Ofis | |
---|---|
ing. The Office | |
Janr | komediya, sitkom |
Əsaslanır | Eyniadlı Böyük Britaniya serialına |
İlk baxış tarixləri | 24 mart 2005 - 16 may 2013 |
Rejissor |
|
Rollarda |
|
Montajçı |
Devid Rocers |
İstehsalçı ölkə | ABŞ |
Studiya | Deedle-Dee Productions |
Dil | ingilis dili |
Mövsüm sayı | 9 |
Seriya sayı | 201 |
Davametmə müddəti | 22-42 dəqiqə |
IMDb | ID0386676 |
Format | 1080i (HDTV) |
nbc.com/the-office/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Ofis (ing. The Office) — ABŞ istehsalı sitkom teleserialı. Serial uydurma şirkət olan "Dunder Mifflin Paper Company"nin Pensilvaniya ştatının Skranton şəhərindəki ofisinin işçilərinin günlük həyatından bəhs edir. 24 mart 2005-ci ildən 16 may 2013-cü ilədək NBC kanalında yayımlanıb və cəmi doqquz mövsüm davam etmişdir.[1] Ricky Gervais və Stephen Merchant tərəfindən yaradılmış 2001–2003-cü illərdə BBC telekanalında yayımlanan eyniadlı Britaniya serialı əsasında çəkilib. Simpsonlar, Saturday Night Live, King of the Hill teleseriallarındakı işləri ilə tanınan yazıçı Greg Daniels ABŞ üçün ekranlaşdırıb.
Ofis studiya auditoriyası və ya gülüş treki olmadan tək kamera istifadə edilərək real sənədli film üslubunda lentə alınıb. Teleserialın 201 seriyası NBC kanalında efirə çıxıb. "Ofis"in orijinal əsas heyətinə Stiv Kerelı, Reyn Vilson, Con Krasinski, Cenna Fişer və B. J. Novak daxildir. Serialın sonrakı epizodlarında aktyor heyətində bəzi dəyişikliklər baş vermişdir. Ed Helms, Rəşidə Cons, Emi Rayan, Mindi Kalinq, Kreyq Robinson, Ceyms Speyder, Elli Kemper və eləcə də Ketrin Teyt kimi orijinal əsas heyətdən kənar bir neçə məşhur ulduz şouya qoşulub.