Olqa Turova | |||||||
---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||
Tam adı | Olqa Turova | ||||||
Vətəndaşlığı | Rusiya | ||||||
Doğum tarixi | |||||||
Boyu | 175 sm. | ||||||
Su poloçusu məlumatları | |||||||
Mövqeyi | Oyunçu | ||||||
Karyerası | |||||||
|
Olqa Turova (13 mart 1983, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu.[1]
Olqa Turova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Daha sonra Olqa Turova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.