Oberton

Oberton (alman dilində ober – yuxarı+ton) — mürəkkəb rəqsin əsas tona nisbətən daha yüksək tezliyə malik sadə tonları. Əsas ton kimi şərti olaraq birinci oberton götürülür. Rəqs tezliklərinin nisbətən tam ədədlərin nisbətən (1:2:3:4 və s.) kimi olan obertonlar harmonik overton adlanır. Musiqi səsi tondan və harmonik obertondan ibarətdir. Səslənən simin, hava sütununun tezliklərinin nisbəti həm tam ədəd, həm də 1/2:1/3:1/4 və s. kimi də göstərilir. Oberton əsas tondan çox zəif olduğundan və ona qarışaraq səsləndiyindən onu bilavasitə atırmaq olmur. Obertonun xarakteri eyni zamanda səsin xüsusiyyətini və ya tembrini müəyyən edir.[1]

  1. Обертон // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 315.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]