XIV sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri. Ehtimal olunur ki, bu dövrdə paytaxt Avaris şəhəri idi.
XIII sülalənin süqutu ilə ölkədə iqtisadi və siyasi vəziyyət pisləşdi. Bununla Qədim Misir tarixində ikinci aralıq dövr başladı. XIV sülalə bu dövrdə taxta çıxan ilk nəsildir. Bəzi tarixçilər XIV sülaləni Orta padşahlığa aid edirlər.
XIV sülalənin nə zaman və necə hakimiyyətə gəlməsi haqqında kifayət qədər məlumat yoxdur. Manefona görə XIII və XIV sülalə eyni zamanda hökmdarlıq etmişlər. Kim Riholt öz əsərlərində bu barədə daha geniş bəhs edir. Ona görə XIV sülalə XII sülalənin son fironu Sobekneferunun hakimiyyəti zamanı Nil deltasının şərqində üsyan qaldıraraq müstəqilləşmişdi. Riholta görə bu hadisə təqribən e.ə 1805-ci ildə baş vermişdir. Dafna Ben Tor, Syuzan Allen, Ceyms Allen və Manfred Bitak kimi misiroloqlar isə e.ə 1720 tarixini göstərirlər. Bu mülahizə XIV sülaləyə aid möhürlərin tapıldığı yerin süxurlarının analizi nəticəsində verilmişdir. Manfred Bitak firon Nehesin hakimiyyətinin təqribən e.ə 1700-cü il ətrafında olduğunu qeyd edir[1].
Nehesdən sonra Misirdə aclıq və vəba xəstəliyi geniş yayılır. Bəzi mənbələrə görə aclıq hələ XIII sülalənin fironluğu zamanında yaranmış və XIV sülalənin süqutuna qədər davam edir.
XIV xanədanlığın zamanında dövlətinin dəqiq sərhədləri bu sülalədən qalan abidələrin qıtlığı səbəbindən bilinmir. Kim Riholt XIV sülalənin idarə etdiyi ərazilərin Nil deltası ətrafı torpaqlardan ibarət olduğunu bildirir. Sərhəd şərqdə Atribis, qərbdə isə Bubastis şəhərindən keçirdi.
E.ə. 1675-ci ildə Ərəbistan yarımadasında, Fələstin bölgəsində yaşayan hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirir. Burada onlar Avaris şəhərinin əsasını qoyurlar[2]. Hiksos hökmdarları firon titulunu götürərək Misirdə hakimiyyətə gəlirlər. Bu hadisə XIV sülalənin sonuna gətirib çıxardır. XV və XVI sülalələrin hər ikisi bu xalqın nümayəndəlidirlər[3]. Ancaq hiksoslar öz təsirlərini bütün Nil sahilində yaya bilmədilər və yalnız Aşağı Misir onların fironlarına tabe oldu.
2010–2011-ci illərdə Edfu şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində həm XV sülalə hökmdarı Xiana, həm də IV Sobekhotepə məxsus kartuşlu möhürlər aşkar edildi. Bu onu göstərir ki, XV sülalə artıq XIII sülalənin hakimiyyəti zamanı mövcud idi. Onlar artıq Aşağı Misirdə məskunlaşmışdır.
Manefon bu sülaləyə 76 fironu aid edir. Ancaq Turin siyahısında yalnız 56 fironun adı çəkilir. Kim Riholt 70-dən çox firon adının papirusa sığmayacağına diqqət çəkib. Turin siyahısındakı adların bir qismi oxunmur.
Xronoloji olaraq XIV sülaləyə məxsusluqları və yerləri mübahisəlidir.
Ad | Şəkil | Hakimiyyət illəri | Qeyd |
Turin siyahısında verilmiş fironlar
Ad | Şəkil | Hakimiyyət illəri | Qeyd |