Nəhəng qantəpər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Nəhəng qantəpər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nəhəng qantəpər (lat. Cephalaria gigantea)[1] — qantəpər cinsinə aid bitki növü.[2]
Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir[3].
Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir[3].
Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür[3].
Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır[3].
Meşələrdə və dağ çəmənlərində rast gəlinir[3].
Yaxşı balverən bitkidir. Boyaq məqsədilə istifadə olunur. Xalq təbabətində çiçəklərindən alınan məlhəm soyuqdəymə zamanı istifadə olunur[3].
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Meşədə, dağ çəmənlərində bitir.[4]