçidlərindən tamamilə və bir çox iki metronun kəsişməsi uçuşan qovşaqlar vasitəsilə üfiqi fərqlidir. Müntəzəm xidmətdə olan iki xəttin eyni yüksəklikdə kəsişməsində yeganə istisna 142-ci strit kəsişməsi[74] və Mertl-Avenyu kəsişməsidir, hər ikisində relslər eyni yüksəklikdədir.[75][76]
Orijinal metro xətlərini inşa edən 7,700 işçi əsasən Manhettendə yaşayan immiqrantlar idi.[26][77]
Ən son layihələrdə tunel qazma maşınlarından istifadə edilir, bu da xərcləri artırır. Onlar küçə səviyyəsində pozuntuları minimuma endirirlər və artıq mövcud kommunal xidmətlərə toxunmurlar.[78] Belə layihələrə Flaşinq xəttinin genişləndirilməsi[79][80][81][82] və İkinci avenyu metrosunu nümunə göstərmək olar.[83][84][85][86]
1904-cü ildə orijinal Nyu-York metro xəttinin açılışından[27][28] bəri müxtəlif rəsmi və planlaşdırma qurumları metro sisteminə bir çox genişləndirmə təklif etmişdilər. Ən geniş təkliflərdən biri olan "IND İkinci Sistem", mövcud metro xətlərinin və dəmir yollarının saxlanılması ilə yanaşı, yeni metro xətləri qurmaq planının bir hissəsi idi. 1929-cu ildə təklif edilmiş ən möhtəşəm IND İkinci Sistem planı şəhər tabeçiliyində olan IND-nin bir hissəsi olmuşdu və hal-hazırda mövcüd olan metro sisteminin 1⁄3 hissəsini təşkil etmişdi.[87][88] 1939-cu ilə qədər hər üç sistemində daxil olduğu birləşdirmə planı heç bir vaxt həyata keçirilmədi.[89][90] Metro mövcud olduğu illər ərzində bir çox müxtəlif planlar təklif olundu lakin İkinci dünya müharibəsi zamanı metro sisteminin genişləndirilməsi əsasən dayandı.[91]
Onilliklər ərzində təklif olunan marşrutların bir çoxu inşa edilməsə də, mövcud metro gücünün məhdudiyyətləri və əhalinin sıxlığını yüngülləşdirilməsi üçün bu xətlərin bəzilərinin inkişaf etdirilməsi hələ də müzakirə olunur, xüsusilə də İkinci avenyu xətti ən çox diqqət çəkənidir. Yeni xətlər üçün planlar 1910-cu illərin əvvəllərinə aiddir və sistemin mövcud olduğu uzun illər ərzində genişləndirilməsi planları təklif olunmuşdu.[87][92]
1940-cı ildə Altıncı avenyu xətti inşa edildikdən sonra[93] şəhər böyük borc içində qaldı, bundan sonra sistemə sadəcə 33 yeni stansiya əlavə edildi, onlardan da on doqquzu ləğv edilmiş dəmiryollarının bir hissəsi olaraq artıq mövcud idi. New York, Westchester and Boston Railway tərəfindən tərk edilmiş beş stansiya 1941-ci ildə Dayr-Avenyu xətti kimi 1941-ci ildə sistemə daxil edilib.[94] Digər on dörd stansiya LIRR tərəfindən tərk edilmiş Rockaway Beach Branch (indiki Rokavey) xəttində 1955-ci ildə açıldı.[95] İki stansiya (57-ci strit və Qrand-Strit) Kristi-Strit keçidinin bir hissəsi idi və 1968-ci ildə açıldı;[96][97] eyni il bu layihə ilə bağlı olmayan Harlem-14-ci strit terminalı da açıldı.[98] 1968-ci il planının bir hissəsi olaraq altı stansiya açıldı: 1988-ci ildə Arçer-Avenyu xəttində üç,[99] 1989-cu ildə 63-cü strit xəttində üç.[100] Yeni Saut-Ferri stansiyası tikildi və 2009-cu ildə mövcüd Vaytholl-strirt-Saut-Ferri ilə birləşdirildi.[101] 2015-ci ildə Manhettenin Vest-Sayd məhəlləsinə 34-cü strit-Hudson-Yards stansiyası daxil olmaqla bir stansiyalı 7-ci xəttin genişləndirilməsi açıldı[102][103][qeyd 6] və 2017-ci ilin əvvəllərində Yuxarı İst-Sayd məhəlləsində İkinci avenyu metrosunda 3 stansiya açıldı.[104]
İllik Sərnişin Daşınması | ||
---|---|---|
İl | Sərnişin | %± |
1901 | 253.000.000 | — |
1905 | 448.000.000 | +77.1% |
1910 | 725.000.000 | +61.8% |
1915 | 830.000.000 | +14.5% |
1920 | 1.332.000.000 | +60.5% |
1925 | 1.681.000.000 | +26.2% |
1930 | 2.049.000.000 | +21.9% |
1935 | 1.817.000.000 | −11.3% |
1940 | 1.857.000.000 | +2.2% |
1945 | 1.941.000.000 | +4.5% |
1946 | 2.067.000.000 | +6.5% |
1950 | 1.681.000.000 | −13.4% |
1955 | 1.378.000.000 | −18.0% |
1960 | 1.345.000.000 | −2.4% |
1965 | 1.363.000.000 | +1.3% |
1970 | 1.258.000.000 | −7.7% |
1975 | 1.054.000.000 | −16.2% |
1980 | 1.009.000.000 | −4.3% |
1982 | 989.000.000 | −2.0% |
1985 | 1.010.000.000 | +2.1% |
1990 | 1.028.000.000 | +1.8% |
1995 | 1.093.000.000 | +6.3% |
2000 | 1.400.000.000 | +28.1% |
2005 | 1.450.000.000 | +3.6% |
2010 | 1.605.000.000 | +10.7% |
2011 | 1.640.000.000 | +2.2% |
2012 | 1.654.000.000 | +0.1% |
2013 | 1.708.000.000 | +3.3% |
2014 | 1.751.287.621 | +2.6% |
2015 | 1.762.565.419 | +0.6% |
2016 | 1.756.814.800 | -0.3% |
[105][106][107][108][109] |
Bir çox sürətli nəqliyyat sistemləri sabit marşurutlardan istifadə edir, bu qatar "marşurutları" demək olar ki, qatar "xətti" sözü ilə sinonimdir. Lakin Nyu-York şəhərində keçidlərin mövcudluğu və marşrut nümunələrinin quruluşu səbəbi ilə marşrut sistemi tez-tez dəyişir. Metro nomenkulturasına görə xətt, qatarın bir teminaldan digərinə getmək üçün istifadə etdiyi "marşrutun" üzərində hərəkət etdiyi fiziki relslər və ya relslər ardıcıllığıdır. "Marşrutlar" (həmçinin "xidmətlər" adlanır) hərf və rəqəmlərlə fərqləndirilir və "xətlərin" adları var. Onlar həmçinin qatarları da müəyyən edir, məsələn Billi Steyhornun Take the "A" Train mahnısında olduğu kimi.[9]
Metro sistemində üç qısa məkik daxil olmaqla 25 qatar marşrutu mövcuddur. Hər marşrutun öz rəngi var və yeri və ekspress təyinat Manhetten qatar xətlərində xüsusi xidməti təmsil edir. Rənglərdən cökə yaşılı tamamilə Manhettendən kənarda xidmət göstərən Krosstaun xəttinə məxsusdur, məkiklərə isə tünd gümüşü-boz rəngi ayrılmışdır.[110][111] Doğma Nyu-Yorklular və əksər Nyu-York sakini tərəfindən xətlər və marşrutlar rəngə görə (məsələn Göy xətt və ya Yaşıl xətt) adlandırılmır amma şəhərdən kənarda yaşayanlar və turistlər bəzən xətləri müəyyənləşdirmək üçün rənglərdən istifadə edirlər.[9][112][113]
1, 6, 7, C, G, L, M, R və W qatarları tamamilə lokaldır və bütün stansiyalarda dayanırlar. 2, 3, 4, 5, <6>, <7>, A, B, D, E, F, N və Q qatarlarının ekspress və lokal xidmətləri var. J qatarı adətən lokal xidmət göstərir, lakin pik saatlarda pik istiqamətlərdə Z qatarı ilə biləşir; J və Z qatarlarının hər ikisi onların bölüşdüyü marşurutun müxtəlif hissələrində lokal, ekspress və ya skip-stop xidmət göstərirlər. S hərfi üç məkik xidməti üçün istifadə edilir: 42-ci strit məkiyi, Franklin-Avenyu məkiyi və Rokavey-Park məkiyi.[111][114]
Metro sistemi 24 saatlıq iş rejimində fəaliyyət göstərir,[9] baxmayaraq ki, gecənin gec saatlarında müəyyən edilmiş bəzi marşurutlar fəaliyyət göstərmir, qısa marşrutda (bəzən tam uzunluqlu nüsxənin "məkik qatarı" olaraq da istinad edilir) fəaliyyət göstərir və ya digər dayanma şablonundan istifadə edir. Bunlar adətən stansiya platformalarında kiçik, ikinci marşrutlu lövhə ilə göstərilir.[111][115] Gecə sistemin tamamilə dayandırılması olmadığı üçün relslərin və stansiyaların təmiri sistem işlək vəziyyətdə ikən həyata keçirilməlidir. Bu iş bəzən gündüz, gecə saatlarında və həftə sonlarında xidmət dəyişikliklərini tələb edir.[116][117][qeyd 7]
Xətlərin bir hissəsi tikinti məqsədləri üçün müvəqqəti olaraq bağlanıldıqda nəqliyyat idarəsi bu xətlərdə adi halda hərəkət edən marşrutları dəyişmək üçün pulsuz məkik avtobuslarını (MTA Regional Bus Operations avtobus parkından istifadə etməklə) əvəz edə bilir.[118] Nəqliyyat idarəsi planlaşdırılan xidmət dəyişikliklərini öz veb-səhifəsi,[119] stansiyalarda və vaqonların içərisindəki divarlarda yapışdırılmış plakatlarda[120] və Twitter səhifəsində elan edir.[121]
Əsas magistral xətt | Rəngi[122][123] | Panton[124] | Hexadecimal | Marşrut nişanı |
---|---|---|---|---|
Səkkizinci avenyu xətti, IND | Parlaq göy | PMS 286 | #2850ad | |
Altıncı avenyu xətti, IND | Parlaq narıncı | PMS 165 | #ff6319 | |
Krosstaun xətti, IND | Çökə yaşılı | PMS 376 | #6cbe45 | |
Kanarsi xətti, BMT | Açıq gümüşü-boz | 50% black | #a7a9ac | |
Nasso-Strit xətti, BMT | Terrakota-boz | PMS 154 | #996633 | |
Brodvey xətti, BMT | Günəbaxan sarısı | PMS 116 | #fccc0a | |
Brodvey-Səkkizinci avenyu xətti, IRT | Pomidor qırmızısı | PMS 185 | #ee352e | |
Leksinqton-Avenyu xətti, IRT | Alma yaşılı | PMS 355 | #00933c | |
Flaşinq xətti, IRT | Moruğu | PMS Purple | #b933ad | |
Məkiklər | Tünd gümüşü-boz | 70% black | #808183 |
Cari Nyu-York metropoliteninin rəsmi xəritələri Michael Hertz Associates tərəfindən verilmiş 1979-cu il dizaynına əsaslanır. Sistemin mürəkkəbliyi səbəbindən xəritələr coğrafi cəhətdən düzgün deyil (yəni Manhetten kiçik borodur, lakin bir çox marşruta malikdir), lakin onlar naviqasiyaya kömək məqsədi ilə magistral şəhər küçələrini göstərir. Ən yeni nəşr 27 iyun 2010-cu ildə qüvvəyə minib və burada Manhetten daha böyük, Staten-Aylend isə daha kiçik göstərilmişdir.[114][125] Metronun əvvəlki diaqramları (ilk dəfə 1958-ci ildə istehsal olunnmuşdu) estetik baxımdan xoşagələn olsa da, bugünkü diaqramlardan coğrafi olaraq daha qeyri-dəqiq idi. Massimo Vignellinin tərtib etdiyi metro xəritəsinin dizaynı 1972-1979-cu illərdə MTA tərəfindən nəşr olunmuş, modern klassikaya çevrilmişdi, lakin MTA coğrafi elementlərin yerləşdirilməsi səbəbindən xəritəni qüsurlu hesab etdi.[126][127]
30 yanvar 2012-ci ildə xəritənin yalnız gecənin gec saatları üçün olan bir versiyası təqdim edildi.[128] 2011-ci il sentyabrın 16-da MTA öz veb saytında[129] Vignelli tərzi interaktiv metro xəritəsi olan "The Weekender"-i təqdim etdi,[130] adından da göründüyü kimi[131] onlayn xəritə cümə gecəsinin sonundan bazar ertəsi səhərinin erkən saatlarına qədər planlaşdırılan işlər haqqında məlumat verir.[132][133]
Onlayn və çap formasında bir neçə özəl hazırlanmış sxem mövcuddur, məsələn Hagstrom Map.[134] Bundan əlavə, Nyu-York şəhərinin metro xəritəsi bədii təşəbbüslər mövzusu olaraq xidmət etmişdir.
472 stansiyadan 470 stansiya gündə 24 saat xidmət göstərir.[qeyd 8] Nyu-York metropoliteninin yeraltı stansiyalarına əsasən küçədən pilləkənlərlə daxil olmaq mümkündür. Pilləkənlər az və ya ciddi dizayn fərqləri ilə ümumi yaşıl fona boyanmışdır.[135] Digər stansiyalar yerlərini və ya inşaat tarixini əks etdirən unikal girişlərə malikdirlər. Bir neçə stansiyanın giriş pilləkənləri bitişik binalara yerləşdirilir.[135] Demək olar ki, bütün stansiyaların girişinə qoyulan kürə və ya dördbucaq formalı rəng kodlu küçə işıqları onların giriş statusunu təsdiq edir.[136]
Nyu-York metropoliteninin bütün stansiyalarından
Bu isə o deməkdir ki, stansiyaların 61%-i səthin altındadır (59% tamamilə yeraltıdır və 2% stansiyanın isə çox hissəsi səthin altındadır). Stansiyaların 39%-i səthin üstündə və səthdən hündürdədir.[137]
Metro sistemindəki bir çox stansiya mezoninə malikdir.[138] Mezoninlər sərnişinlərə kəsişmələrdə müxtəlif yerlərdən girişə və girişdən əvvəl küçəni keçmədən düzgün platformaya getməyə imkan verir. Mezoninlərin içərisində sərnişinlər metro sisteminə girmək üçün gediş haqqını fiziki olaraq ödəyə biləcəkləri gediş haqqı nəzarət sahələri var.[69][138][139] Bir çox köhnə stansiyalarda gediş haqqı nəzarət sahəsi mezonin ilə kəsişmə olmadan platforma səviyyəsindədir.[69][140] Estakadalarda yerləşən stansiyaların bir çoxu marşrut istiqamətləri arasında ümumi stansiya binası olmadan platforma səviyyəsində gediş haqqı nəzarət sahəsinə malikdir.[37]
Stansiyaya daxil olan sərnişinlər hazırda MetroCard-da saxlanılan gediş haqqı tariflərini almaq üçün stansiya kiosklarından (əvvəllər jeton kiskları kimi də tanınırdı)[141] və ya satış aparatlarından istifadə edə bilərlər. Hər stansiyanın adətən ən işlək girişində yerləşdirilmiş ən az bir ədəd kiosk var.[142] Kartı turniketdən keçirdikdən sonra sərnişinlər gediş haqqı nəzarət sahəsinə daxil olur və platformalar doğru hərəkət edirlər.[9] Gediş haqqı nəzarət sahəsinin içərsində oturacaqlara maiik və sarı işarə ilə təyin olunmuş "Qeyri-İş Saatları Gözləmə Sahələri" (ing. Off-Hours Waiting Areas) var.[9][143][144]
Tipik metro stansiyası uzunluğu 480 fut (150 m) ilə 600 fut (180 m) arasında olan gözləmə platformlarına malikdir, baxmayaraq ki, bəzi IND plaformlarının uzunluğu 660 fut (200 m) ilə 745 fut (227 m) arasında dəyişir.[43][145] Rokavey xətti kimi keçmiş şəhərətrafı dəmir yolu stansiyalarında platformalar hətta daha uzundur. Çox sayda tranzit xətləri sayəsində bir platforma və ya platformalar dəsti birdən çox marşruta xidmət edir. Sərnişinlər platforma giriş pilləkənlərinin və hər relsin üzərindəki hansı qatarın və nə vaxt gəldiyini göstərən yerüstü nişanlara və gələn qatarın hansı qatar olduğuna baxmalıdırlar.[9]
Bir çox ümumi platforma forması var:
Sistemin böyük hissəsi Fiziki Məhdudiyyətli Amerikalılar Aktının (FAA) (ing. Americans with Disabilities Act (ADA)) qüvvəyə mindiyi 1990-cı ilə qədər inşa edildiyi üçün əksər Nyu-York metropoliteni stansiyası fiziki məhdudiyyətli şəxslər üçün əlçatan olaraq tərtib edilməmişdi.[146] O vaxtdan bəri FAA tələblərinə uyğun olaraq yeni tikilən stansiyalarda liftlər quraşdırılır. (Bir çox qrunt səviyyəli stansiya FAA standarlarına cavab vermək üçün kiçik dəyişikliklər tələb edirdi.) Bundan əlavə MTA geniş təmir nəticəsində FAA-ya uyğun olacaq hərəkətin intesnsiv olduğu və (ya) coğrafi əhəmiyyətli "açar stansiyalar" təyin etdi. 2017-ci ilin yanvarına kimi artıq 117 cari əlçatan stansiya mövcuddur; onların bir çoxu AutoGate sisteminə sahibdir.[9][147] Mövcud MTA planlarına əsasən, 2020-ci ilə qədər FAA əlçatan stansiyalarının sayı 144-ə çatacaq.[148]
2016-cı il iyul ayında MTA fiziki məhdud şəxslərin hüquqlarını müdafiə qrupu tərəfindən Bronksda 21,000,000 ABŞ dolları büdcə ilə təmir edilən Midltaun-roud stansiyasında lift quraşdırılmadığı üçün məhkəməyə verildi. 2016-cı ildə metro sisteminin stansiyalarının sadəcə 19%-i fiziki məhdud şəxslər üçün tamamilə əlçatandır,[149] 2017-ci ildə bu rəqəm 24%-ə yüksələcək.[150] 2017-ci ilin aprel ayında sistemin Fiziki Məhdudiyyətli Amerikalılar Aktını tələbini pozaraq şəhər insan hüquqları qanunlarından birini pozduğu üçün MTA-ya qarşı biri ştat məhkəməsində, biri isə federal məhkəmədə olmaqla eynivaxtlı iki məhkəmə iddiası qaldırıldı. Nəticə etibarilə, məhkəmə MTA-nın "məşğulluq, ictimai şərait, mənzil və digər daşınmaz əmlak ilə bağlı əməliyyatlarda ayrı-seçkiliyin aradan qaldırılması və qarşısının alınmasında" müvəffəqiyyətsizliyə uğramadığına qərar verdi.[150]
2016-cı noyabr ayına olan məlumata görə, Nyu-York metropoliteni reyestrında 6418 vaqon vardır.[151][qeyd 9] Tipik Nyu-York metropoliteni qatarında 8-11 vaqon olur, baxmayaraq ki, məkiklərdə iki ədədə qədər az ola bilir və qatarların uzunluğu 150 fut (46 m) ilə 600 fut (180 m) arasında ola bilir.[152]
Sistem biri A Diviziyasının marşrutları, biri isə B Diviziyasının marşrutları üçün olmaqla iki ayrı vaqon parkını istismar edir.[153] Bütün B Diviziyası avadanlıqları təxminən 10 fut (3.0 m) enində və 60 fut 6 düym (18.44 m) və ya 75 fut (22.86 m) uzunluğunda, A Diviziyası avadanlıqları isə təxminən 8 fut 9 düym (2.67 m) enində və 51 fut 4 düym (15.65 m) uzunluğundadır.[154] B Diviziyasının 60 futluq hissəsi BMT Şərq Diviziyasında istifadə olunurdu, hansı ki, orada 75 fut (22.86 m)-dən uzun vaqonların istifadəsi qadağan edilmişdi.[155][156]
Nyu-York şəhəri tərəfindən IND və digər diviziyaların yarandığı 1948-ci ildən başlayaraq R hərfindən sonra gələn rəqəm ilə (məsələn R32) müəyyən edilən vaqonlar almışdı.[153] Bu rəqəm vaqonun satın alındığı müqavilənin nömrəsini göstərir.[157] Yaxın müqavilə nömrələri olan vaqonlar (məs. R1-dən R9-a, R26-dan R29-a və ya R143-dən R160B-yə qədər) fərqli müqavilələr əsasında satın alınsalar da və fərqli istehsalçılar tərəfindən tikilmiş olsalar da, nisbətən eyni ola bilərlər.[158]
1999-cu ildən bəri R142, R142A, R143, R160 və R188 tipli vaqonlar xidmətə verilib.[159][160] Bu vaqonlar LED və LCD marşrut işarələri və məlumat lövhələri, eləcə də qeydə alınmış qatar elanları və Əlaqə Əsaslı Qatar Nəzarəti (ƏƏQN) sistemini asanlaşdırmaq bacarığı kimi müasir yeniliklər sayəsində kollektiv olaraq Yeni Texnologiya Qatarlar (YTQlər) olaraq tanınır.[161][162] Köhnə vaqon parkı avadanlıqlarında canlı konduktor elanları hələ də istifadə edilir.
22 mart 2012-ci ildə MTA Bombardier firmasından R179 tipli 300 ədəd vaqon sifariş etdiyini açıqladı.[163] Müqavilənin ümumi dəyəri 599 milyon ABŞ dollarıdır və davam edən təhvilvermə və istehsalatda ilkin problemlərlə əlaqədar olaraq beş vaqondan ibarət qatarın ilk sınağı 2016-cı ilin sentyabr ayında həyata keçirilib.[164][165]
2017-2020-ci illər MTA Büdcə Planına uyğun olaraq 600 metro vaqonu müştəri məmnuniyyətini artırmaq məqsədi ilə rəqəmsal ekrana malik işarələrlə təchiz olunacaq.
Sərnişinlər metro sisteminə daxil olmaq üçün bir dəfə gediş haqqı ödəyirlər və stansiya turniketlərindən çıxmadıqları müddətcə qatarlar arasında heç bir xərç ödəmədən keçid edə bilərlər; sərnişinlərin getdiyi məsafədən və müddətdən asılı olmayaraq gediş haqqı sabitdir. Beləliklə, sərnişinlər metro sisteminə daxil olarkən öz MetroCard-larından istifadə edirlər, lakin çıxarkən isə istifadə etmirlər.[166]
2016-cı ilin aprel ayına olan məlumata əsasən gediş haqlarının demək olar ki, hamısı MetroCard vasitəsi ilə ödənilmişdi;[167] 22 mart 2015-ci ildə həyata keçirilən son gediş haqqı artmından sonra[168] təkrar istifadə oluna bilən "məhdud istifadəli" MetroCard satın alındıqda baza tarifi $2.75 təşkil edir.[166] Birdəfəlik kartları $3.00-a əldə etmək olar və 7-günlük və 30-günlük limitsiz gediş kartları gediş haqqını əhəmiyyətli dərəcədə aşağı sala bilər.[169] Yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün güzəştli tariflər mövcuddur.[9][170]
Sistem tərəfindən toplanılan bütün gediş haqları Pul otağında idarə olunur.
1993-cü ilin noyabr ayında[171] metro sistemi sərnişinlərə satıcı və satış aparatına ödənilən məbləğə bərabər olan miqdarı saxlayan kartlardan istifadə etməyə imkan verən MetroCard adlı gediş haqqı sistemini təqdim etdi.[172] 1997-ci ildə MetroCard genişlənərək sərnişinlərin metro və avtobuslar arasında iki saat ərzində pulsuz transferlərinə imkan yaratdı; 2001-ci ildə yalnız MetroCard ilə keçidlərin mümkün olduğu bir neçə stansiya əlavə edildi.[173][174] 1998-ci ildə limitsiz gediş MetroCard-ların (7-günlük və 30-günlük periodlarla,[175] daha sonra 1-günlük "Əyləncə girişi" və 14-günlük peridolarla, sonuncu ikisinin istifadəsi dayandırılmışdır)[176] əlavə edilməsi ilə Nyu-York şəhər nəqliyyat sistemi San-Fransiskodakı BART istisna olmaqla ABŞ-da limitsiz avtobus və metro gedişlərini təqdim edən sonuncu böyük nəqliyyat sistemi oldu.[177] 2016-cı ilin aprelində MTA 2022-ci ildə MetroCard-ın əvəz edilməsi üçün təmasız "Yeni Gediş Haqqı Ödəniş Sistemi" ilə bağlı təkliflər istəmişdi.[178]
XX əsrin sonlarından etibarən MTA metronun istismarı və təkmilləşdirilməsi üçün bir sıra layihələrə başlamışdır. 1990-cı illərdə Kanarsi xətti relslərdən daha çox qatarın istifadəsinə imkan verən və bununla sərnişin tutumunu artıran hərəkətli blok siqnal sistemindən istifadə edərək, kommunikasiya əsaslı qatar nəzarətindən istifadə etməyə başlamışdır.[179] Kanarsi xətti sınaqları uğurlu olduqdan sonra, MTA 2000-ci və 2010-cu illərdə digər xəttləri daxil etmək üçün avtomatlaşdırma proqramını genişləndirdi.[180][181] FASTRACK adlı başqa bir proqram çərçivəsində MTA 2012-ci ildə həftəiçi gecələri vaxtı müəyyən xətləri bağlamağa başladı, bununla növbə ilə xətlərin hər birini bir həftə gecələr bağlamaqla qatar hərəkətlərinə maneə törətmədən işçilərə xətləri təmizləməyə imkan yaratdı.[182]
Cinayət, qatar qəzaları, intihar və terror təhdidləri bütün metro sisteminə təsir edir.
<ref>
teqi; NYCSubway.org
adlı istinad üçün mətn göstərilməyibIn exchange for these advantages are two major disadvantages. One is financial: "deep bore" construction costs significantly more than 'cut and cover'