Oğlumu qaytarın | |
---|---|
hind. शक्ति | |
Janr | döyüş filmi[1], dram filmi |
Prodüserlər | |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2002 |
Müddət | 180 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0331639 |
Oğlumu qaytarın 2002-ci ildə Krishna Vamsinin rejissorluğu ilə Karisma Kapur, Nana Patekar və Sanjay Kapoorun baş rollarda oynadığı, Şahrux Xan, Deepti Naval, Ritu Şivpuri, Anupam Şyam və Prakash Rac kimi aktyorların köməkçi rollarda çəkildiyi hind dilli döyüş triller filmidir. Aishwarya Rai oxuduğu bir mahnı ilə filmdə xüsusi görünüş yaradır. Film 1998-ci ildə Betti Mahmudinin real həyat hekayəsinə əsaslanan Anthahpuram adlı teluqu filminin remeykidir. Betti Mahmudinin real həyatdan qaçmasının orijinal hekayəsi onun özünün yazmış olduğu eyni adlı kitabına əsaslanan Qızım Olmadan (1991) filmində təsvir edilmişdir.
Los-Ancelesə əmisinin yanına gələn Nandini artıq Amerikada altı il mühacir həyatı yaşayan Şekharla tanış olur. Onlar qısa zamanda evlənirlər. Toydan bir neçə il ötür. Cütlüyün artıq 3 yaşında oğlu var. Şekhar onun doğma kəndində qanlı qətliamın törədildiyini xəbər alır. Qohumlarına görə narahat olan Şekhar bir neçə günlük vətənə dönməyə qərar verir. Nandini ərini tək buraxmır və azyaşlı oğlunu da götürərək, onunla Hindistana yollanır. Cütlük onları qarşıda hansı dəhşətlərin gözlədiyindən bixəbərdir...