Oğuz Atay

Oğuz Atay
türk. Oğuz Atay
Doğum tarixi 12 oktyabr 1934(1934-10-12)[1]
Vəfat tarixi 13 dekabr 1977(1977-12-13)[1] (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin xərçəngi[d]
Dəfn yeri
Həyat yoldaşı Fikriye Fatma Gürbüz
Uşağı Özge
Atası Cemil Atay
Anası Muazzez Atay
Milliyyəti Türk
Təhsili
  • TED Ankara Kolleci[d]
Fəaliyyəti inşaat mühəndisi[d], mühəndis, yazıçı, dramaturq, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oğuz Atay (12 oktyabr 1934[1]13 dekabr 1977[1], İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir.

Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən KroninəPitigrillidən Stendala, Laclos, Eliot, Herman MervilHenri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır. Onun bu bağlılığı əsərlərində də özünü açıqca göstərir. Dostoyevski Oğuz Atayın həyatı boyu ayrıla bilmədiyi güclü bir dayaq olmuşdur və öz əsəri Tutunamayanlar haqqında danışarkən də sevimli yazıçıları arasında Fyodor DostoyevskiFrans Kafkanın adlarını xüsusi vurğulamışdır.

Oğuz Atayın məzarı

Texniki Universitetdə tanış olduğu Fikriye Gürbüzlə ailə həyatı qurmuş, bu evlilikdən Özge adlı qızları olmuşdur. 6 il evli olsalar da, Oğuz Atay evliliyindən xoşbəxt olmayan adam təsəvvürü yaratmışdır. Yenə kitablara sığınan yazıçının həmin illərdə 5 minə yaxın kitab aldığı məlumdur. 6 illik ailə həyatından sonra cütlük ayrılmış və Oğuz Atay yenidən özünü kitablarına bağlamışdır. Yazıçı 1977-ci ilin 13 dekabrında İstanbulda vəfat etmişdir. Məzarı Edirneqapı Saqqızağacı Şəhidliyində 5-ci hissədədir.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

İlk əsəri Tutunamayanlar ilə modernizmə qapılarını açan yazıçı 1968-ci ildə yazmağa başlamış və 1 ilə əsəri bitirmişdir. Türk ədəbiyyatının ən önəmli əsərlərindən biri olan Tutunamayanlar, tənqidçi Berna Moran tərəfindən, "həm söylədikləri həm də söyləmə forması ilə bir üsyan" olarak dəyərləndirilmişdir. Tutunamayanların ardınca yazdığı Tehlikeli Oyunlar adlı kitab yazmışdır. 3-cü kitabı hekayələrini topladığı Qorxunu Gözləyərkən (Korkuyu Beklerken)-dir. Daha sonra professor Mustafa İnanın həyatından bəhs edən Bir Bilim Adamının Romanı-nı 1975-ci ildə nəşr etdirmişdir. 1973-cü ildə dövlət teatrında səhnələşdirilən dram əsəri Oyunlarla Yaşayanları yazmışdır. Türkiyənin Ruhu əsərini yazmaq arzusunu isə beynində yaranmış şiş yazıçının ürəyində qoymuşdur. Ölümündən sonra 1987-də Gündəlik(Günlük), 1998-də isə Eylembilim adlı kitabları çap olunmuşdur. Sağlığında heç bir kitabı ikinci dəfə nəşr olunmayan yazıçının ölümündən sonra kitabları dəfələrlə nəşr olunmuşdur. 2007-ci ildən bəri ədəbiyyat sahəsində Oğuz Atay Ədəbiyyat Mükafatı verilir.

  • Tutunamayanlar (1972)
  • Tehlikeli Oyunlar (1973)
  • Bir Bilim Adamının Romanı (1975)
  • Korkuyu Beklerken (1975)
  • Oyunlarla Yaşayanlar (1975)
  • Günlük (1987)
  • Eylembilim (1998)

Haqqında yazılmış tənqidi əsərlər və məqalələr

[redaktə | vikimətni redaktə et]
  • Türk Romanında Postmodernist Açılımlar, Yıldız Ecevit, İletişim Yayınları, 2001, İstanbul.
  • "Ben Buradayım…" — Oğuz Atay'ın Biyografik ve Kurmaca Dünyası, Yıldız Ecevit, İletişim Yayınları, 2005, İstanbul.
  • Oğuz Atay'a Armağan – Türk Edebiyatının "Oyun/Bozan"ı, Yayına Hazırlayan: Handan İnci, İletişim Yayınları, İstanbul 2007.
  • Nabokov’dan Oğuz Atay’a ‘Tutunamayanlar’da ‘Solgun Ateş’ İzleri, Ramazan Gülendam–Bahadır Sürelli, Varlık, 1151, 31–37 (2003).
  • "Yapıtları ve Yaşamıyla Oğuz Atay", Hasan Uygun, Mavi Melek, Sayı:44, 05/02/2010.
  • Oğuz Atayla tutunamayanlar barəsində müsahibə
  • Nabokov’dan Oğuz Atay’a ‘Tutunamayanlar’da ‘Solgun Ateş’ İzleri, Gülendam, Ramazan – Sürelli, Bahadır. Varlık, 1151, 31–37 (2003).
  • "Ben Buradayım…" — Oğuz Atay'ın Biyografik ve Kurmaca Dünyası, Yıldız Ecevit, İletişim Yayınları, 2005, İstanbul.
  1. 1 2 3 4 Oğuz Atay // Brockhauz Ensiklopediyası (alm.).