One Direction

One Direction
Loqonun şəkli
Əsas məlumatlar
Üslub pop
pop-rok
Fəaliyyət illəri 2010–2016
Ölkə

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Şəhər London
Digər adı 1D
Leybl Syco, Columbia
Heyət
Keçmiş üzvlər Zeyn Malik
www.onedirectionmusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

One Direction — 2010-cu ildə Londonda formalaşmış İngiltərə-İrlandiya oğlan pop qrupu. Qrup üzvləri Nayl Horan, Liam Peyn, Harri Stayls, Lui Tomlinson və 2015-ci ilin martında tərk edən Zeyn Malik idi. Onlar 2016-cı ildə dağılmazdan əvvəl ən şöhrətli oğlan qruplarından biri idilər.

Qrup yaranmazdan əvvəl hər bir üzvü 2010-cu ildə Böyük Britaniyada keçirilən "The X Factor" musiqi müsabiqəsində solo ifaçı kimi yarışırdı. Onların ayrı-ayrılıqda etdiyi çıxışlar münsiflər heyətini heyran qoymuş və onlara bir araya gələrək musiqi qrupu yaratmaq və yenidən irəliləmək imkanı təklif edilmişdir. Qrup 2010-cu ildə formalaşır və müsabiqənin yeddinci mövsümündə üçüncü yeri tutur. Yarışmadan sonra onlar Saymon Kouelin səsyazma leyblı Syco Records ilə müqavilə bağlayırlar. 2011-ci ildə One Direction qrupu "Up All Night" adlı debüt studiya albomunu təqdim edir. Alboma daxil olan "What Makes You Beautiful" sinqlı qrupu məşhurlaşdırmağa başlayır.[1][2][3] One Direction 2012-ci ildə növbəti, sayca ikinci olan "Take Me Home" adlı studiya albomunu çıxarır. Bu albomda yer alan mahnılar musiqi videoları ilə birlikdə qrupa dünya miqyasında şöhrət gətirir – "Live While We're Young" və "Kiss You" mahnıları qrupu çoxları ilə tanış edir.[4] One Direction-ın üçüncü albomu "Midnight Memories" 2013-cü ildə işıq üzü görür. Alboma daxil olan "Best Song Ever", "Story of My Life", "You & I" və "One Way or Another (Teenage Kicks)" mahnıları hitə çevrilir. Üstəlik albom həmin il ən çox satan albomlardan biri olur.[5] One Direction 2014-cü ildə dinləyicilərini yenidən sevindirir və "Four" adlı dördüncü studiya albomunu yayımlayır. Albomun ən sevilən trekləri "Steal My Girl" və "Night Changes" olur. Qrupun beçinci və sonuncu albomu olan "Made in the A.M." 2015-ci ildə buraxılır. Bu albom "Drag Me Down" mahnısına görə məşhur idi.

Gənclərin qəlbini qazanan One Direction qrupu dörd dəfə dünya turuna çıxmışdır. Onların "Midnight Memories" albomu üçün etdiyi "Where We Are Tour" 2014-cü ilin ən çox gəlir gətirən konsert turu olmuşdur. Bu tur ümumilikdə 290.2 milyon dollar gəlir gətirmiş və indiyədək ən çox gəlir gətirən turlar arasında 15-ci yeri tutmuşdur.[6] 2015-ci ilin martında Zayn Malik qrupdan ayrılacağını bəyan edərək pərəstişkarlarını məyus etmişdir. Bundan bir il sonra 2016-cı ilin yanvarında One Direction fəaliyyətinə fasilə vermişdir. Üzvləri hal-hazırda solo karyeralarını qurub və bir neçə albom çıxarıblar. Ən uğurlu olan isə Harri Staylsın solo karyerası olmuşdur.[7][8]

One Direction dünya üzrə 70 milyona yaxın albom satmışdır. Bu onları bu günədək ən çox satış edən oğlan qruplarından biri edir. Qrup 200-ə yaxın mükafat qazanıb: yeddi Brit, dörd MTV Video Music Awards, altı Billboard Music Awards və 28 Teen Choice Awards.

İl Adı Rol Qeydlər Ref.
2010 The X Factor Özləri İştirakçılar: Mövsüm 7
2011 One Direction: A Year in the Making ITV2 sənədli filmi [9]
2012 iCarly Epizod: "iGo One Direction"
Up All Night: The Live Tour Video albom
2012–14 Saturday Night Live Qonaqlar: S37 E18, S39 E8, S40 E10
2013 One Direction: This Is Us Sənədli konsert filmi
2014 One Direction: Where We Are – The Concert Film Konsert filmi
One Direction: The TV Special NBC özəl [10]
2015 One Direction: The London Session Apple Music seriyaları [11]
  1. Smith, Caspar. ""One Direction: the fab five take America"". The Guardian. 15 March 2012. 1 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2019.
  2. "One Direction make American pop history". The Telegraph. 21 March 2012. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2019.
  3. Tiffany, Kaitlyn. "How One Direction stayed the world's biggest band even after it stopped existing". The Verge. 13 December 2016. 20 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2019.
  4. Caulfield, Keith. "One Direction's 'Four' Makes Historic No. 1 Debut on Billboard 200 Chart". 26 November 2014. 27 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2014.
  5. "One Direction top 2013 global album chart". BBC News. 1 August 2014. 2 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2014.
  6. Allen, Bob. "One Direction's Where We Are Tour Attended by 3.4 Million Fans". Billboard. 10 October 2014. 11 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  7. Simpson, George. "One Direction REUNION: Niall Horan opens up on WHEN iconic boyband will get back together". 4 May 2017. 5 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2024.
  8. Melas, Chloe. "Niall Horan: One Direction reunion is 'definitely' happening". 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  9. Lauren Murphy. "The way they were - One Direction on the way up". The Irish Times. 20 January 2012. 15 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2022.
  10. "One Direction: The TV Special". NBC. 1 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2022.
  11. "6 Things One Direction Revealed In Their Latest Performance Not Even Directioners Knew". Teen Vogue. 17 November 2015. 1 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]