Olster

Olsterin bayrağı
Olsterin xəritəsi

Olster (ing. Ulster) — İrlandiyanın 4 tarixi əyalətindən biridir və hal-hazırda adanın şimalında 9 qraflığı özündə birləşdirir. Bu qraflıqlardan altısı — Antrim, Arma, Dau, Fermana, Londonterri və Tiron Şimali İrlandiyanın tərkibinə, qalan — Kavan, Doneqol və Monaxan isə İrlandiya Respublikasının ərazisi hesab edilir. Olsterdə 2 milyona yaxın insan yaşayır. Əyalətin ərazisi 24 481 km²-dir. Olsterin ən böyük şəhəri Belfastdır. Burada 500 000 insan yaşayır.

Əsas dili ingilis dilidir, yayılmasına görə ikinci dil isə irland dilidir.

Olsteri səhvən Şimali İrlandiyanın ərazisi kimi adlandırırlar.

Erkən orta əsrlərdə bu əyaləti O’Nillər sülaləsi idarə edirdi. XII əsrdə normann basqınlarından sonra Olster normann baronlarının hakimiyyəti altına düşür. İlk əvvəl baron de Kürsi, sonra isə baron de Lasi bu əyaləti idarə etmişdir. Onlar burada Olster qraflığını yaratmışdılar.

XIX əsrdə Olster İrlandiyanın ən varlı və ən çox inkişaf etmiş əyaləti olmuşdur. Belfast isə payaxt Dublini əhali sayına görə, geridə qoymuşdur.

XX əsrdə Olster İRO (İrlandiya Respublikaçılar Ordusu) və yunionistlərin arasında döyüş meydanına çevrilmişdir.

Mədəniyyətdə əksi

[redaktə | mənbəni redaktə et]

Sovet rok-qrupu "Avtoqraf"ın "İrlandiya, Olster" adlı mahnısı vardır.