Oksana Zabujko | |
---|---|
ukr. Оксана Стефанівна Забужко | |
Doğum adı | Оксана Стефанівна Забужко |
Doğum tarixi | 19 sentyabr 1960[1] (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | şair, filosof, yazıçı, esseist, ədəbiyyat tənqidçisi |
Janrlar | poeziya, nəsr |
Mükafatları |
|
zabuzhko.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Oksana Zabujko (ukr. Оксана Стефанівна Забужко 19 sentyabr 1960[1], Lutsk, Volın vilayəti, Ukrayna SSR[2]) — Ukrayna yazıçısı və şairəsi.
Oksana Zabujko Kiyev Universitetinin Fəlsəfə fakültəsini (1982) və asfitanturasını (1985) bitirir. "Sözün estetik mahiyyəti sənət istiqaməti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1987-ci ildə Kommunist Partiyasına üzv olur[3]. Kiyev Konservatoriyasında estetika müəllimi işləyib. 1989-cu ildən Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda baş elmi işçi kimi çalışır. 1992-ci ildə Oksana Zabujko qonaq yazıçı olaraq Pensilvaniya Ştat Universitetində Ukraynaşünaslıqdan dərs deyir. 1994-cü ildə Fulbrayt Fondu təqaüdü alır və Harvard, Pittsburq Universitetlərində dərs deyir. SSRİ Yazıçılar Birliyinin üzvü (1987-ci ildən) olur.
2014-cü ildə "Ukrayna seçimi" ictimai hərəkatının lideri Viktor Medvedçuk Oksana Zabujkoya qarşı məhkəmə işini udur. Medvedçuk Zabujkonu böhtan atmaqda, yəni 30 noyabr — 1 dekabr 2013 tarixlərində Avromaydanın dağılmasında iştirak etdiyi iddia edilən məlumatların yayılmasında günahlandırır[4].
Oksana Zabujkonun əsərləri daha bir çox dilə tərcümə edilmişdir.