Olqa Mikitenko | |
---|---|
ukr. О́льга Лео́нтіївна Миките́нко | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 iyun 1974 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Ukrayna |
Milliyyəti | alman |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Səs tembri | soprano |
Təhsili | |
Mükafatları | |
olgamykytenko.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Olqa Leontyevna Mikitenko (ukr. О́льга Лео́нтіївна Миките́нко; 24 iyun 1974, Jitomir) — Ukrayna əsilli məşhur alman opera müğənnisi (soprano), Ukrayna Milli Operasının solisti (1995–2006), Ukraynanın əməkdar artisti (1999).[1]
Olqa Mikitenko 1974-cü ildə Jitomirdə anadan olub.[1] 1989–1992-ci illərdə Jitomir Musiqi məktəbinin xor dirijorluğu fakültəsində təhsil alıb. 1990–1992-ci illərdə isə Jitomir Dram və Komediya Teatrının aktrisası və müğənnisi kimi fəaliyyət göstərib.
O, 1992–1997-ci illərdə P. Çaykovski adına Kiyev Milli Musiqi Akademiyasında (professor Q. Suxorukovanın sinfi) təhsil almışdır.
Olqa Mikitenko fəaliyyətini incəsənətin müxtəlif istiqamətləri: opera, kamera və simfonik musiqi, caz, kino üzrə davam etdirir. Dram və lirik repertuarını daima inkişaf etdirir.
2001-ci ildən o, Avropa və Amerika da daxil olmaqla dünyanın ən nüfuzlu səhnələrində (xüsusən, Bavariya operası, Doyçe operası, Metropolitan -opera, Barselonada Teatr Liseo, Drezden operası və digər səhnələrdə) çıxlş edib.
2017-ci ildə Olqa Mikitenkonun bioqrafik səciyyəli Solo OM fəlsəfi romanı işıq üzü görüb. Kitab ingilis və alman dillərində də çap edilib və pulsuz onlayn satışdadır.
2020-ci ildə müğənninin Verdi Arias Kirill Karabetsin rəhbərliyi altında Bornmut Simfonik Orkestri ilə birlikdə ərsəyə gətirdiyi yeni diski — "I Vespri Verdiani" işıq üzü görüb.[2]
Olqa Mikitenko, Çaykovskinin Yevgeni Oneginində (2007-ci ildə Lionda bu operada debüt edib), Bellininin Normasında, Qaetano Donizettinin Lucia di Lammermurunda, Qustav Malerin Dördüncü simfoniyasında və s. operalarda baş opera rollarının ifaçısıdır.