Ogüst Roden

Ogüst Roden
fr. Auguste Rodin
Doğum adı René François Auguste Rodin
Doğum tarixi 12 noyabr 1840(1840-11-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 noyabr 1917(1917-11-17)[1][2][…] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partnyorları
Fəaliyyəti heykəltaraş, boyakar[d], fotoqraf, rəssam, rəssam-qravürçü[d]
Janrlar portret[4][5], [5]
Stillər simvolizm[6]
Tanınmış işləri
Tələbələri Antuan Burdel, Konstantin Brankuzi, Kamilla Klodel, Şarl Despio
Mükafatları I Leopold ordeni Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[1][2][…], Paris[3][1][…]17 noyabr 1917[1][2][…], Mödon[d][3][1][…]) — fransız heykəltaraş.

Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir. Rodenin yaradıcılığı realizm, romantizm, impressionizm və simvolizmin birləşməsini əhatə edirdi. Roden qəhrəmanlarının hərəkət və emosional durumunu bədii vasitələrlə izləyiciyə çatdırmaqda virtuoz ustalığa yiyələnmişdir. Onun əsas işləri «Düşünən adam», «Kale vətəndaşları» və «Öpüş» heykəlləridir.

Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]
Roden, 1862-ci il

Ogüst Roden 12 noyabr 1840-cı ildə Parisdə anadan olmuşdur. Atası Jan-Batist Roden prefekturada çalışırdı və Ogüst onun Lotaringiya sakini Mari Şefferlə olan ikinci nigahından dünyaya gələn ikinci övladı idi. Onların ilk övladı isə yaşca Rodendən 2 yaş böyük olan bacısı Mari idi.[7]

Məktəbdə oxuduğu illərdə Roden rəsm dərsindən savayı digər fənnlərə maraq göstərmirdi. 14 yaşında Ogüst atasından École Gratuite de Dessin (Petite École (Kiçik məktəb) kimi də tanınır) təhsil müəssisəsinə daxil olmaq barədə razılıq alır. Çox güman atasının belə qərar verməsində 16 yaşlı bacısı Mari vacib rol oynamışdır. Bu təhsil müəssisəsində gələcəyin rəssam, dekorator, zərgər və oxşar peşə sahibləri nümayəndələri hazırlanırdı. Rodenin müəllimi rəssam və pedaqoq Lekok de Buabodran olmuşdur. Buranı bitirdikdən sonra Roden üç dəfə Milli zərif incəsənət ali məktəbinə qəbul olmağa cəhd göstərsə də, lakin uğursuzluqla rastlaşmışdır.[8]

Bu dövrdən başlayaraq Roden usta yanında ictimai işlərin hazırlanmasında dekorator, heykəltaraş kimi çalışmışdır. O heykəltaraş Antuan Barinin Təbiət tarixi muzeyində keçirilən dərslərində iştirak edirdi. 1862-ci ildə bacısı Mari peritonitdən (qarın boşluğu iltihabı)monastrda dünyasını dəyişmişdir. Bacısının ölümündə özünü günahkar sayan Roden müəyyən müddət heykəltaraşlıqla məşğul olmağı dayandırmışdır. Rodenin istedadına bələd olan Xoşbəxt sirr konqreqasiyasının yaradıcısı keşiş Pyer Eymar rahib olmağa çalışan Rodeni yenidən incəsənətlə məşğul olmağa qaytara bilmişdir. Roden Antuan-Lui Baridən dərslər götürməklə yanaşı dekorator kimi çalışmağa başlamışdır. 1863-cü ildə keşiş Eymarın büstünü yaratmışdır.[9]

Heykəltaraşlığa yenidən qayıtdıqdan sonra Roden bir müddət dekorator kimi çalışmışdır. Həmin dövrdə işlərini anonim olaraq yerinə yetirdiyindən əsərlərin əksəriyyətini identifikasiya etmək mümkün deyil. Məlumdur ki, Roden Parisin Qaite teatrı və Qoblen teatrının(hal-hazırda kinoteatr kimi fəaliyyət göstərir) fasadının tərtibat işlərini yerinə yetirmişdir. 1864-cü ildə toxucu Roza Bere ilə tanış olmuş və onunla birgə yaşamışdır. Roza cəlbedici görünüşə sahib olduğundan o Rodenin bir sıra əsərlərinin modeli qismində çıxış etmişdir. Bunlara misal olaraq, “Güllü şlyapalı qız” (1865-1870), “Minyon” (1870) və “Vakxankalar” heykəllərini (Sonuncu müvafiq yerdəyişmə zamanı sınmışdır) göstərmək olar.Roden Roza Bere ilə uzun müddət nigahda olmasalar da, heç vaxt ayrılmamışdılar. Lakin Roden daimiliyi sevmədiyindən onların münasibətlərində fərqli mərhələlər olmuşdur.

Roza Bere ilə tanışlıqdan sonra Roden vaxtilə at tövləsi olmuş yeri şəxsi emalatxanasına çevirmişdir. 1864-cü ildə Roden Bibi ləqəbli yerli sakinin büstünü hazırlamışdır. Burada heykəlin fərqləndirici xüsusiyyəti qəhrəmanın ifadəli simasının sınmış burunla təsvir edilməsi idi. Şaxtalar zamanı pis şəraitdə saxlanılan gəncin büstü çatlamış, nəticədə yalnız maska qalmışdır. Bu isə Rodenə “Burnu sınmış insan” büstünü Paris Salonuna göndərməyə mane olmuşdur. Qırışlar, çapıqlarla dolu olan büstün siması akademik gözəllik qanunauyğunluğuna müvafiq olmadığından rədd edilmişdir. 1864-1870-ci illərdə Roden heykəltaraş Alber Karrye-Bellezin emalatxanasına çalışaraq dekorativ heykəlciklərin hazırlanması ilə məşğul olmuşdur.

1870-ci ildə Fransa–Prussiya müharibəsinin başlaması ilə əlaqədar 30 yaşlı Roden Milli Qvardiya polkuna səfərbər edilmiş, kapral rütbəsinə qədər yüksəlməyi bacarmışdır. Lakin növbəti tibbi müayinələrdən birində Rodenin uzağı görməməsi aşkarlanmış və o ordudan tərxis olunmuşdur.[10] Müharibə heykəltaraş üçün işsizlik və kasıblıq deməkdir. Bu səbəbdən Belçikaya köçən Karrye-Bellez Brüssel fond birjası binasının tərtibatı sifarişini alır. Belçikalı heykəltaraşlardan briqada toplayan Karrye-Bellez Rodenə Brüsselə gələrək onunla birgə çalışmaq təklifini irəli sürür.[11] Təklifi qəbul edərək Brüsselə gələn Roden burada bir neçə ay qalmağı düşünsə də, həmin müddət 6 ilə qədər uzanır.

Roden Brüsseldə olarkən şəxsi evlər, birja binası üçün bir neçə heykəl, Loos burqomistrinin abidəsinin yan fiqurlarını hazırlamışdır. İş günündən sonra Roden Karrye-Bellez üçün kiçik heykəlciklər hazırlayırdı. O, isə onları bürüncə boyayaraq satırdı.[12] Bir dəfə Roden bir heykəlciyi öz adı ilə imzalayıb Karrye-Bellezin vasitəçisinə satmaq istəmişdir. Lakin qiymət razılığı əldə edilmədiyindən vasitəçi Karrye-Bellezə bu haqda xəbər vermişdir. O isə dərhal Rodeni yanından qovmuşdur.

Fransa-Prussiya müharibəsinin bitməsindən sonra Karrye-Bellez Fransaya qayıtmış və müqaviləyə əsasən dekorasiya işlərinin tamamlanmasını heykəltaraş Antuan-Jozef Van Rasburq həyata keçirmişdir. O şəxsi işə başlamaq qərarına gələrək Rodendən onun şəriki olmağı xahiş edir. Onlar birlikdə İkseldə emalatxana icarəyə götürərək, işlərinin birgə satışını həyata keçirmək qərarını alırlar. Aralarındakı razılığa əsasən Belçikada satılacaq bütün heykəlciklər van Rasburq, Fransadakılar isə Rodenin adı altında satışa çıxmalı idi. Belçikada olduğundan Van Rasburq müştərilərini elə yerindəcə tapa bilirdi. Lakin Roden Belçikada ola-ola Fransadan hər hansı bir müştəri tapmaq imkanına malik deyildi. Roden emalatxanada daha çox vaxt keçirərək çoxlu imzasız dekorativ işlər hazırlamışdır. Ehtimal olunur ki, həmin dövrdə Van Raburqun adı ilə satılan işlərin bəziləri Roden tərəfindən hazırlanmışdır. Lakin bunu sübut edəcək hər hansı bir müəlliflik sübutu yoxdur.[13]

Roden əldə etdiyi qazanc sayəsində Rozanı Parisdən İkselə gətirmişdir. 1875-ci ildə isə Roden “Burnu sınmış insan” büstünü (bu dəfə mərmərdən hazırlamışdır) yenidən Salonda nümayiş etdirmiş və bu dəfə qəbul edilmişdir.[14]

Müəyyən qədər gəlir əldə etdikdən sonra Roden 1876-cı ildə İtaliyaya səyahət edir. Orada Genuya, Florensiya, Roma, NeapolVenesiyaya səfərlər edir. Rodenin məqsədi İntibah incəsənəti, xüsusən MikelanceloDonatellonun yaradıcılığı ilə yaxından tanış olmaq idi. Onların işləri onun ədəbi istiqamətinə çox dərin təsir göstərmişdir.[15] Sonralar Roden bu haqda belə söyləmişdir. "Məhz Mikelancelo məni akademik heykəltaraşlıqdan azad etdi". [16] Rodenin İtaliyaya yolu Reyms şəhərindən keçdiyindən heykəltaraş burada ilk dəfə olaraq ən məşhur qotik kafedrallardan biri olan Reyms kafedralını görmüşdür. Bu tikili Rodeni sanki yerindən silkələmiş və onda ömrü boyu qotik memarlığa olan sevgini formalaşdırmışdır.[17]

Ədəbi müstəqillik

[redaktə | mənbəni redaktə et]
Ogüst Roden, Con Singer Sargent, 1884

1877-ci ildə Roza ilə birgə Parisə qayıdan Roden Senanın sol sahilində kiçik bir mənzilə köçür. O geri qayıdarkən bədbəxtliklərlə üzləşir: anası ölmüş, atasının gözləri tutulmuşdur. Roden artıq 11 yaşı olan oğlunu 6 ildir ki görmürdü.[18] Bundan savayı, Bürünc dövr heykəli üzərində ittihamlar hələ də davam edirdi.

Roden ictimai komissiyalarda çalışan bir çox tanınmış heykəltaraşlarla əməkdaşlıq edərək ilk növbədə Jan-Batist Karponun tərzində memorial və neobarokko üslubunda əsərlər yaratmışdır.[19] Roden komissiya tərəfindən keçirilən yarışmaya Lazar Karno, Deni Didro, Jan-Jak Russonun heykəllərini təqdim etsə də o uğursuzluqla nəticələnmişdir.

Head and shoulders of a young, dark haired woman looking downward.
Kamilla Klodel (1864–1943)
Roden studiyasında

1875-ci ildən Sevr manufakturasının direktoru olmuş Karrye-Bellez Rodeni yanında işləmək təklifini etmişdir. Bu təklif aralarındakı barışıq anlamına gəlirdi. Ədəbi cəmiyyət onun işlərini çox bəyənirdi. Onun dostlarından biri yazıçı Leon Kladel Rodeni Paris Salonuna dəvət etmişdir. İlk əvvəl utancaqlığı ilə seçilən Rodenin zaman keçdikcə ictimai tədbirlərdə çıxış etməyə başlaması şöhrətinin artmasına səbəb olmuşdur.[20] Fransa dövlət xadimi Leon Qambetta Rodenlə görüşmək arzusunda idi. Belə ki vaxtilə onlar arasında Salonda baş tutmuş görüş dövlət xadimində xoş təəssüratlar yaratmışdır. Qambetta Roden barədə fikirlərini bir neçə nazirə bölüşmüşdür. Onlardan biri Təsviri incəsənət nazirinin müavini Edmund Turke olmuş, o öz növbəsində sonradan Rodenlə görüşmüşdür.

Turke ilə münasibətləri Rodenə gələcək işlərində yardımçı olmuşdur. Turkenin sayəsində o komissiya tərəfindən 1880-ci ildə Parisdə tikiləcək Dekorativ incəsənət muzeyinin yeni binasının portalının yaradılması sifarişini almışdır.

Lakin Roden sifarişçi ilə danışılmış müddətə (1885-ci ilə) qədər işi yekunlaşdıra bilməmişdir. Həmçinin muzeyin yeni binası da tikilməmişdir. Lakin Roden heykəlin üzərində çalışmağa davam etmiş, əsərə “Cəhənnəm qapıları” adını vermişdir. Həmin portaldan olan bir çox heykəllər ayrıca iş kimi çox məşhurlaşmışdır. Bunlar Düşünən adamÖpüş heykəlləridir.

1883-cü ildə Roden heykəltaraş Alfred Buşenin dərs dediyi qızlardan ibarət tələbə qrupuna nəzarət etmək dəvətini alır. Orada o başqalarından açıq-aşkar istedadı ilə fərqlənən gənc Kamilla Klodellə tanış olmuşdur. 1885-ci ildən başlayaraq Klodel Rodenin emalatxanasında köməkçisi kimi çalışmağa başlamış, bəzi əsərlərində modellik etmişdir. Tezliklə onların bir-birinə olan ehtirası ədəbi yaradıcılıqlarına da təsirsiz ötüşməmişdir.[21] Rodenin həmin dövrə təsadüf edən heykəllərinin əsas mövzusu eşqlə bağlı olmuşdur. Bu işlər arasında ən məşhurları «Öpüş» və «Əbədi büt» heykəlləridir.[22][23]

1898-ci ildə Roden və Kamilla Klodel ayrılmışdılar.[24] Bunun nəticəsi olaraq Kamilla Klodel də psixi pozğunluğun əlamətləri üzə çıxmağa başlamışdır. 1913-cü ildə qohumları Kamillanı psixiatrik xəstəxanaya yerləşdirmiş və 1943-cü ildə elə orada da dünyasını dəyişmişdir. Kamillanın diplomat, şair qardaşı Pol Klodel bacısının faciəsində Rodeni günahlandırmışdı.[21]

Roden "Cəhənnəm qapıları" heykəl kompozisiya ilə məşğul ikən digər sifarişləri də qazanmışdır. O Kale şəhərinin tarixində iz qoymuş hadisəni əbədiləşdirmək imkanı əldə etmişdir. 1891-ci ildə isə fransız yazıçı Onore de Balzakın abidəsinin yaradılması da Rodenə həvalə edilmişdir.

Life-sized nude stature of a male on a pedestal on display in a museum.
Bürünc əsr (1877).
Ogüst Rodenin Edvard Stayxen tərəfindən çəkilmiş fotosu, 1911

İtaliyadan qayıtdıqdan sonra Roden təxminən 18 ay ərzində Bürünc əsr adını daşıyan heykəli üzərində çalışmışdır. İnkişaf etmiş əzələlərə sahib belçikalı əsgəri o, heykəlin modeli qismində təsvir etmişdir. Heykələ baxdıqda açıq aşkar Mikelancelonun “Ölən qul” əsərinin təsiri altında hazırlanmasını hiss etmək olar. Belə ki bu heykəldə də qəhrəmanın bədəninin vəziyyəti, əllərinin arxaya qoyulması, gözlərinin bağlı olması eynilə Mikelancelonun yaratdığı heykəldəki kimidir.

1877-ci ildə Roden gipsdən hazırladığı sol əlində nizə tutmuş heykəli “Məğlub edilmiş” adı altında ilk dəfə Belçikada nümayiş etdirmişdir. O əsərini fransız əsgərlərinin cəsarətinə yaradılan abidə adlandırmış, növbəti il Salona göndərmişdir. Heykəli Fransa ictimaiyyətinə nümayiş etdirməmişdən öncə Roden nəzərdə tutulan “məna”nı elə dəyişdi ki, heykələ baxdıqda insanın əzabları deyil, oyanış hiss olunsun. O heykəldən nizəni götürərək ona “Bürünc əsr” (Rodenin vermək istədiyi adlar arasında “Yazın oyanışı”, “İbtidai insan” kimi adlar vardı) adını vermişdir. Roden heykəldə işıq və kölgə effektini o qədər real təsvir etmişdir ki, onu surmulajda- canlı modelin bədənindən bir hissə götürməkdə ittiham edirdilər. O araşdırma apaırılmasını tələb edir və nəticədə heykəltaraşlar komitəsi tərəfindən ona bəraət qazandırılmışdır. Nazir Turke bu əsərdən heyrətlənmiş, 2200 frank məbləğində dövlət tərəfindən alınmışdır.[25] 1880-ci ildə heykəlin bürüncdən hazırlanmış versiyası da Salonda sərgilənmişdir.[17] Bürünc tökmədən hazırlanan bu heykəl bir daha 1880-ci ildə Salonda nümayiş olunmuşdur.

Vəftizçi İohann (1878)

Bir dəfə Rodenin yanına bir italyalı kəndli gələrək model qismində çıxış etmək istəməsini bildirmişdir. Kəndli düzgün gözəl bədən quruluşuna sahib idi. Rodenin daha çox onun yerişi zamanı hərəkətləri heyran etmişdir. Roden hərəkəti elə təsvir etmək istəyirdi ki, heykəlin hər iki ayağı yerə möhkəm söykənsin və ağırlığı hər ikisi arasında bərabər şəkildə bölünsün. Nəticədə o iki heykəl hazırlamışdır: “Yeriyən” (1877) və “Vəftizçi İohann” (1878) “Yeriyən” heykəli (yeriyən insan fiquru başsız və əlsizdir) ikinci heykəlin etüdü hesab olunur. İkinci heykəldə sadəcə əl jestindən başqa hər hansısa bir fərqləndirici atribut yoxdur.[26] Rodenin işini belə adlandırmasının səbəbi odur ki, modelin fiquru onda qeyri ixtiyari olaraq Vəftizçi İohannla assosiasiya yaratmışdır. Sonralar Roden bu haqda demişdir: “ Mən dərhal Vəftizçi İohann, başqa sözlə, olduğundan daha böyük görsənən tanrıya inanan təbiətin uşaqları haqda düşündüm. [27] O bir daha realistik ölçülərdə təsvir etməyə görə tənqid olunmasın deyə vəftizçi İohannı 6-7 fut(2m) hündürlükdə vermişdir.[28] 1880-ci ildə Roden “Vəftizçi İohann” heykəlini Paris Salonunda nümayiş etdirmiş və əsər üçüncü mükafata layiq görülmüşdür.

1878-ci ildə Roden Fransa-Prussiya müharibəsi zamanı Parisin müdafiəçilərinə həsr olunmuş abidə yarışmasında iştirak etmişdir. O, “Silaha çağırış” adlı heykəlini hakim jürisinə təqdim edir. Bu heykəl eyni anda tam ifadəliliyi və monumentallığı özündə birləşdirən qanadlı qadın fiqurunun alleqorik təsviridir. Heykəl məşhurlaşsa da, lakin bu münsiflər heyətində hər hansı bir təəssürat oyatmamışdır. Hətta heykəl ilkin mükafat siyahısına salınmamışdır. O yalnız Hotel de Vilin fasadında d’Alamberin heykəlini hazırlamışdır. Yaxşı qazanc əldə edən Roden 1882-ci ilə qədər burada qalmışdır. 1881-ci ildə minnətdarlıq əlaməti olaraq Roden Karrye-Bellezin büstünü yaratmışdır.[29]

Cəhənnəm qapıları

[redaktə | mənbəni redaktə et]

1880-ci ildə Fransa dövləti Rodenə heykəltaraşlıq portal sifarişini vermişdir. Bu portal Parisdə yerləşən Dekorativ incəsənət muzeyinin yeni binasını bəzəməli idi. Lakin Roden sifarişçi ilə danışılmış müddətə (1885-ci ilə) qədər işi yekunlaşdıra bilməmişdir. Həmçinin muzeyin yeni binası da yaradılmamışdır. Lakin Roden heykəlin üzərində çalışmağa davam etmişdir.

[17]. Roden Lorenso Giberti tərəfindən Florensiya baptisteriyası üçün hazırlanmış bürünc qapılardan ilhamlanmış və süjetlər üçün ideyaları Dantenin İlahi komediyası, Mikelancelonun Qiyamət günü, Şarl Bodlerin «Şər çiçəkləri əsərlərindən və qotik kafedralların portallardakı obrazlardan götürmüşdür.[30][23][31]

Rodenin Düşünən adam (1879–1889) əsəri - heykəltaraşlıq tarixində ən tanınmış işlərdən biri.

6 metr hündürlükdə olan “Cəhənnəm qapıları” heykəl kompozisiyasında 186 fiqur vardır. Onlardan bir çoxları, o cümlədən “Ani sevgi”, Öpüş, “Adəm” və “Həvva” heykəlləri ayrıca olaraq bürünc və mərmərdən hazırlanmışdır. “Düşünən adam” Rodenin ən məşhur işlərindən biri olmaqla dünya heykəltaraşlıq tarixində ən tanınmış əsərlərdəndir. Roden bu heykəli öz əsərləri üçün obrazlarını götürdüyü Cəhənnəmin müəllifi Dantenin portreti qismində yaratmışdır. İnsan fiquru Adəm peyğəmbər, mifoloji Prometey kimi də xarakterizə olunur. Zaman keçdikcə Roden şair, filosof və yaradıcı obraz üzərində yenidən işləmişdir. Dəyişiklikdən sonra heykəldəki “fiziki güc intellektual gücü təcəssüm etdirməyə” başlamışdır.[32][33]

"Cəhənnəm qapıları heykəl kompozisiyasından məşhurlaşmış digər heykəl “Öpüş” əsəridir. Əsər ilk əvvəl “İlahi komediya”nın personajlarından biri olan Françeska da Rimini ilə Paolo Malatestanın sevgisinin təsviri idi. (Françeska ərindən gizlicə Paolo ilə sevgili olmuş, sonradan əri onları xəyanət etdiyi zaman tutaraq öldürmüşdür. Onlar əbədi sevginin simvollarına çevrilmişdir.)[9] «Cəhənnəm qapıları» ilk günahkarlar “Adəm” və “Həvva”nın nəhəng heykəllərini çərçivəyə salmalı olsa da, hər dəfə dəyişiklik etdiyindən ilkin fikrindən daşınmışdır. Adəmin heykəli “Cəhənnəm qapıları” heykəl kompozisiyasına daxil olan və Adəmin müxtəlif rakurslardan görünüşünü özündə birləşdirən “Üç kölgə” hissəsinin əsasına çevrilmişdir.[34]

Kale vətəndaşları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kale vətəndaşları
See adjacent text.
Kale vətəndaşları (1884-1889) Viktoriya parkı, London, İngiltərə.

Rodenin ən məşhur işlərindən biri 1888-ci ildə tamamladığı Kale vətəndaşları heykəl kompozisiyasıdır. Kale şəhər rəhbərliyi 10 illər ərzində şəhərin qəhrəmanlıq tarixini əbədiləşdirmək tarixi abidə yaratmaq axtarışında olmuşdur. Bu layihə barədə xəbər tutan Roden orta əsrlər motivləri və vətənpərvərlik mövzusunu araşdırmağa başlamışdır. Tezliklə memorialın yaradılması təklifi komissiya tərəfindən təsdiqlənmiş, Roden isə abidənin memarı təyin olunmuşdur. Bu memorial öz həmşəhərlilərini xilas etmək üçün öz canlarını qurban verməyə hazır olan 6 nəfər Kale sakinini əbədiləşdirməli idi.

Yüzillik müharibə zamanı ingilis kralı III Eduard Kale şəhərini mühasiyə almışdır. Bir müddət sonra yaranmış aclıq səbəbindən müdafiə olunan şəhər təslim olmaq məcburiyyətində qalmışdır. Kral şəhər sakinlərinə rəhm eləyəcəyinə o şərtlə söz verir ki, şəhərin ən tanınmış 6 sakini cındır paltarda, ayaqyalın və boyunlarına kəndir sallamış vəziyyətdə onun hüzuruna gəlməlidir. Onlar kralın hüzuruna gələndə III Eduard onları edam etmək əmrini versə də, həyat yoldaşı kraliça Filippa Henneqau onların rəhm eləməyi kraldan xahiş edir.

1884-cü ildə layihəyə başlayan Roden Yüzillik müharibənin ilkin mərhələsinin tarixini özündə əks etdirən fransız yazar Jan Fruassarın "Xronikalar"ından bəhrələnmişdir.[35]

Şəhər rəhbərliyi 6 nəfərdən ən yaşlısı və özünü qurban verməyə hazır olan ilk könüllü Yustaj de Sen Pyerin memorialın mərkəzindəki alleqorik təsvir olunacağını düşünsələr də,lakin Roden bu heykəl kompozisiyaya 6 nəfərin fərqli və mürəkkəb emosiyalarının tədqiqi kimi yanaşmışdır. Şəhər rəhbərliyi bundan narazı olduğunu bildirdikdə, Roden layihəni dayandırmağa hazır olduğunu və düşündüyü ideyanı dəyişməyəcəyini bildirmişdir. Nəticədə şəhər rəhbərliyi onunla razılaşmalı olmuşdur.

Kale vətəndaşları heykəl kompozisiyası ilk dəfə 1889-cu ildə nümayiş olunmuşdur. Bu bürünc heykəl təxminən 2 ton çəkidə, oradakı insan fiqurları isə 6,6 fut hündürlükdə idi.[35] Təsvir edilmiş 6 nəfər şəxs vahid qəhrəmanlıq süjetini nümayiş etdirmişdir. Burada hər bir sakin bir-birindən təcrid olunmuş və onları gözləyən tale ilə fərdi olaraq mübarizə aparmaları barədə düşüncələrə dalmış şəkildə təsvir olunmuşdur. Tezliklə Roden abidə üçün hündür pyedestalın qoyulması təklifini irəli sürmüşdür. O torpaq səviyyəsində abidənin yerləşdirilməsini arzulayırdı. Buna səbəb izləyicilərin "abidənin mahiyyətini qavramağa" çalışmasına yardımçı olmaq idi.[36]

1889-cü ildə Roden və Klod Monenin qalereyada təşkil etdikləri birgə sərgidə “Kale vətəndaşları” əsəri əsas hadisə idi. Bu sərgidə Rodenin 36 heykəli, Monenin isə 70 rəsmi nümayiş olunmuşdur.[37] 1895-ci ildə heykəl Kale şəhərində yerləşdirilmişdir. Deyilənə görə, bu heykəlin hazırlanmasında da Kamilla Klodel Rodenə kömək etmişdir. Lakin bu, bir çox tarixçilərin mübahisəsinə səbəb olmuşdur.

Sifarişlər və mübahisələr

[redaktə | mənbəni redaktə et]
Roden Muzeyində nümayiş olunmuş Balzakın (1891–1898) heykəli . Eyni heykəl Parisdə Balzakın abidəsi kimi istifadə olunur.
Roden, karyerasının orta çağlarında
1896-cı ilə aid bu fotoşəkildə Roden studiyasında assistenti Henri Lebozla birgə Viktor Hüqonun abidəsi üzərində aparılan işə müşahidə edir.
The Balzakın heykəli, Paris

1884-cü ildə Çili hökuməti Rodenə mərhum prezident Fransisko Vikunya və yenicə bitmiş İkinci Sakit okean müharibəsinin qəhrəmanı hərbi sərkərdə Patrisio Linçin heykəllərinin hazırlanmasını sifariş etmişdir.Patrisio Linç at üzərində təsvir olunmalı idi. At heykəli isə Rodenin çoxdankı arzularından biri idi. Roden heykəlin iki maketini hazırlasa da, Çilidə baş vermiş çevriliş səbəbilə heykəllər hazırlanmamış, maketlər isə məhv olmuşdur. Eyni zamanda Roden Çilinin Fransadakı səfirinin xanımının büstünü hazırlamışdır. Bu, onun ən parlaq işlərindən hesab olunur.[38]

1883-cü ildə Roden tənqidçi Edmon Bazirin himayəsilə Viktor Hüqonun büstünü yaratmaq icazəsini almışdır. 80 yaşlı klassik bu layihəyə o qədər də həvəs göstərmirdi. O hesab edirdi ki, onun ən yaxşı büstü düz 10 il əvvəl David d’Anje tərəfindən yaradılmışdır. Büst üzərində işin çətinləşməsinə səbəb Hüqonun poza almaq istəməməsi idi. Lakin Rodenə yazıçının evinə gəlmək, onun gündəlik məşğuliyyətlərində iştirak etmək, eskizlər hazırlamağa icazə verilmişdir. Bundan savayı, Roden fotoşəkillərlə də çox işləyirdi. Yazıçının büstü 1883-cü ildə tamamlanmış və növbəti il Salonda nümayiş edilmişdir.[39]

1889-cu ildə Roden Nansi şəhərində rəssam Klod Lorren heykəlinin yaradılması ilə bağlı keçirilən müsabiqədə iştirak etmişdir. Rodenin layihəsi çətinliklə də olsa qəbul olunmuşdur. Sonda bürüncdən heykəl hazırlanaraq şəhər parkında qoyulmuşdur. Roden öz işini kifayət qədər aşağı qiymətləndirmişdir: belə ki zərif fiqur hündür postamentdə qeyri proporsional görsənmişdir.[40]

Rodenin digər tanınmış işləri içərisində fransız ədəbiyyatının görkəmli nümayəndələri Viktor Hüqo и Onore de Balzakın heykəlləridir. 1886-cı ildə Rodenə Hüqonun heykəlinin yaradılması sifariş olunmuşdur. Abidə yazıçının 1 il əvvəl dəfn olunduğu Panteonda qoyulmalı idi. Rodenin namizədliyi onun üçün seçilmişdir ki, o daha əvvəl əksəriyyət tərəfindən bəyənilən yazıçının büstünü yaratmışdır. Lakin heykəl üzərində iş bitdikdən sonra sifarişçilərin gözləntilərinə uyğun gəlməmişdir. Heykəltaraş Hüqonu qayaya söykənən üç muza ilə əhatələnmiş titan qismində təsvir etmişdir.[41] 1890-cı ildə Roden ilkin düşüncəsi üzərində dəyişiklik edərək muza fiqurlarını heykəldən götürmüşdür. Hüqonun abidəsi 1909-cu ildə Pale Royalda yerləşən bağda ucaldılmışdır.[42]

1891-ci ildə ədəbiyyatçılar cəmiyyətinin prezidenti Emil Zolyanın şəxsi cəhdləri sayəsində Rodenə 2 il ərzində Balzakın heykəlinin yaradılması sifariş olunmuşdur. Balzak ömrünün sonlarında artıq çəkidən əziyyət çəkmişdir. Müasirlərinin xatirələrinə inansaq, Balzak geyimdə dominikan rahiblərinin formasız cübbəsinə üstünlük verirdi.[43] Heykəltaraş dərhal işə başlamışdır. Heykəltaraş heykəlin duruşunu çox yaxşı yonmaq üçün çoxlu sayda çılpaq fiqur təsvirləri olan eskizlər çəkmişdir. Bütün bunlara baxmayaraq, o yenə də deyilən müddətə işi bitirə bilməmişdir. Sifarişçilər onun studiyasına daxil olduqda “formasız kütlə” kimi xarakterizə etdikləri layihəni görərək təəccüblərini saxlaya bilməmişdilər.[44] Tamamlanmamış abidənin ictimai nümayişi 1898-ci ildə Salonda baş tutmuşdur. Bu abidə qalmaqala səbəb olsa da, bir çox incəsənət xadimləri Rodenin tərəfini saxlamışdılar. Nəticədə ədəbiyyatçılar cəmiyyəti bu işi qəbul etməkdən imtina edərək, abidənin hazırlanmasını Aleksandr Falqerə tapşırmışdılar. Roden isə əvvəlcədən ödənilmiş avansı geri qaytararaq abidəni özündə saxlamışdır. Rodenin hazırladığı abidə yalnız 1939-cu ildə Parisdə qoyulmuşdur.[45]

İncəsənət tarixçisi Kennet Klarkın təqdimatında BBCdə yayımlanan "Sivilizasiya" serialında abidə "XIX əsrə aid bu heykəl Mikelancelonun dövründən bəri ən böyük abidələrdən" biri adlandırılmışdır.[46]

Öpüş, 1889

1895-ci ildə Roden Paris yaxınlığında yerləşən Medon şəhərciyində Briyan Villası adlı malikanə almışdır. O orada emalatxana yaratmış və heykəllərini Medona aparsa da, sonradan kifayət qədər yerin olmaması səbəbindən əl işlərini Parisə geri göndərmişdir.[47] Əldə etdiyi gəlirlər sayəsində Roden incəsənət əşyalarının kolleksiyası ilə məşğul olmağa başlamışdır. O Villa Briyan adlı malikanəsində çoxlu sayda misir, yunan и roma heykəlləri, fars miniatürləri və bir çox müasiri olan fransız rəssamlarının işlərini (həmin əsərlər arasında Van Qoqun Tanqi atanın portreti rəsmini görmək olar) yığırdı.[48]

Fransa hökuməti 1900-cü ildə Parisdə keçirilən Ümumdünya sərgisində bütöv bir pavilyonu Rodenə vermişdir.Roden yaradıcılığının ilk dövrlərinə təsadüf edən “Burnu sınmış insan” heykəldən başlayaraq sənətkarın 136 və tamamlanmamış 14 işi burada nümayiş olunmuşdur. Bu sərigədə ilk dəfə olaraq “Cəhənnəm qapıları” heykəl kompozisiyası da nümayiş olunmuşdur. Kataloqun ön sözündə tənqidçi Arsen Aleksandr Rodeni özü kimi istedadına görə vaxtında dəyərləndirilməyən Rixard Vaqnerlə müqayisə etmişdir. Roden bu sərgi hesabına yaratdığı əsərlərini 200 000 frank dəyərində dünyanın müxtəlif muzeylərinə satmışdır.[49] Yaşlı vaxtlarında Rodenin əla rəssam-qrafik olması üzə çıxmışdır. Əgər gənclik illərində modellərinin eskizlərini çəkmək ona çətin gəlirdisə, zaman keçdikcə o modeldən gözünü çəkmədən rəsmləri ani çəkməyi öyrənmişdir. Nadir hallarda o təsvirləei akvarellə boyayardı. 1897-ci ildə sənayeçi və kolleksiyaçı Moris Feney Rodenin 147 eskizini 125 nüsxədə albomda çap etdirmişdir.[50]

1906-cı ildə Kamboca kralı Sisovat Fransaya səfər etmişdir. Onu müşayət edən rəqqas truppası Paris və Marseldə çıxışlar nümayiş etdirmişdir. Rəqqaslara heyrətlənən Roden hər iki çıxışa tamaşaçı kimi getmiş və orada seriya eskizlər çəkmişdir.[51][52]

1900-cü illərdə Roden mütəmadi olaraq dövrünün zəngin və məşhur insanlarının porretlərini çəkmək sifarişləri almağa başlamışdır. Onun şöhrəti artdıqca o Rayner Mariya Rilke, Oktav Mirbo, Joris-Karl Qyuismans, Oskar Vayld kimi bir çox məşhur yazıçıların diqqətini çəkmişdir. Onun müştəriləri arasında Bernard Şou, Qustav Maler, Jorj Klemanso, Argentina prezidenti Dominqo Faustino Sarmento, kimyaçı Marselen Bertlo kimi şəxslər vardı. 1914-1915-ci illərdə Roden Roma papası XV Benediktin büstünü yaratmaq üçün Romaya səfər etmişdir.[53] Maraqlıdır ki, Klemanso Roden tərəfindən çəkilmiş portretini bəyənməmişdir. Hesab edirdi ki, portretdə o sanki “monqol generalı”na oxşar təsvir edilmişdir.[54]

Rodenin qazancı emalatxanasında istedadlı gənc heykəltaraşların muzdla ona assistentlik etməsinə imkan vermişdir.1890-1900-cü illərdə Rodenin yanında çalışanlar arasında Antuan Burdel, Şarl Despo, Jül Debua, Fransua Pompon Aristid Mayol kimi heykəltaraşlar olmuşdur.[17][23] 1897-1899-cu illərdə Rodenin qız tələbələri arasında rus heykəltaraş Anna Qolubkina da olmuşdur. 1904-cü ildə Rodenin model və tələbəsi qismində olanlardan biri də britaaniyalı rəssam Meri Con Qvendolen olmuşdur. (o da heykəltaraşın məşuqələrindən biri olmuşdur). Abstrakt heykəltaraşlığın əsasını qoyanlardan biri olan rumın əsilli fransız heykəltaraş Konstantin Brankuzi 2 ay Rodenin emalatxanasında çalışmış, lakin “böyük ağac altında heç nə bitmir” deyimini yada salaraq oranı tərk etmişdir. Sənətşünas Bernar Şampinyolun sözlərinə görə. Roden özündən sonra onun üslubu və estetikasını inkişaf və davam etdirəcək birini qoya bilməmişdir. Uzun müddət onun yanında çalışan və özünü onun tələbələri adlandıran bir çox heykəltaraş klassik ənənələrə sadiq qalmışdır.[55] 1905-1906-cı illərdə Rodenin şəxsi katibi alman şairi Rayner Mariya Rilke, olmuşdur. Rilke sonralar heykəltaraşın bioqrafiyasını yazmışdır. Roden yaşlaşdıqca qadın gözəlliyinin qurbanına çevrilmişdir. Onun əyləncələri uzunmüddətli olmurdu. Yeganə istisna fransız əsilli amerikalı markiza de Şuazel olmuşdur. Onlar arasında eşq 1904-cü ildən 1912-ci ilə kimi davam etmişdir. Rodenin dostları de Şuazelin zövqsüz geyinən, incənətdən başı çıxmayan qadın olmasına baxmayaraq, heykəltaraşı öz iradəsinə tabe etməyi bacarmış, onun qazanc və şöhrətindən istifadən birisi kimi xatırlamışdılar. Roden sonralar de Şuazel haqda “ömrünün 7 ilini ona korladığını” bildirmişdir.[56] 1908-ci ildə Böyük Britaniya, İrlandiya kralı VII Eduard Rodenin Medondakı malikanəsinə baş çəkmişdir.[57] Həmin ildə Rilke Rodeni XVIII əsrə aid edilən Biron hoteli adlanan malikanədə kirayə tutduqları mənzilə qonaq dəvət etmişdir. Malikanə Rodenin o qədər xoşuna gəlmişdir ki, malikanənin birinci mərtəbəsini studiyaya çevirmiş və ömrünün son illərini orada yaşamışdır.[58] Roden orta əsrlər kafedrallarına olan çoxdankı sevgisini 1914-cü ildə nəşr edilmiş “Fransa soborları” adlı kitabda açıqlamışdır.

1916-cı ildə yazdığı vəsiyyətnamədə Roden bütün əlyazma və işlərinin dövlətə keçməsini vəsiyyət etmişdir. Roden ömrünün son illərində çoxlu sayda qadın sevgililərlə əhatələnmişdir. Onlar açıq aşkar onun əmlakını talamış, heykəltaraşın kolleksiyasından incəsənət əsərlərini oğurlamışdılar. Rodenin malikanəsinin mühafizəsi Klemanso hökumətinin maliyyə naziri Etyen Klementel tərəfindən təşkil olunmuşdu.[59]

Yeriyən (1877-78)

Roden naturalist olmuş, monumental ifadəli təsvirlərdən az istifadə etməyə başlamışdır. O yunanların idealizmindən, barokko dekorativ gözəlliyindən və neobarokko hərəkətlərindən imtina etmişdir. Onun heykəltaraşlığı fərdiçiliyi, bədənin qətiliyini təcəssüm edirdi. O emosiyaları işıq və kölgənin qarşılıqlı fəaliyyəti ilə vermişdir. Masirlərindən fərqli olaraq, Roden insanın xarakterinin onun fiziki xüsusiyyətləri ilə aydınlaşdığını bildirmişdir.

Rodenin heykəl səthinin modelləşdirməsi üzrə çox istedadlı idi. Bu istedadı ona bədənin ayrıca hissələrinin bütöv üçün danışmasına icazə verirdi. "Düşünən adam" heykəlindəki kişin ehtirası daş üzərində olan barmaqları, kürəyinin sərtliyi və əllərinin differensiallığı ilə bildirilmişdir. Roden bu əsərinin estetikası barədə bu sözləri söyləmişdir: " Mənim düşünən insanım təkcə öz beyni, uzanmış burun deşikləri, sıxılmış dodaqları haqda deyil, qollarındakı, bel və ayaqlarındakı hər bir əzələ, yumruq kimi sıxılmış barmaqları haqda düşünür.

Rodenin heykəltaraşlıq fraqmentləri yalnız ona məxsus idi və onun ədəbi bəyanatının məğzi idi. Onun bəzi əsərlərində əl, ayaq, baş təsvirlərinin olmadığını görmək olar. Həmin əsərlərə misal olaraq "Gəzinti", "Silahsız meditasiya", İris, Tanrıların elçisini misal göstərmək olar. Roden əzab və konfliktləri müasir incəsənətin fərqləndirici cizgiləri kimi görürdü. " Heçnə ağılsız heyvan kimi nə çox hərəkət edir, nə də yerinə yetirilməyən istəkdən ölür. Əksinə nahaqdan ehtirasını söndürmək üçün elə ona doğru irəliləyir". Şarl Bodler bu mövzulara tez-tez toxunduğundan Rodenin sevimli şairlərindən birinə çevrilmişdir. Roden musiqi ilə, xüsusən opera bəstəkarı Qlyukla maraqlanmış, Fransa soborları haqda kitab da yazmışdır. O Van Qoqun hələ tanınmamış əsərinə sahib olmaqla yanaşı El Qreko yaradıcılığının heyranına çevrilmişdir.

Həvva, 1881-1899-cu illər, bürünc, Tyuilri bağı, Paris

Roden Kale vətəndaşları heykəl kompozisiyası ilə Fransada tanınmağa başladığı vaxt hələ Amerika bazarını ələ keçirə bilməmişdir. Buna səbəb onun texnikası və əsərlərində çılpaqlığa yol verməsi idi. Xoşbəxtlikdən o, Çikaqodan olan kurator Sara Tayson Hallovellə tanış olmuşdur. Onun Parisə gəlməkdə məqsədi 1870-1880-ci illərdə ölkələrarası böyük miqyaslı sərgiləri keçirilməsini təşkili idi.Sara təkcə kurator olmaqdan savayı, bir çox tanınmış Amerikalı kolleksiyaçının məsləhətçisi idi.

Roden üçün növbəti fürsət 1893-cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisi idi.[60] Hallovel Rodenin işlərini qabağa çəkmək istəyirdi.Lakin Roden solo sərgisinin keçirilməsini təklif etsə də, Sara bunun qaydalara uyğun olmadığını bildirmişdir. Buna baxmayaraq, o Rodenə bəzi işlərini ona göndərməsini və həmin işləri Amerika kolleksiyasının bir hissəsi kimi keçirəcəyi sərgidə təqdim edəcəyini bildirmişdir.Roden ona üç işini: Amur və Psixeya, Sfinks və Andromeda əsərlərini göndərmişdir. Bu üç işin hamısının nü janrında olması böyük narazılığa səbəb olmuş, hamısına üz çəkilmiş, yalnız xüsusi icazə ilə izləyicilər onlara baxa bilərdi.[61]

Jül Dalunun büstü və Kale vətəndaşları əsərləri yarmarkadakı rəsmi Fransız pavilyonunda nümayuç olunmuşdur. Lakin işlər arasında mövzuların bir-birindən uzaq olması onların Rodenə məxsusluğunu bildirmirdi. Onun Hallovelə göndərdiyi işləri heç kim almaq istəmirdi. Lakin qalmaqallı kvaker maliyyəçi Çarlz Yerks Rodenin işlərini alan ilk amerikalı olmuşdur.[62]

Tezliklə Çikaqolu Potter Palmers, Bostondan olan İzabella Stüart Qardner kimi kolleksiyaçılar da Yerksin ardınca getməyə başladılar. Bunların hamısının təşkilində Sara Hallovel müstəsna rol oynamışdır. 1893-cü ildə Sara Parisə gəldikdə onlar isti dostluq əlaqələrini və yazışmaları ömrünün sonuna qədər saxlamışdılar. Saranın dünyasını dəyişməsindən sonra bacısı qızı rəssam Harriet Hallovel onun işini davam etdirmişdir.[63]

Böyük Britaniya

[redaktə | mənbəni redaktə et]
Roden, 1914-cü il

XX əsrin əvvəllərindən başlayaraq Ogüst Roden Böyük Britaniyaya mütəmadi səfərlər etməyə başlamışdır. Onun İngiltərəyə ilk səfəri 1881-ci ildə baş tutmuşdur. Belə ki Roden rəssam dostu Alfons Leqronun yanında qaldığı müddətdə şair Vilyam Ernest Henli ilə tanış olmuşdur. Şəxsi əlaqələri və Roden sənətinin vurğunu olan Henli heykəltaraşın ölkəsində tanınmasında mühüm rol oynamışdır. Roden tərəfindən Henli üçün hazırlanan büst şairin toplusunda frontis (kitabın titul səhifəsində yerləşdirilən rəsm, şəkil) qismində istifadə edilmişdir.

Henlinin sayəsində Roden ona gələcəkdə dəstək verən Robert Lyuis StevensonRobert Brauninq kimi məşhurlarla tanış olmuşdur.

1890-ci ildə Milli təsviri incəsənət cəmiyyəti bərpa olunduqdan sonra Roden qurumun vitse-prezidenti vəzifəsinndə çalışmışdır.[64] Həmçinin, 1903-cü ildə o Rəssamlar, heykəltaraşlar və qravüraçılar beynəlxalq cəmiyyətinin prezidenti seçilmişdir. Ondan əvvəl bu vəzifədə Ceyms Uistler çalışmışdır. Rodenin bu yüksək vəzifəyə seçilməsində müstəsna rolu vaxtilə (1906-cı ildə) onun katibi kimi çalışmış filosof Entoni Lüdoviçin atası Albertin Lüdoviç oynamışdır.[65]

Rodenin Medondada yerləşən qəbri

Daha sonrakı yaradıcılıq illərində Roden işlərində daha çox qadın formasına müraciət etməyə başlamışdır. O 1900-cü ildə Amerikalı rəqqasə Aysedora Dunkanla tanış olaraq onu özünə cəlb etməyə çalışmışdır. Növbəti ildə rəqqasənin özü və tələbələri barədə araşdırmalar aparmışdır. 1906-cı ilin iyulunda Roden Kamboca kral baletinin rəqqasələrinə heyran olmuş və onların bir neçə məşhur rəsmini çəkmişdir.

Roza Bere ilə tanışlıqlarından 53 il sonra onlar rəsmi nigaha daxil olmuşdular. Onların toy mərasimi 29 yanvar 1917-ci ildə keçirilmişdir. Bere isə toydan iki həftə sonra 16 fevral tarixində dünyasını dəyişmişdir. Həmin ilin yanvarında Roden qripə yoluxur.17 noyabr tarixində sətəlcəmdən dünyasını dəyişmişmişdir. Rodenin katibi olmuş Marsel Tirel heykəltaraşın ölümünü soyuqla əlaqələndirmişdir. O Rodenin Medonda yaşadığı malikanəsində istilik sistemi olmadığını bildirmişdir. Onun Medonda yerləşən qəbrində “Düşünən adam” heykəlinin surətini görmək olar.[66]

Parisdə yerləşən Roden muzeyinin parkı
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Roden muzeyi

Roden studiyasını Fransa hökumətinə bağışlamış və onun gipslərindən qəlib hazırlamaq hüququnu vermişdir. 1916-cı ildə Fransa dövləti tərəfindən Roden muzeyinin əsası qoyulsa da, 1919-cu ildə sənətkarın yaşadığı Hotel Biron malikanəsində muzeyin açılışı baş tutmuşdur. Burada Rodenin ən böyük kolleksiyası saxlanılır. Buarada təxminən 6000 –dən çox heykəl və 7000-ə yaxın kağız üzərində işlər yer almışdır. O,Fransa Fəxri Legion ordeninin Kommandor dərəcəsi ilə təltif olunmuşdur.[67] Oksford Universitetinin rəhbərliyi tərəfindən universitetin fəxri doktor elmi dərəcəsinə laqyiq görülmüşdür.

Hələ sağlığında Roden hər zaman Mikelancelo ilə müqayisə olunmuş, dövrünün ən böyük sənətkarlarından hesab edilmişdir. Ölümündən üç onillik sonra estetik dəyərlərdə baş verən dəyişikliklər sayəsində onun məşhurluğu nisbətən azalmışdır. Lakin 1950-ci illərdən başlayaraq Roden yenidən müasir dövrün ən vacib heykəltaraşı hesab olunmağa başlamışdır. Onun "Yeriyən insan" kimi bəzi heykəllərində olan natamamlıq hissləri XX əsrdə abstrakt heykəltaraşlığa çox mühüm təsir göstərmişdir

Roden heykəltaraşlığın antik dövrdəki rolunu bərpa etmiş, insan subyektinin fiziki və intellektual gücünü zəbt etmişdir. O heykəltaraşlığı ənənəvi naxışların təkrarından azad etmiş, XX əsrdə böyük eksperimentlərin əsasını qoymuşdur. Onun "Öpüş" və "Düşünən adam" kimi məşhur əl işləri təsviri incəsənətdən kənarda insan emosiyası və xarakterinin simvolu kimi xarakterizə edilir.[68]

12 noyabr 2012-ci il tarixində Düşünən adamın yer aldığı Google axtarış sisteminin Google Doodlelarından biri Rodenin 172 illiyinə həsr olunmuşdur.

Artist's signature is raised above the surface of a sculpture.
Düşünən adam heykəlində Rodenin imzası

Roden çox böyük ədəbi nüfuza sahib olmuşdur. Onun emalatxanasında bütöv bir heykəltaraşlar nəsli çalışmışdır. Onlar arasında Corc Borqlum, Antuan Burdel, Konstantin Brankuzi, Kamilla Klodel, Şarl Despio, Malvina Hoffman, Karl Milles, Fransua Pompon, Rodo, Qustav Vigelann, Klara Vesthof kimi məşhur heykəltaraşlar olmuşdur. Lakin Konstantin Brankuzi onun irsindən imtina etmişdir. Roden həmçinin, Aristid Mayol[69] və İvan Mestroviç (Roden onu "heykəltaraşlar arasında ən dahisi" adlandırmışdır) kimi heykəltaraşların işlərini irəli çəkmişdir.[70]

Bir neçə filmdə Roden tanınmış obraz kimi verilmişdir. 1988-ci ildə çəkilmiş Kamilla Klodel filmində Roden rolunda Jerar Depardye, 2013-cü ildə çəkillmiş Kamilla Klodel 1915 filmi və 2017-ci ildə çəkilmiş Roden filmində Vinsent Lindon heykəltaraşın obrazını yaratmışdır.

2011-ci ildə Boris Eyfmanın Roden adlı yeni baletinin premyerası Sankt-Peterburq şəhərində baş tutmuşdur. Balet Ogüst Roden və Kamilla Klodelin həyat və yaradıcılığına həsr olunmuşdur.[71]

Reproduksiyalarının hazırlanmasında rast gəlinən nisbi asanlıq Rodenin ən çox saxtakarlığa məruz qalmış 10 sənətkar siyahısına salınmasına səbəb olmuşdur.[72] Roden hələ 1901-ci ildən əsərlərinin saxtakarlığa məruz qalması ilə mübarizə aparsa da, ölümündən sonra belə halların sayı hədsiz artmışdır. 1990-cı illərin əvvəllərində art diler Qay Heynin etirafı nəticəsində kütləvi saxtakarlıq halları aşkarlanmışdır.[73]

Bürünc tökmə saxtakarlığının qarşısını almaq üçün Fransa hökuməti tərəfindən 1956-cı ildə verilən qanuna əsasən,səmətkarın gipsindən maksimal sayda hazırlana biləcək məhsul üçün 12 say limiti qoyulmuşdur. Bu işin sənətkara məxsus olmanı bildirsin. Məsələn, Kale vətəndaşları əsərini 14 şəhərdə görə bilərik.[35]

İncəsənət auksionunda hər hansı əsərin saxta nüsxələrinin artması səbəbindən məhsulun qiyməti getdikcə artmağa başlayır. Tənqidçilər isə Rodenin əsərlərinin səthindəki işləmələrə heç bir saxta əsərdə rast gəlinməməsini bildirmişdilər.

Roden tərəfindən çəkilmiş rəsmlərin bir çoxu Ernest Duriq tərəfindən saxtalaşdırılmışdır.[74]

  1. 1 2 3 4 5 6 7 8 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Auguste Rodin (nid.).
  3. 1 2 3 4 Union List of Artist Names (ing.).
  4. Bazin G. R. M. Auguste Rodin // Encyclopædia Britannica (ing.).
  5. 1 2 RKDartists (nid.).
  6. Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0
  7. Champigneulle, 1999. səh. 9—10
  8. Champigneulle, 1999. səh. 19
  9. 1 2 Morey, C. R. "The Art of Auguste Rodin". The Bulletin of the College Art Association of America. 1 (4). 1918: 145–154. doi:10.2307/3046338. JSTOR 3046338.
  10. Jianou & Goldscheider, 34.
  11. Champigneulle, 1999. səh. 35
  12. Champigneulle, 1999. səh. 36
  13. Champigneulle, 1999. səh. 37—38
  14. Champigneulle, 1999. səh. 41
  15. Hale, 49–50.
  16. Taillandier, 91.
  17. 1 2 3 4 Vincent, Claire. "Auguste Rodin (1840—1917)". The Metropolitan Museum of Art. 2004. 2012-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-08.
  18. Hale, 65.
  19. Janson, 638.
  20. Hale, 71.
  21. 1 2 Champigneulle, 1999. səh. 167
  22. Champigneulle, 1999. səh. 157
  23. 1 2 3 Auguste Rodin Encyclopædia Britannica Online ensiklopediyasında
  24. Ward-Jackson, Philip. "(1) Camille Claudel". Grove Art Online, Oxford University Press. İstifadə tarixi: 19 December 2006.
  25. Champigneulle, 1999. səh. 46—50
  26. "St. John the Baptist". Musée Rodin. 2014-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-04.
  27. Champigneulle, 1999. səh. 59
  28. Hale, 80.
  29. Champigneulle, 1999. səh. 59—61
  30. Champigneulle, 1999. səh. 128—130
  31. Elsen, 35.
  32. Taillandier, 42, 46, 48.
  33. Elsen, Jamison, Barryte, 2003. səh. 175—179
  34. Elsen, Jamison, Barryte, 2003. səh. 193
  35. 1 2 3 Swedberg, Richard. "Auguste Rodin's The Burghers of Calais: The Career of a Sculpture and its Appeal to Civic Heroism". Theory, Culture, & Society. 22 (2). 2005: 45–67. doi:10.1177/0263276405051665.
  36. Hale, 115
  37. Champigneulle, 1999. səh. 101
  38. Champigneulle, 1999. səh. 75
  39. Elsen, Jamison, Barryte, 2003. səh. 293—295
  40. Champigneulle, 1999. səh. 98—99
  41. Champigneulle, 1999. səh. 91—95
  42. Champigneulle, 1999. səh. 171—172
  43. Champigneulle, 1999. səh. 180
  44. Champigneulle, 1999. səh. 184
  45. Champigneulle, 1999. səh. 198
  46. Civilization, BBC, Episode 12
  47. Champigneulle, 1999. səh. 200
  48. Champigneulle, 1999. səh. 203
  49. Champigneulle, 1999. səh. 207—209
  50. Champigneulle, 1999. səh. 123—125
  51. Champigneulle, 1999. səh. 221—222
  52. Kinetz, Erika. Rodin Show Visits Home Of Artist's Muses // The New York Times. December 27, 2006. August 12, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2018.
  53. Champigneulle, 1999. səh. 266—267
  54. Champigneulle, 1999. səh. 254—258
  55. Champigneulle, 1999. səh. 260
  56. Champigneulle, 1999. səh. 244—246
  57. Champigneulle, 1999. səh. 217
  58. Champigneulle, 1999. səh. 249
  59. Champigneulle, 1999. səh. 269
  60. The Indefatigable Miss Hallowell, Page 6
  61. The Documented Image, Page 97
  62. Franch, John (2006). Robber Baron: The Life of Charles Tyson Yerkes. Urbana: University of Illinois Press; p. 209.
  63. The indefatigable Miss Hallowell, page 8
  64. "Biography". Musée Rodin. 7 December 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 April 2007.
  65. Ludovici, Anthony M. (1923). "Personal Reminiscences of Auguste Rodin," Cornhill Magazine, Vol. LV, Nos. 325-326, New Series.
  66. Champigneulle, 1999. səh. 271—273
  67. "Rodin, Légion d'honneur, Ministère de la Culture et de la Communication, Léonore, Culture.gouv.fr". 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.
  68. Lampert, Catherine. "Rodin, (François-)Auguste(-René)". Grove Art Online, Oxford University Press. İstifadə tarixi: 19 December 2006.
  69. Hans de Roos. "Rodin's Approach to Art". 2004. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-24.
  70. Ameena Mohammad, Meg Mason. "Ivan Meštrović Papers". Syracuse University Archives. 2011. 6 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib.
  71. "Rodin". eifmanballet.ru. 27 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2017.
  72. Esterow, Milton. "The 10 Most Faked Artists". ARTnews. June 2005. 16 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2007.
  73. Procès Guy Hain, une décision qui fera jurisprudence Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Le Journal des Arts. n° 126. 27 April 2001. Artclair.com. Retrieved on 2011-11-02.
  74. Rodin // Fake or Fortune?. Series 5. 3 epizod. 31 July 2016. BBC Television. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2016.
  • Corbett, Rachel, You Must Change Your Life: the Story of Rainer Maria Rilke and Auguste Rodin, New York: W. W. Norton and Company, 2016.
  • Chevillot, Catherine; Marraud, Hélène; Pinet, Hélène; Adamson, John (transl.). Rodin: The Laboratory of Creation. Dijon: Éditions Faton. November 2014. ISBN 9782878442007.
  • Le Normand-Romain, Antoinette. Rodin. New York: Abbeville. September 2014. ISBN 9780789212078.
  • Miller, Joan Vita. Rodin: the B. Gerald Cantor Collection. New York: Metropolitan Museum of Art. 1986. ISBN 9780870994432.
  • Vincent, Clare. "Auguste Rodin (1840–1917)." In Heilbrunn Timeline of Art History. New York: The Metropolitan Museum of Art, 2000–. (October 2004)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]