Oftalmologiya (yun. ὀφθαλμός "göz" + λόγος "tədris")[1] — gözü, onun anatomiyası, fiziologiyası və xəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi və profilaktikası üsullarını işləyib hazırlayan tibb sahəsi.
Oftalmoloq — gözləri tibbi və cərrahi üsulla müalicə edən xüsusi təhsil almış həkim.[2]
Oftalmologiya qədim dövrlərdə yaranmışdır.[3] Eramızdan əvvəl II minilliyin ortalarında Misirdə yaşamış göz xəstəliklərini müalicə edən şəfaçılardan biri olan Peni Ank İrinin məzar daşı üzərində həkk olunmuş adı və təsviri bu günə qədər gəlib çatmışdır.[4]
Kornelius Sels (e.ə. I əsr) irisin, siliyer cismin, gözün ön və arxa kameraların mövcudluğunu müəyyən etmişdir. O, həmçinin korluğu 2 hissəyə bölmüşdü: geri dönməz — korluğa səbəb qlaukoma və geri dönən — korluğa səbəb katarakta olanda. Sels XVII-ci əsrin ortalarına qədər istifadə edilən kataraktın azaldılması texnikasını təkmilləşdirmişdir.
Ərəb əsilli həkim İbn əl-Heysəm (Əlhazen, eramızın X—XI əsrləri) Avropada eynəklərin ixtirasına və müasir görmə nəzəriyyələrinin yaranmasına böyük töhfə verən “Optika kitabı”nı yazmışdır. Əbu Əli ibn Sinanın (İbn Sina, eramızın X əsri) məşhur “Tibbi təbabət Kanonu” əsəri 500 ildən artıq müddət ərzində həm ərəb ölkələrində, həm də Avropada göz xəstəliklərinin əsas bələdçisi olmuşdur.[5]
XIX-cu əsrdə müasir oftalmologiyanın inkişafında mühüm rol oynamış ingilis cərrahı Corc Kritçet etdiyi oftalmoloji əməliyyatlar və nəşrləri ilə Avropada şöhrət qazanmışdır.[6]
Oftalmoloqların müalicə etdiyi ən çox yayılmış xəstəliklərin bəzilərinin qısa siyahısı:[7][8]
Oftalmologiyaya müəyyən xəstəliklər və ya gözün müəyyən hissələrinin xəstəlikləri ilə məşğul olan alt ixtisaslar daxildir. Onlardan bəziləri bunlardır: