Obyekt (fəlsəfə)

Оbyekt (latınca: objectum) — fəlsəfi kateqoriya, predmet. Təfəkkürdən asılı olmayaraq real şəkildə mövcud olan predmet, hal və ya proses. Ona daima müşahidəçinin praktiki marağı yönəlir. Şəxs, sosial qrupcəmiyyət həm obyekt, həm də subyekt şəklində iştirak edə bilər.

Obyekt – [lat. objectum – alət, əşya] 1)sintaksisin forma və məzmun kateqoriyası, obyekt, məzmunca, feldə ifadə olunan hərəkətin yönəldiyi əşya və ya şəxsin adı olub subyektə qarşı qoyulur. Obyektin – formal və funksional səciyyələri bir-birinə uyğun gəlməyə bilər; 2)fəlsəfədə: xarici aləm, maddi varlıq; 3)mövzu, öyrənilən, nəzərdən keçirilən fakt, əşya, hadisə; 4)müəssisə, zavod, təşkilat.

Obyekt dərk edilən reallıqdır və dəqiq formalaşmış davranışı var. Obyekt kimi aşağıdakılar ola bilər[1]:

  • dərk edilən ya görülən predmet;
  • təfəkkürlə qəbul edilən nəsə;
  • fikir və hərəkət yönələn nəsə.

A.Smitə görə obyekt — konkret dərk edilən predmet, vahidlik və ya mövcudluqdur. Konkret funksiyası və fəliyyət dairəsi vardır. Elm üçün mütləq onun elmi sərhədləri olmalıdır.Obyektlər

  1. "Гради Буч. Объектно-ориентированный анализ и проектирование с примерами приложений на С++, Классы и объекты". 2009-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-18.
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.