Olqa Kurilenko | |
---|---|
ukr. Ольга Костянтинівна Куриленко | |
Doğum adı | Ольга Константиновна Куриленко[3] |
Doğum tarixi | 14 noyabr 1979[1][2][…] (44 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, model[d], kino aktrisası, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 1995-ci ildən |
Boyu | 176 sm[5] |
IMDb | ID1385871 |
Vikianbarda əlaqəli mediafayllar |
Olqa Kurılenko (14 noyabr 1979[1][2][…]) — Ukrayna aktrisası və modeli. Bruklin Beynəlxalq Kino Festivalının "Adsız Barmağdakı" rola görə ən yaxşı aktrisası adlanmışdır. "Mərhəmət Kvantı" filmində Bondun yeni qızı (Kamilla) seçilib.
Olqa Konstantinovna Kurilenko. 1979-cu il noyabrın 14-də Ukraynanın Berdyansk şəhərində anadan olub. Milliyətcə ukraynalıdı. 18 yaşınadək Fransada model kimi müxtəlif agentliklərdə çalışıb. Glamour, ELLE, Marie Claire və Vogue kimi jurnalların üz qabığında çəkilib. İlk kino təcrübəsi 2005-ci ildə çəkilən fransız filmi olan “Sevgi üzyü” olub. Sonradan “Paris, mən səni sevirəm” filmindəki qısa filmlərdən birində epizodik rol oynayıb. Ona məşhurluq gətirən rol isə 2008-ci ildə çıxan “Mərhəmət Kvantı” filmi oldu. İngilis agenti Ceyms Bondun macəralarından bəhs edən film silsiləsinin davamı olan bu əsərdə Olqa Kurilenko agent 007-nin rəfiqəsi rolunu oynayır. 200 milyon dollara başa gələn film dünya prokatında 586 milyon dollar gəlir əldə edir. Tom Kruzla yenicə ekranlara çıxan “Oblivion” filmində iştirak edən Olqa Kurilenko hazırda ən bahalı Çin filmi hesab olunacaq “Dərin imperiyalar” filmində iştirak edir. Filmin 2014-cü ildə ekranlara çıxacağı gözlənilir.