Bu məqaləni vikiləşdirmək lazımdır. |
Odens | |
---|---|
Odense | |
55°24′ şm. e. 10°23′ ş. u.HGYO | |
Ölkə | Danimarka |
Region | Cənubi Danimarka |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 988 |
Sahəsi | 79.30 km² |
Mərkəzin hündürlüyü | 13 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 182,387 nəfər (2023) |
Aqlomerasiya | 504,066 |
Rəsmi dili | Danimarka dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+45) 6 |
Poçt indeksi | 5000 |
Digər | |
odense.dk | |
Vikianbarda əlaqəli mediafayllar |
Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhəridir. 1 yanvar 2023-cü il tarixinə əsasən şəhərin əhalisinin sayı 182.387[1] nəfər olmuşdur. Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı[2], bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, Orhus və Aalborq bələdiyyələrindən sonra). Avrostat və İƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır.[3]
Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir.[4] O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi. Bir müddət davam edən iqtisadi çöküşdən sonra, 18-ci yüzillikdə genişmiqyaslı inkişaf planları qəbul edildi, bu, Odens sarayının yenidən qurulmasına və ticarəti asanlaşdıran Odens limanına kanalın tikintisinə səbəb oldu. 1865-ci ildə burada Danimarkanın ən böyük dəmir yolu terminallarından biri tikildi, bu da əhalini və ticarəti daha da artırdı və 1900-cü ildə Odensin əhalisi 35.000-ə çatdı. Odensin Odinstårnet 1935-ci ildə tikiləndən sonra, Avropanın ən hündür qüllələrindən biri oldu, lakin İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən dağıdıldı. Cənubi Danimarka Universiteti 1966-cı ildə burada yaradılmışdır.
Odens adı "Odinin ziyarətgahı" mənasını verən Odins və Vé sözlərindən götürülmüşdür, çünki çağında ərazi Nordların tanrısı Odinin ibadətgahı idi.[5]
Odens iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 11,2 | 13,4 | 18,5 | 27,4 | 28,8 | 31,6 | 33,4 | 33,6 | 27,7 | 23 | 15,8 | 12,4 | 33,6 |
Maksimum orta, °C | 3,1 | 3,3 | 6,1 | 10,7 | 16 | 19,2 | 21,3 | 21,4 | 16,9 | 12,3 | 7,4 | 4,5 | 11,9 |
Orta temperatur, °C | 1 | 1,1 | 3,1 | 6,6 | 11,6 | 14,7 | 16,6 | 16,5 | 13 | 9,2 | 5,1 | 2,5 | 8,4 |
Minimum orta, °C | −1,5 | −1,4 | 0,1 | 2,5 | 6,7 | 9,9 | 11,7 | 11,5 | 8,9 | 5,8 | 2,4 | 0,2 | 4,7 |
Mütləq minimum, °C | −21,6 | −20 | −14,9 | −5,3 | −2 | 1,7 | 3,6 | 4,2 | −1,4 | −4,1 | −16,2 | −20 | −21,6 |
Əhali qrupları | il | |
---|---|---|
2023[6][7] | ||
Nömrə | % | |
Danimarka əsilli | 171,670 | 82,59% |
Köçkünlər | 25,732 | 12,38% |
Aİ-27 | 7,716 | 3,71% |
Aİ-27 xaricində Avropa | 8,376 | 4,03% |
Afrika | 3,944 | 1,9% |
Şimali Amerika | 301 | 0,14% |
Cənubi və Mərkəzi Amerika | 542 | 0,26% |
Asiya | 15,192 | 7,31% |
Okeaniya | 76 | – |
Vətəndaşlığı olmayan | – | |
Naməlum | – | |
Ümumi | 207,864 | 100% |
Xarici vətəndaşların mənsub olduğu ölkələr[8] | |
Milliyyət | Əhali (2018) |
---|---|
[[Türkiyə]] | 2,413 |
Somali | 2,296 |
Vyetnam | 2,177 |
Bosniya və
Herseqovina |
1761 |
Polşa | 1,639 |
Suriya | 1,314 |
Almaniya | 1,312 |
İran | 1,129 |
Rumıniya | 901 |
Odenslə qardaşlaşmış 28 şəhər var.[14] Onlardan bir neçəsi aşağıda qeyd olunub: